MƏNSƏB₁

is. [ ər. ] Yüksək vəzifə, böyük məqam; ümumiyyətlə, vəzifə.
Kasıbın toyuna seçilmiş, imtiyazlı, mənsəb, sərvət sahibləri çağırılmazdı. H.Sarabski.
[Səməd] mənsəb nərdivanı ilə yuxarı dırmaşmaqda davam etdi. B.Talıblı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MƏNSƏB vəzifə — dərəcə — rütbə
  • MƏNSƏB I MƏNSƏB (coğr.) Çayın digər çaya, gölə və ya dənizə töküldüyü yerə çayın mənsəbi deyilir (“Coğrafiya”); QOVŞAQ Ustadlar belə nəql edirlər ki, qədimlə

Omonimlər

  • MƏNSƏB MƏNSƏB I is. [ ər. ] Yüksək vəzifə, böyük məqam. Mənsəbə, şöhrətə, pula həvəs də; Ömürlük yox olur bizim ölkədə (S
MƏNLİKSİZ
MƏNSƏB₂
OBASTAN VİKİ
Mənsəb
Mənsəb — çayın dənizə, gölə, su anbarına və ya digər çaya töküldüyü yerə deyilir. Çayın bir hissəsini təşkil edən mənsəb delta və ya estuari (liman, quba). əmələ gətirir. Bütün çaylar daimi mənsəbə malik olmur. Buna misal kimi Okavanqo çayını göstərmək olar. Belə ki, çay Kalaxari səhrasının şimal-qərbində bataqlıqda yoxa çıxır. Qazaxıstan ərazisindən axan Çu çayı nadir hallarda mənsəbi olan Akjaykın gölünə tökülür. Hazırda isə Amudərya öz suyunu Böyük Aral gölünə çatdıra bilmir. Azərbaycan ərazisində mövsümdən asılı olaraq bəzi çaylar öz suyunu mənsəbinə çatdırmır: Ceyrankeçməzçay, Sumqayıtçay, Pirsaatçay. Bu tip çaylar dilimizdə Kor çay adlanır.
Arvadlar ərlərini mənsəbə necə çatdırırlar (film, 1916)
Arvadlar ərlərini mənsəbə necə çatdırırlar — rejissor Boris Svetlov tərəfindən 1916-cı ildə ekranlaşdırılmış tammetrajlı bədii film. Film "Filma" Səhmdar Cəmiyyətində istehsal edilmişdir. Filmdə əsas rolları Boris Svetlov, Y.Buranovskaya, A.D.Panova-Potyomkina, S.Şoloxova, A.Verner və Q.Kramer ifa edirlər. == Məzmun == Film bir zadəgan ailəsinin həyatı haqqındadır. == Film haqqında == Kinopovestin hər hissəsinin öz başlığı var: "Əyalət bataqlığı", "Coşmuş qan alovdan güclüdür", "Məhəbbət məclisi başlasın", "Ərlərə iş düzəldirlər", "Şərab pərisinin ayaqları altında", "Arvadlar həmişə günahsızdırlar". Bunlar filmdə baş verən hadisələrin mənasını açır. == Film haqqında == === Film üzərində işləyənlər === Rejissor: Boris Svetlov Operator: Qriqori Lemberq == Rollarda == Boris Svetlov Y.Buranovskaya A.D.Panova-Potyomkina S.Şoloxova A.Verner Q.Kramer == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Arvadlar ərlərini mənsəbə necə çatdırırlar

Digər lüğətlərdə