MƏRA

MƏR’A

ə. otlaq.

MƏNZUR
MƏRABE
OBASTAN VİKİ
Fallik tipli mərasimlər
Fallik tipli mərasimlər — fallus (kişi cinsiyyət orqanının incəsənətdə təsviri) nümayişi ilə keçirilən mərasimlərdir. Qədim və müasir Yunanıstanda, Yaponiyada və Azərbaycanda rast gəlinir. Yaponiyada bu adət Kanamara Matsuri festivalında davam etdirilir. Azərbaycanda Kos-kosa oyunu zamanı Kosanın sümüyə bez parçası dolayaraq fallus şəklinə gətirməsi və buna aid mətnlərdə rast gəlinən məlumatlar oyunun fallik tipli olmasını göstərir. Bu da oyunun bərəkət və bolluq mövzusundan qaynaqlandığını göstərir.
Gürcüstan Mərasim Sarayı
Gürcüstan Mərasim Sarayı (gürc. სახელმწიფო ცერემონიების სასახლე) , Gürcüstan Prezident Administrasiyası sarayı (gürc. საქართველოს პრეზიდენტის ადმინისტრაცია) və ya Avlabari Prezident Rezidensiyası – Gürcüstan Prezidenti administrasiyasının icraçı hissəsinin yerləşdiyi saray binasıdır. Saray, Tbilisi şəhərində, Kür çayının sol sahilindəki tarixi Avlabari rayonu ərazisində, keçmiş İmperiya jandarmeriyası binasının yenidən qurulması əsasında yaradılmışdır. Salome Zurabişvilinin Gürcüstan Prezidenti seçilməsindən sonra Prezident iqamətgahı Georgi Atoneli küçəsi 25 ünvanında yerləşən Orbeliani sarayına köçürülmüşdür. == Tarixi == Yenidənqurma işlərinə 2004-cü ildə, əvvəllər İmperiya jandarmeriyası olmuş neoklassik stilli binadan başlanılmışdır; inşaat və yenidən qurma işləri altı il davam etmiş və 2009-cu ildə tamamlanmışdır. Binanın yekun layihəsi, daha əvvəllər Tbilisidə Daxili İşlər Nazirliyinin binası, Sülh körpüsü və Batumidə Medeya otelinin layihəsini işləmiş memar Mişel de Luççi tərəfindən işlənmişdir. Sarayın fasadı Gürcüstan dizayneri Nataliya Airejibi de Pitanın müəllifi olduğu nəhəng mozaika ilə bəzədilmişdir. Mozaikada Şota Rustavelinin “Pələng dərisi geyinmiş pəhləvan” poemasının mövzularından istifadə edilmiş və “Xeyir həmişə şərə qalib gəlir; mahiyyət qalıcıdır” sitatı yazılmışdır. Kompleksin ən böyük elementi bina qarşısında yerləşən və güzgü rolunu oynayan iki böyük hovuzdur.
Koreya yas mərasimi
Koreyada yas mərasimi — Koreyanın ölüm və həyatın sonu haqqında görüşləri. Konfutsiizm prinsipləri bir insanın ailədəki və cəmiyyətdəki vəziyyətini müəyyənləşdirir. Konfutsiçilikdə sonrakı həyat haqqında dəqiq bir inanc yoxdur. Konfutsiizm əcdadların ibadəti və budaq dindarlığı ətrafında baş verir – valideynlərinə yaxşı olmaq. Bəzi Koreyalılar Buddist və ya Protestantdır (Buddist və Protestant cənazələri ilə əlaqədar təlimatlarımıza baxın) və 50 faizdən çoxu bir dinlə eyniləşdirmirlər. Çoxları ölən qohumlarının bu dünyadan axirət həyatına getməsinə inanırlar. Koreyalılar, sevilən insanın gəzən bir xəyal və ya kaekkvi halına gəldiyi təqdirdə mərhumun sonrakı həyatına rahat bir keçid etməsinə kömək etmək vəzifəsi olduğunu düşünürlər. Koreya cənazələri ümumiyyətlə xəstəxanalarda və ya evlərdə keçirilir. Konfutsiist adətləri, sevilən bir insanın axirət həyatına maneəsiz keçidini təmin edir. Müasir cənazələr ümumiyyətlə xəstəxanada keçirilir.
