NİZAMƏDDİN

dinin qayda-qanunu, dinin nizamı.
NİZAM
NİZAMİ
OBASTAN VİKİ
Nizaməddin Cəlilov
Nizaməddin Qurban oğlu Cəlilov — Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini, ədliyyə general-mayoru (2013). Cəlilov Nizaməddin Qurban oğlu 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunu mühəndis, Azərbaycan Universitetini isə hüquqşünas ixtisasları üzrə bitimişdir. 1989-cu ildən əmək fəaliyyətinə başlayaraq müxtəlif vəzifələrdə çalışmış, o cümlədən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabiti qismində xidmət etmişdir, müharibə veteranıdır. 2005-ci ildən ədliyyə orqanlarında qulluq edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavinidir. Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2013-cü il tarixli Sərəncamı ilə ona ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilmişdir. Ailəlidir, Bir övladı var.
Nizaməddin Həmidov
Nizaməddin Baba oğlu Həmidov (15 aprel 1952, Qubadlı) — Azərbaycan dövlət xadimi, elmi işçisi, polisi,xüsusi xidmət orqanı müşaviri, general. O, əsas olaraq Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətində tutduğu ciddi rəhbər vəzifələrə görə tanınır. Nizaməddin Baba oğlu Həmidov 15 aprel 1952-ci ildə Qubadlı rayonunun Mirlər kəndində anadan olmuşdur. O, 1958-ci ildə Qubadlı rayon Dondarlı kənd orta məktəbinə daxil olmuş, oradakı təhsili başa vurduqdan sonra, 1969-cu ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun mühasibat uçotu fakültəsinin qiyabi şöbəsinə qəbul olmuşdur. Həmidov 1974-cü ildə ali məktəbi iqtisadçı-mühasib ixtisası üzrə bitirmişdir. Nizaməddin Həmidov 1987–1993-cü illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində qiyabi təhsil alaraq hüquqşünas ixtisasına yiyələnmişdir. Təhsil almaqla yanaşı, Həmidov 1970–1974-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı İnstitutunda laborant vəzifəsində çalışmışdır. O, 1974-cü ilin noyabrından 1975-ci ilin noyabr ayınadək Sovet Ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. Həmidov hərbi xidməti başa vurduqdan sonra Azərbaycan Elmi-tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyat İnstitunda əmək fəaliyyətini davam etdirərək laborant və kiçik elmi işçi vəzifələrində işləmişdir. 1977-ci ildə Azərbaycan SSR daxili işlər orqanlarında xidmətə qəbul olunan Həmidov Qaradağ və Kirov (indiki Binəqədi) rayon daxili işlər şöbələrində baş inspektor və komendantura rəisinin müavini vəzifəsində çalışmışdır.
Nizaməddin Quliyev
Nizaməddin Məhəmməd oğlu Quliyev — Ağstafa Rayon İcra Hakimiyyətinin və Goranboy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, iqtisad elmləri namizədi. Quliyev Nizaməddin Məhəmməd oğlu 1 sentyabr 1954-cü ildə Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatı iqdisadiyyatı və təşkili institutunun aspiranturasını bitirmişdir. 1972-ci ildən əmək fəaliyyətinə başlamış, 2009–2019-cu illərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 5 aprel 2019-cu ilin tarixli Sərəncamı ilə Ağstafa Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. 2 sentyabr 2014-cü ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir. Yeni Azərbaycan Partiyasının üzvü olmuşdur. Ailəli idi, 3 övladı var. 2019-cu il dekabrın 19-da Nizaməddin Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılıb. O, icra başçısı işlədiyi müddətdə müavini Ramiz Tatarovun vasitəsilə 2019-cu ilin may ayından etibarən yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almaqda günahlandırılır.
