MƏŞƏQQƏT

[ ər. ]
1. is. Əzab, əziyyət, sıxıntı, zəhmət, möhnət.
Gözlərindən və üzündən [dərvişin] yuxu və məşəqqət görünürdü. A.Divanbəyoğlu.
Qurtarmışdı qışın sərt məşəqqəti; Açırdı ürəyi yazın ləzzəti. H.K.Sanılı.

□ Məşəqqət çəkmək – əzab çəkmək, əziyyət çəkmək, sıxıntı çəkmək, möhnət çəkmək.
Qıldın məni çünki sirrə məhrəm; Dur, çəkmə dəxi məşəqqətü qəm. Məsihi.
Züleyxa çəkdiyi məşəqqətlərdən cana gəlib öz qardaşının evinə pənah gətirdi. C.Cabbarlı.

2. Məşəqqətlə şəklində zərf – əziyyətlə, zəhmətlə, zorla.
Biçarə qolunun ağrısından bitab düşüb nəhayət məşəqqətlə özünü sınıqçı Kərbəlayı Piriyə yetirdi. S.M.Qənizadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MƏŞƏQQƏT iztirab — əziyyət — cəfa
  • MƏŞƏQQƏT məşəqqət bax əzab
MƏŞƏDİ
MƏŞƏQQƏTLİ

Digər lüğətlərdə