Koreya çay mərasimi
Darye (koreyaca: 다례) Koreyanın milli çay mərasimidir. Daryenin mənası çaya dair etiket olub, min illər boyunca Koreyada nəsildən-nəsilə ötürülmüşdür. == Müasir çay mərasimi == İlk olaraq çay içmək üçün lazım olan çay dəsti, su, çay hazırlanmalıdır. === Çay dəstinin hazırlanması === Çay dəsti deyərkən çay içərkən istifadə edilən qablar nəzərdə tutulur. Dövrdən asılı olaraq çay dəstinin tərkibi çox dəyişsə də, müasir dövrdə adətən çaydan, ağızlı qab, kasa, beş ədəd fincan və nəlbəkilərdən dəst kimi istifadə olunur. Çaydan: Çay və isti suyun əlavə edilərək dəmləndiyi qabdır. Çay və suyu çaydanın qapağını açıb tökdükdən sonra dəmlənməyini gözləyib stəkana tökmək olar. Ağızlı qab: Suyu soyutmaq üçün istifadə olunan qabdır və həm də suqu adlanır. Çay içəndə qaynar suyu ağızlı qaba töküb kifayət qədər soyuduqda həmin çaydana çayla birlikdə əlavə etmək lazımdır. İsitmə prosesində istifadə edildiyi təqdirdə suyun soyudulması prosesinə ehtiyac yoxdur.
Kuba–Mərakeş münasibətləri
Kuba–Mərakeş münasibətləri — Kuba Respublikası ilə Mərakeş Krallığı arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında 1980-ci ildə diplomatik böhran yaranmışdır. Belə ki, rəsmi Havana Saxara Ərəb Demokratik Respublikasının müstəqilliyini tanımışdır ki, bu da Kuba–Mərakeş diplomatik münasibətlərinin dondurulması ilə nəticələnmişdir. Çünki Mərakeş Qərbi Saxaranı özünün ayrılmaz hissəsi hesab edərək, ona krallıq tərkibində geniş muxtariyyət statusun verilməsini mümkün sayır. Diplomatik münasibətlərin bərpası yalnız 37 il sonra - 2017-ci ilin aprelində baş tutmuşdur. Bununla bağlı sazişin imzalanma mərasimi Nyu-Yorkda olmuş, sənədə hər iki ölkənin BMT-dəki nümayəndələri Anayansi Rodriqes Kamexo və Ömər Hilal imza atmışlar.
Məhəmmədiyyə (Mərakeş)
Məhəmmədiyyə, (ərəb. المحمدية‎, Al-Muhammadia) keçmişdə Fedala (ərəb. فضالة‎; fədl-ül Allah / Fəzlullah adından), Mərakeşin şimal-qərb hissəsində liman şəhəri. Atlantik okeanı sahilində, Kasablanka şəhərinin 24 km şimal-şərqində. 14-cü və 15-ci əsrlərdə taxıl və qurudulmuş meyvə satın alan Avropalı ticarət gəmilərinin diqqət nöqtəsi olan şəhər, 18-ci və 19-cu əsrlərdə zaman-zaman xristian tüccarlarca taxıl ixrac antreposu olaraq istifadə edildi.Şəhərdə 1913-cü ildən sonra fransızlar tərəfindən müasir liman təsisləri quruldu.Şəhər, 1959-cu ildə Mərakeş sultanı V. Məhəmmədin (hd 1927–1961) adını aldı. Ölkə xaricindən limana gələn xam neft şəhərin dərhal cənub-qərbində iştirak edən, ölkənin ən böyük neft rafinerisində işlənir. Gent, Belçika Zaviyə, Liviya Perpiniya, Fransa Belfor, Fransa Drö, Fransa Noqinsk, Rusiya. Ciyanqyin, Çin.
