III Napoleon
III Napoleon tam adı Şarl Lui Napoleon Bonapart (fr. Charles Louis Napoléon Bonaparte; 20 aprel 1808[…], Paris, Birinci Fransa İmperiyası[…] – 9 yanvar 1873[…]) — İkinci Fransa Respublikasının prezidenti, fransızların ilk prezidenti, İkinci imperiyanın ilk və fransızların III imperatoru, imperator I Napoleonun qardaşı oğlu.
Bir sıra çevriliş cəhdindən sonra dinc yolla 1848-ci ildə II Respublika prezidenti kimi hakimiyyətə gəlmiş, 1851-ci ildə qanuni hakimiyyəti ləğv edib avtoritar polis rejimi yaradaraq bir ildən sonra özünü III İmperator elan edir.
On illik qəddar bonapartizm ideyaları altında idarəçilikdən sonra 1860-cı ildə demokratik reformalar apararaq Fransanın iqtisadi, sənaye potensialının güclü inkişafına səbəb olmuşdur. 1870-ci ildə liberal konstitusiya qəbul edildikdən sonra, hakimiyyət yenidən qanuni parlamentə qayıdır. Fransa–Prussiya müharibəsində almanlara əsir düşən III Napoleon Fransanın sonuncu monarxı sayılır.
== Həyatı ==
=== Kimliyi və gəncliyi ===
Şarl Lui Napoleon Bonapart Hollandiya kralı Lui Bonapartın oğlu eyni zamanda I Napoleonun qardaşı oğludur. Anası Hortenziya de Boharne də I Napoleon nəslinə aid olub (atası Aleksandr Vikonti terror nəticəsində öldürüldükdən sonra anası Jozefina Taşer de la Boharne I Napoleona ərə getmişdir.), Napoleon Bonapartın ögey qızı sayılır.
Şarl Lui Napoleon Bonapart adı altında dünyaya gəlsə də, onun Lui Filippin qanunsuz oğlu olması barədə çoxlu fərziyələr mövcuddur.
I Napoleonun saray iqamətgahında anasının təsiri altında böyüyən Şarl Napoleon Bonaparta rəğbət ruhunda tərbiyə almışdır.