MIRIQ

sif.
1. Qabaq dişləri çürümüş kötük halında olan, yaxud düşmüş.
Tapdığın bütün dişləri gəmirik və mırıqdı. Ə.Vəliyev.
Qarakişi … qapı-pəncərəyə baxıb mırıq dişləri arasından pıçıldadı. B.Bayramov.

// İs. mənasında. Çürük diş.
…Bədirli yenə yaltaq bir təbəssümlə irişdi və onun alt çənəsindəki mırığı göründü. M.Hüseyn.

2. Dovşandodaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MIRIQ dişsiz
MIR-MIR
MIRILDAMA

Digər lüğətlərdə