Mərahim Abdullayev
Mərahim Fərzəlibəyov
Mərahim Fərzəli oğlu Fərzəlibəyov (26 iyun 1949, Bakı) — Azərbaycan teatr rejissoru, Bakı Bələdiyyə Teatrının baş rejissoru. Mərahim Fərzəlibəyov 26 iyun 1949-cu ildə Bakıda anadan olub. 56 saylı orta məktəbi bitirib. Səhnəyə orta məktəbdən maraq göstərib. Elə o zamanlardan 26-lar adına Mədəniyyət sarayının xalq teatrında hazırlanan tamaşalarda epizod rollar oynayıb. Ancaq əsasən rejissor sənətinə maraq göstərib. Orta məktəbi bitirəndən sonra Azərbaycan Respublikası Jurnalistlər İttifaqının yaradıcılıq fotostudiyasında şagird-lobarant, Suraxanı rayon mədəniyyət evində kinomexanik köməkçisi, 26-lar Mədəniyyət sarayında pioner "Şəfəq" dram dərnəyinin rəhbəri işləyib. Ali təhsil almaq üçün Leninqrada (indiki Sankt-Peterburq şəhəri) gedib. Burada Dövlət Teatr, Musiqi Kinematoqrafıya İnstitutunun rejissorluq fakültəsinə daxil olub. İxtisas müəllimi dünya şöhrətli rejissor, SSRİ xalq artisti, professor Georgi Tovstonoqovdan beş il (1970–1975) seçdiyi ixtisasın incəliklərini öyrənib.
Mərakeş
Mərakeş (ərəbcə: əl-Maġrib; Amaziqcə: Lemeɣrib ⵍⵎⵖⵔⵉⴱ, ingiliscə Morocco), rəsmi adı Mərakeş Krallığı olan və Afrikanın şimal-qərbində yerləşən ölkədir. Təxminən 37 milyon əhalisi var, 716,550 km2 ərazini əhatə edir. 1999-cu ildən kral VI Məhəmməd tərəfindən idarə edilir. Mərakeş Afrika qitəsi ilə Avropa arasında mühüm strateji mövqeyə malikdir. Şimaldan Cəbəllütariq boğazı və Aralıq dənizi, cənubdan Mavritaniya, şərqdən Əlcəzair və qərbdən Atlantik okeanı ilə həmsərhəddir. Mərakeşin Ərəb və Amazigh olmaqla iki rəsmi dili və bölgələrə görə fərqli dialektləri var, həmçinin bir çox xarici dillərə də (Fransız, İngilis, İspan, Alman, İtalyan, Portuqal) açıqdır. Mərakeşlilərin əksəriyyətinin danışdığı dil ərəb dilidir. Ümumi olaraq "Darija" adlanan ərəb dili ilə klassik ərəb dili arasında fərq var. Belə ki, “Darija” gündəlik həyatda, klassik ərəb dili isə əsasən dini, siyasi, inzibati, hüquqi və mədəni sahələrdə, eləcə də mediada istifadə olunur. Mərakeş dialekti bir bölgədən digərinə görə dəyişir.
Mərakeş 2012 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında
Mərakeş — 2012-ci ildə Avstriyada baş tutan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında. Mərakeş Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında 1 idmançı ilə 1 idman növündə təmsil olundu və 1 qızıl medala sahibi oldu.