Nizaməddin məscidi
Nizaməddin məscidi — Bakıda Əmircan qəsəbəsində yerləşən XIV əsrə aid məscid. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Nizaməddin məscidi 1329-1330-cu illərdə Şirvanşahların hakimiyyəti dövründə Əmircanda tikilib. Məscid Əmir Nizaməddin Kəsrani tərəfindən tikdirilib. Məscidin yonulmuş əhəng daşları ilə hörülüb və ağ rənglə işlənib. 4 giriş qapısından 3-nün üstündə daş kitabələr var. İbadət zalının iç sahəsi 24x6 metr, hündürlüyü isə 5 metrdir. Məscidin mehrabının hündürlüyü 2 metr olub, üstündə, bir neçə yerdə ərəbcə “Allah ” sözləri yazılıb. Məscidin divarlarının qalınlığı 1 metr, yerdən günbəzədək hündürlüyü 7,5 metrdir. Günbəzin diametri isə 6 metrdir.
Nizaməddin İsgəndərov
Nizaməddin İsgəndərov (tam adı: Nizaməddin Şirin oğlu İsgəndərov; 4 mart 1956, Salyan, Salyan rayonu) — Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin dekanı (1999), fizika-riyaziyyat elmlər doktoru, professor, Tərəqqi mükafatı laureatı (2009). Nizaməddin Şirin oğlu İsgəndərov 1956-cı il martın 4-də Azərbaycan Respublikasının Salyan rayonunda anadan olub. 1964–1974-cü illərdə Salyan şəhər 27 saylı orta məktəbində oxuyub. 1974–1979-cu illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsində təhsil alıb. Nizaməddin Şirin oğlu İsgəndərov 1979-cu ildə Bakı Dövlət Universitetini bitirmiş, 1979–1981-ci illərdə AZEA-nin Mexanika-Riyaziyyat İnstitutunda baş laborant, 1981–1983-cü illərdə Ukrayna EA-nın Riyaziyyat İnstitutunda stajor-tədqiqatçı, 1983–1986-cı illərdə isə aspirant olmuşdur. 1986-cı ildə prof L. P. Nijnikin rəhbərliyi altında Kiyevdə namizədlik dissertasiyası müdafiə etmişdir. O, 1986–1993-cü illərdə EA-nın Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi, elmi işçi, baş elmi işçi vəzifələrində, 1993–1997-ci illərdə Türkiyə Respublikasının Yıldız Teknik Universitetində (İstanbul) doktor-professor, 1997–1999-cu illərdə isə Riyaziyyat və Mexanika İnstitutunda laboratoriya müdiri və şöbə müdiri vəzifələrində çalışmışdır. Prof. N. Ş. İsgəndərov 1999-cu ildən BDU-da çalışır. O, 2003-cü ildən fizika-riyaziyyat elmləri doktorudur və hal-hazırda "Diferensial və İnteqral tənliklər" kafedrasının professoru, mexanika-riyaziyyat fakültəsinin dekanıdır.
Nizaməddin İsmayılov
Nizaməddin Şami
Nizaməddin Şami — Teymuri tarixçisi, Əmir Teymurun yürüşlərini tərənnüm edən "Zəfərnamə"nin müəllifi. Müəllifin təvəllüd və vəfat etdiyi il qeyri-müəyyəndir. 1393-cü ildə Bağdad teymurilər tərəfindən tutularkən orada yaşayırdı. Həmin vaxt əsir düşmüş, sonra isə Əmir Teymur Nizaməddin Şaminin əla yazı-pozu qabiliyyətini nəzərə alaraq onu öz yanına xidmətə götürmüşdür. Beləliklə, N.Şami, Əmir Teymurun sonrakı yürüşlərinin iştirakçısına çevrilir. 1401/02 (–h. 804)-cü ildə isə Əmir Teymur, N. Şami’yə öz zəfərlərini tərənnüm edən sadədilli bir tarix əsəri yazmaq barədə göstəriş verir. Bu sifariş əsasında işə başlayan N.Şami, "Zəfərnamə"ni qələmə alır və onu 1404-cü il aprelin 12-də şəxsən Əmir Teymura təqdim edir. Tarixi mənbələrdə, daha sonra N. Şaminin adına 1405-ci il, yayın ikinci yarısında Kür çayı sahilində vaqe olmuş hadisələrin şərhində təsadüf edilir. Belə ki həmin vaxt Ömər mirzanın yanında olan şəxslərdən biri də N.Şami idi.
