NON-STANDARD

adj dilç. ümumi qaydaya müvafiq olmayan, qeyri-standart, standart olmayan; ~ English qeyri-standart ingilis dili

NON-SMOKER
NON-STICK
OBASTAN VİKİ
Standard Insurance
Standard Oil
Standard Oil Company, Inc. —1870-1911-ci illərdə fəaliyyət göstərmiş ABŞ mərkəzli neft hasilatı, nəqli, emalı və marketinqi şirkəti. Standard Oil fəaliyyətinin zirvəsində dünyanın ən böyük neft şirkəti idi və onun uğuru onun həmtəsisçisi və sədri Con Rokfelleri "bütün zamanların ən varlı amerikalıları" və "tarixin ən varlı insanları" sırasına daxil etmişdir. Dünyanın ilk və ən böyük transmilli korporasiyalarından biri olan şirkətin tarixi 1911-ci ildə ABŞ Ali Məhkəməsinin onun qeyri-qanuni inhisar olduğuna qərar verməsi ilə başa çatmışdır. Şirkət 1863-cü ildə Rokfeller və Henri Flaqler tərəfindən təsis edilib və 1870-ci ildə korporasiyaya çevrilib. Standard Oil neft məhsulları bazarında əvvəlcə emal sektorunda üfüqi inteqrasiya yolu ilə, daha sonra sonrakı illərdə şaquli inteqrasiya yolu ilə üstünlük təşkil etdi. Standard Oil tresti hasilat və logistikanı asanlaşdırdı, xərcləri aşağı saldı və rəqibləri üstələdi. Tənqidçilər şirkəti rəqibləri məhv etmək və digər biznesləri təhdid edən inhisar yaratmaq üçün "aqressiv" qiymətlərdən istifadə etməkdə günahlandırdılar. Rokfeller 1897-ci ildə təqaüdə çıxana qədər şirkətin sədri kimi rəhbərlik etdi. O, əsas səhmdar olaraq qaldı və 1911-ci ildə trestin 43 kiçik şirkətə dağılması ilə Rokfeller müasir tarixin ən varlı insanı oldu, çünki bu fərdi müəssisələrin ilkin gəlirləri tək bir iri şirkətin gəlirindən qat-qat böyük idi.
Non-no
Non-no (ノン-ノ) – Shueisha nəşriyyatı tərəfindən nəşr olunan Yaponiya dəb və həyat tərzi jurnalı. Qızlar üçün nəzərdə tutulub. Tokio şəhərində nəşr olunur. Jurnalın oğlanlar üçün nəzərdə tutulmuş versiyası "Men's Non-no" ilk dəfə 1987-ci ildə nəşr olunub. == Tarixi == "Non-no" 1971-ci ildə iki həftəlik jurnal kimi qurulmuşdur. İlk buraxılışı 1971-ci ilin fevralında işıq üzü görmüşdür. Jurnalın adı aynu dilində "çiçək" mənasına gələn sözdən gəlir. "CanCam" jurnalı kimi "Non-no" jurnalı da Yaponiyanın köklü dəb jurnallarından biridir. Jurnal yeniyetmə və 20 yaşlarında olan qızlar üçün nəzərdə tutulub. Dedi-qodulara köklənmək əvəzinə "Non-no" jurnalı oxucularını öz kimliklərini inkişaf etdirməyə kömək edən materiallarla tanış edir.
Standard Lyej FK
Standard (Lyej) — Belçikanın futbol klubu == Tarixi == 1900-cü ildə yaradılıb. == Avropa kuboklarında iştirak == 29 dəfə Avropa kuboklarında iştirak edib.
Standard Sumqayıt FK
"Standard" futbol klubu — Bakı şəhərində yaranmışdır. Bu komanda futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak edib.Komandanın adı daha sonra "Standard Bakı" adlandırılıb. 2009/10 mövsümünün yekunlarına əsasən komanda "Karvan"la birlikdə Premyer Liqanı tərk etdi. Lakin klub 1.ci Divizyonda iştirakdan imtina etdi və fəaliyyətini dayandırdı. Futbolçulara isə azad agent statusu verildi. Sumqayıt klubunun baş məşqçisi Valdas İvanauskasın istefaya göndərilməsi qərara alınıb. Litvalı mütəxəssisi müvəqqəti olaraq Elbrus Məmmədov əvəz edib. Son olaraq Sumqayıt təmsilçisinə bundan sonra Böyükağa Hacıyev başçılıq edib. == 2009/2010 mövsümünün iştirak ərizəsi == Qapıçı 12. Anar Nəzirov (08.09.1985).
Non siamo soli
Non Siamo Soli — 2007-ci ildə Eros Ramazotti və Riki Martin tərəfindən italyan dilində ifa olunan mahnıdır. Puerto-Rikolu Riki Martin ispan əsilli olmasına baxmayaraq, bu mahnını italyan dilində ifa edib. Bu mahnının klipi 2007-ci ilin noyabrında işıq üzü görmüş və ABŞ -da çəkilmişdir. Sözləri italyan musiqiçisi Kabbalaya və Roma bəstəkarı Giudettiyə məxsusdur .