Mərakeş 2018 Qış Olimpiya Oyunlarında
Mərakeş 2018 Qış Olimpiya Oyunlarında dağ xizəyi və xizəklə yürüş olmaqla 2 idman növündə 2 idmançı ilə təmsil olunacaqdır. Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən yarışmada iştirak edirlər. Bu yarışmada top-500 daxil olan və təsnifat xalını toplaya bilən idmançılar iştirak edə bilirlər. Top-500 daxil olmayan ölkələrin idmançıları «B» kateqoriyasında iştirak edirlər. Nəticələrə əsasən Mərakeş «A» kateqoriyası üzrə 1 kişi idmançı ilə təmsil olunacaqdır. Ölkəni təmsil etmək hüququ məxsusdur Adam Lamhemidiyə məxsusdur. Kişilər Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən iştirak edə bilər. «A» kateqoriyası üzrə lisenziya qazanmaq üçün idmançı reytinq üzrə 100 xal qazanmalıdır. Bununla belə MOK-ləri «B» kteqoriyasını ödəyə biləcək 1 qadın və 1 kişi olmaqla iştirakçı ilə təmsil oluna bilər. Təsnifata əsasən Mərakeş «B» kateqoriyası üzrə kişilərin 15 km-lik yürüşündə iştirak hüququ əldə etmişdir.
Mərakeş Avroviziya Mahnı Müsabiqəsində
Mərakeş 1980-ci ildə Avroviziyada iştirak edib. Ölkə Avropa ölkəsi olmasa da, Avropa Yayım İttifaqının üzvü olduğu üçün müsabiqədə iştirak etmək hüququ vardır.
Mərakeş FİFA Klublararası Dünya Çempionatında
Bu məqalə Mərakeş klublarının FİFA Klublararası Dünya Çempionatındakı iştirakı haqqındadır.
Mərakeş Krallığı
Mərakeş (ərəbcə: əl-Maġrib; Amaziqcə: Lemeɣrib ⵍⵎⵖⵔⵉⴱ, ingiliscə Morocco), rəsmi adı Mərakeş Krallığı olan və Afrikanın şimal-qərbində yerləşən ölkədir. Təxminən 37 milyon əhalisi var, 716,550 km2 ərazini əhatə edir. 1999-cu ildən kral VI Məhəmməd tərəfindən idarə edilir. Mərakeş Afrika qitəsi ilə Avropa arasında mühüm strateji mövqeyə malikdir. Şimaldan Cəbəllütariq boğazı və Aralıq dənizi, cənubdan Mavritaniya, şərqdən Əlcəzair və qərbdən Atlantik okeanı ilə həmsərhəddir. Mərakeşin Ərəb və Amazigh olmaqla iki rəsmi dili və bölgələrə görə fərqli dialektləri var, həmçinin bir çox xarici dillərə də (Fransız, İngilis, İspan, Alman, İtalyan, Portuqal) açıqdır. Mərakeşlilərin əksəriyyətinin danışdığı dil ərəb dilidir. Ümumi olaraq "Darija" adlanan ərəb dili ilə klassik ərəb dili arasında fərq var. Belə ki, “Darija” gündəlik həyatda, klassik ərəb dili isə əsasən dini, siyasi, inzibati, hüquqi və mədəni sahələrdə, eləcə də mediada istifadə olunur. Mərakeş dialekti bir bölgədən digərinə görə dəyişir.
Mərakeş bayrağı
Mərakeş bayrağı — Mərakeşin Dövlət bayrağı Mərakeş Krallığının dövlət bayrağı rəsmi olaraq, 1915-ci ilin noyabr ayının 17-də təsdiq edilib. Bayraqdakı qırmızı rəng Məkkə şəriflərinin rəngidir. Pentaqramma, yəni beşguşəli ulduz isə "Solomonun möhürü" olub, həyat və sağlamlıq simvolu hesab edilir. Ölçüsü 2:3 nisbətindədir.
Mərakeş burnu
Mərakeş burnu (Tarif burnu) — Avropanın ucqar cənub nöqtəsidir. Tarif şəhərinin cənub qutaracağında yerləşir. İspaniyanın Kadis vilayəti ərazisində yerləşir. Burun keçmiş Tarif adasında yerləşirdi, sonradan ada damba ilə materikə birləşdirilmişdir. Cəbəllütariq boğazında Atlantik okean və Aralıq dənizinin birləşdiyi nöqtədə yerləşir. Buradan Afrikaya ən qısa məsafə 14 km təşkil edir. Hazırda burun bütünlüklə ordunun nəzarətindədir. 1826-cı ildə burada mayak inşa edilmişdir. 710-cu ildə ərəb hərbi komandanı Tarif 500 əsgərlə birlikdə bölgəyə daxil oluraq qarətçiliklə məşğul olur. Geri qayıdarkən isə artıq varlı kimi dönür (Şəhərin və burunun digər adı onunla bağlıdır).