Nizaməddin Şəmsizadə
Nizaməddin Şəmsizadə (Nizaməddin Şəmsəddin oğlu Şəmsizadə; d. 30.12.1954, Quba rayonu) — Filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi (2019). Nizaməddin Şəmsizadə 1954-cü il dekabrın 30-da Quba bölgəsinin qədim türk obası - İspik kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini 1977-ci ildə bitirib. 1978-1990-cı illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda baş lobarant (1978), kiçik elmi işçi (1981), baş elmi işçi (1986) kimi elmi fəaliyyət göstərib. 1982-ci ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyaları müdafıə edib. 1985-ci ildən SSRİ Yazıçılar İttifaqının (indiki AYB) üzvüdür. 1990-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində elmi pedoqoji fəaliyyətini davam etdirib: müsabiqə yolu ilə baş müəllim (1990), dosent (1991),professor (1992) seçilib. 1991 –ci ildən 2006-ci ilin sentyabr ayınadək “Ədəbiyyat və dillər”, “Ədəbiyyat və Azərbaycan dili” və “Ədəbi yaradıcılıq” kafedralarının müdiri vəzifəsində işləyib. 2002-ci ildə Tiflisdə Qafqaz Xalqları Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
Mehmed Nizaməddin Əfəndi
Mehmed Nizaməddin Əfəndi (10 yanvar 1909, Konstantinopol – 10 mart 1933) — 33. Osmanlı sultanı Əbdüləzizin böyük oğlu İzzəddin Əfəndinin oğlu, Osmanlı şahzadəsi. == Həyatı == Şahzadə Nizaməddin Əfəndi 10 yanvar 1909-cu ildə Beşiktaş sarayında dünyaya gəldi. Atası Sultan Əbdüləzizin oğlu İzzəddin Əfəndi, anası isə onun son xanımı Ləman Ünlüsoydur. Hələ 7 yaşında ikən atası İzzəddin Əfəndi Zincirlikuyudakı köşkündə ölü olaraq tapıldı. Ölüm səbəbi intihar nəticəsindəki qan itkisi olaraq göstərilsə də, İttihadçılar tərəfindən qətlə yetirilməsi haqqında fərziyyələr də var. Atasının vəfatından sonra 4 ay boyunca anası, bacıları Şükriyə Sultan və Mihrişah Sultanla birlikdə Dolmabağça sarayında qonaq edildilər və bu müddət ərzində Sultan Rəşad tərəfindən atasının mirası bölüşdürüldü. Ardından şahzadələr məktəbində təhsilini tamamlayan Nizaməddin Əfəndi bir müddət Osmanlı ordusunda xidmət etdi və 1918-ci ildə çavuşluğa yüksəldi. 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Nizaməddin Əfəndi də sürgünə göndərildi. İlk öncə kiçik bacısı Mihrişah Sultanla birlikdə Ruminiyaya getsə də, çox keçmədən səhhəti pisləşdi.
Nizaməddin Əhməd Paşa
Mahmudoğlu Nizamüddin Əhməd Paşa (1281, Kiçik Asiya, Akrotiri və Dekeliya – 25 yanvar 1380) — Sultan Orxan Qazinin səltənətində, təxminən 1331–1348 illərində sədrəzəmlik edən Osmanlı paşasıdır. Elmiyyə sinfindən vəzirliyə yüksələn ilk paşalardan biridir.
Mahmudoğlu Nizaməddin Əhməd Paşa
Mahmudoğlu Nizamüddin Əhməd Paşa (1281, Kiçik Asiya – 25 yanvar 1380) — Sultan Orxan Qazinin səltənətində, təxminən 1331–1348 illərində sədrəzəmlik edən Osmanlı paşasıdır. Elmiyyə sinfindən vəzirliyə yüksələn ilk paşalardan biridir.