Mərakeş himni
Şerifiyən himni və ya Mərakeş himni (ərəb. النشيد الوطني المغربي‎‎) 1956-cı ildən ki, Mərakeş müstəqilliyini əldə etdi, himni idi. Sözlərinin müəllifi Əli Squəlli Hüseyni və bəstəkarı Leo Morqan dır.
Mərakeş mahmızcası
Mərakeş mahmızcası (lat. Linaria maroccana) — bağayarpağıkimilər fəsiləsinin mahmızca cinsinə aid bitki növü. Birillik bitkidir. Gövdəsi dikduran olub hündürlüyü adətən 30-35 sm-ə olur. Bəzən hündürlüyü 2-4 sm uzunluqda yarpaqları ilə birlikdə 50 sm-ə qədər çata bilir. Dekorativ bitkidir. İyunun ortalarından sentyabra kimi çiçəkləyir. Toxumlarının uzunluğu 0,6-0,8 mm, eni isə 0,4-0,5 mm olur.
Mərakeş milli futbol komandası
Mərakeş milli futbol komandası — kişilər arasında beynəlxalq futbol yarışlarında Mərakeşi təmsil edir. FRMF kimi tanınan "Kral Mərakeş Futbol Federasiyası" tərəfindən idarə olunur. Komandanın rəngləri qırmızı və yaşıldır. "Atlas Lions" ləqəbli Mərakeş milli futbol komandası həm FİFA, həm də Afrika Futbol Konfederasiyasının (CAF) üzvüdür. Beynəlxalq səviyyədə Mərakeş 1976-cı ildə Afrika Millətlər Kubokunu, iki Afrika Millətlər Çempionatını və bir dəfə FİFA Ərəb Kubokunu qazandı. Onlar altı dəfə futbol üzrə dünya çempionatında iştirak ediblər. Onların ən yaxşı nəticəsi 1986-cı ildə, Dünya Kubokunda qrupda birinci olan ilk Afrika millisi olduğu vaxta təsadüf edir. Bununla belə, onlar sonda qrupda ikinci olan Qərbi Almaniyaya 1-0 hesabı ilə uduzurlar. Mərakeşin ev rəngləri ən çox qırmızı köynəklər, yaşıl şort və corablardır, uzaq rənglər ümumiyyətlə ağ və ya tamamilə yaşıl olur. Aşağıdakı 26 futbolçu 2022 FIFA Dünya Çempionatına çağırılıb.
Mərakeş rabitəsi
Mərakeş- Şimal-Qərbi Afrikada dövlət .Əlcəzair və Qərbi Böyük Səhra ilə həmsərhəddir. Aralıq dənizi və Atlantik okeanı ilə əhatələnir. Paytaxtı Rabat şəhəridir. Dağlıq ölkədir.Əhalisinin 99%-i mərakeşlilərdir, lakin fransız, ispan və digər xalqların nümayəndələri də burada yaşayır. Bir sıra Afrika ölkələri kimi Mərakeş də son illərdə yüksək texnologiyanı inkişaf etdirən dövlət olduğunu sübut etmək üçün siyasət irəli sürdü. Ölkədə 1997-ci ildə keçirilən seçkidən sonra informatizasiyanın dünya iqtisadiyyatına inteqrasiyası təsdiq edildi. Bu da informasiya texnologiyaları sektorunun Mərakeşin siyasi və iqtisadi həyatında vacib amil olduğunu göstərir. Ölkə rəhbərliyinin səyi nəticəsində 1997-ci ildə Mərakeşi rəqəmli əsrə aparacaq bir orqan işıq üzü gördü. Bu, Poçt və İnformasiya Texnologiyaları Nazirliyidir. Əhalinin tələbatına tam cavab verilməsi üçün informasiya texnologiyaları üzrə xidmət və məhsulların təkmilləşdirilməsi məqsədilə dövlət tərəfindən bir sıra layihələr irəli sürülməyə başlandı.
Mərakeşdə təhsil
Mərakeşdə təhsil Mərakeşdə ali təhsil müddəti üç ildir. 14 dövlət və özəl ali məktəbi vardır. Əsas ali məktəblər: V Məhəmməd Universiteti. Ölkənin ən nüfuzlu ali məktəbidir. Fəs şəhərində Karaouine Universiteti. Regionda ən qədim universitetdir, islam tədqiqatları ilə məşhurdur. İfran şəhərində Al – Akhawayn Universiteti. 1993-cü ildə kral II Həsən və Səudiyyə Ərəbistanı kralı Fəth tərəfindən yaradılıb. Amerika proqramı ilə işləyir.
Mərakeşlilər
Mərakeşlilər (ərəb. المغاربة‎) Şimali Afrikada yerləşən Mərakeşdə yaşayan, tarixdə Berberlər və Ərəblərlə qohum olan xalqdır. Mərakeşlilərin çox hissəsi Mərakeş krallığında yaşayır.
Mərakeş–Suriya münasibətləri
Mərakeş—Suriya münasibətləri — Mərakeş və Suriya arasında iki tərəfli diplomatik münasibətlər. Ölkələr ortaq bir tarixə sahibdirlər: Roma İmperiyası tərəfindən müstəmləkə edilmiş və daha sonra ərəb istilalarına məruz qalmış, nəticədə Mərakeş və Suriya müsəlman dövlətləri olmuşlar. Bununla birlikdə Mərakeş müstəqil bir Ərəb-Bərbər krallığına çevrilir, Suriya isə Osmanlı İmperatorluğunun bir hissəsi olur. Ancaq sonra hər iki ölkə Fransa tərəfindən işğal edilir. Suriya 1946-cı ildə, Mərakeş isə 1956-cı ildə Fransadan müstəqilliklərini qazanır və bundan sonra ölkələr diplomatik münasibətlər qurur. Lakin sonradan, əhali arasında pan-ərəbçilik və İsrail əleyhinə düşüncə dalğası böyüdükcə, Suriya ölkədəki siyasi narahatlıqla qarşılaşır. 1963-cü ildə Qərb Dünyası ölkələrinin Mərakeş tərəfini tutduqları və Birləşmiş Ərəb Respublikasının Əlcəzairi dəstəklədiyi Əlcəzair-Mərakeş sərhəd qarşıdurması yaşanır. O vaxtdan bəri Suriyanın ölkənin Qərblə, xüsusən də ABŞ və İsrail ilə sıx əlaqələri səbəbi ilə Mərakeşə inamsızlıq göstərir. Bu səbəbdən ölkələr rasında məhdud iş birliyi müşahidə olunur. 1965-ci ildə Mərakeş Kralı II Həsən, Mossad və Şabak agentlərini gizli şəkildə Altı günlük müharibədəki döyüşlərdə və Suriyanın məğlub edilməsində mühüm rol oynayan Ərəb Birliyi liderlərinin Kasablanka toplantısına dəvət edir və bu da Mərakeş ilə münasibətləri daha da gərginləşdirir.
Məralan (Təbriz)
Məralan — Cənubi Azərbaycan bölgəsinin ən böyük şəhəri olan Təbriz şəhərinin cənub-şərqində yerləşən məhəlləsi. Məralan məhəlləsi şimaldan Xiyavan məhəlləsi ilə qonşudur. Qərb tərəfdən isə Nobar məhəlləsi ilə həmsərhəddir. Azadi bulvarı Məralan məhəlləsini şimal və cənub hissələrinə bölür.
Məranə (Sərdəşt)
Məranə (fars. مرانه‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 84 nəfər yaşayır (14 ailə).