Persona non grata
Persona non grata termini (Latınca, cəm formada: personae non gratae — "arzuolunmaz şəxs"), diplomatik nümayəndəliyin fəaliyyət göstərdiyi ölkənin hökuməti tərəfindən arzu olunmayan təmsilçi kimi qəbul etdiyi şəxs. Xarici diplomat və ya nümayəndə qəbul edən ölkə tərəfindən persona non qrata elan edildikdə, bu o deməkdir ki, həmin şəxs artıq qəbul edilmir və ölkədən çıxarılır. Bu hərəkət adətən ev sahibi ölkə tərəfindən rəsmi və güclü diplomatik etiraz kimi qəbuledilməz hesab edilən və ya ev sahibi ölkənin maraqları ilə uyğun olmayan davranışa cavab kimi həyata keçirilir. Kimisə persona non-qrata elan etmək imkanı, diplomatik münasibətlər sahəsində ev sahibi ölkənin suveren hüququdur. Ev sahibi ölkə səfir və ya digər diplomatlar kimi diplomatik heyətin üzvünü ətraflı izahat vermədən ölkədən çıxarmaq səlahiyyətinə malikdir.
International Standard Book Number
Kitabın beynəlxalq standart nömrəsi (İSBN) (ing. International Standard Book Number) — hər hansı nəşriyyatın kitabının və ya broşürünün beynəlxalq standart eyniliyini müəyyən edən nömrə. == Nömrənin tərkibi == Nəşrlər üçün identifikatorlar beynəlxalq standart kitab nömrələnməsi sahəsində milli agentliklər tərəfindən təyin edilir. Rusiyada 9 dekabr 2013-cü il tarixinədək bunu Rusiya Kitab Palatası, Belarusda — Milli Kitab Palatası, Ukraynada — Ukraynanın Kitab Palatası, Qazaxıstanda — Qazaxıstan Respublikasının Kitab Palatası həyata keçirib. 2006-cı il nəşrinə qədər olan kitablara verilən beynəlxalq standart kitab nömrələri beynəlxalq standart kitab nömrəsinin abreviaturasından (nəşrin dilindən asılı olmayaraq) və dəyişkən uzunluqda dörd sahəyə defis və ya boşluqla ayrılmış on simvoldan ibarətdir: == Ədəbiyyat == Əliquliyev R. M., Ağayev N. B., Alıquliyev R. M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015.
International Standard Serial Number
ISSN — Beynəlxalq Standart Seriya Nömrəsi. Mərkəzi Fransanın Paris şəhərindədir. ISSN (International Standard Serial Number) – dövri nəşrlər üçün nəzərdə tutulan beynəlxalq standart nömrə. == Ədəbiyyat == Əliquliyev R.M., Ağayev N.B., Alıquliyev R.M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015.
Non bis in idem
Non bis in idem (lat. Eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz) — bu prinsipin mənasına görə əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş şəxsin həmin cinayətə görə təkrarən məhkum edilməsi qadağan edilir. Prinsip Roma mülki hüququnda formalaşmışdır. Lakin mahiyyət etibarilə ümumi hüquqda formalaşmış double jeopardy (autrefois acquit) konsepsiyası ilə eyniyyət təşkil edir. Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt double jeopardy vəziyyətindən azad olmaq hüququna təminat verir, lakin bu, iki dövlət tərəfindən həyata keçirilən təqiblərə şamil edilmir (əgər müvafiq ekstradisiya müqaviləsi bunu qadağan etmirsə). Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu non bis in idem prinsipinin fərqli formasını təsbit edir. == Roma Statutu və ad hoc BMT tribunalları == Beynəlxalq Cinayət Məhkəməsini (BCM) yaradan Roma Statutu müəyyən edir ki, non bis in idem prinsipinin, xüsusilə də Avropa dövlətüstü hüququ ilə müqayisədə xüsusi mənası var. BCM-nin yurisdiksiyası milli qanunvericiliyi tamamlayır və Roma Statutunun 20-ci maddəsi müəyyən edir ki, prinsip ümumi mənada qalsa belə, əgər dövlətüstü məhkəmənin yurisdiksiyasının mövcudluğu kifayət etməzsə, nəzərə alına bilməz. YBCT Nizamnaməsinin 10-cu maddəsi və RBCT Nizamnaməsinin 9-cu maddəsinə görə müvafiq prinsip əsasən ad hoc tribunalının hökmlərinin yerli məhkəmələrdən "daha güclü" olduğunu aydınlaşdırmaq üçün tətbiq edilə bilər. Başqa sözlə, əgər beynəlxalq məhkəmələr eyni cinayətlərə görə artıq cəza müəyyən etmişdirsə, milli məhkəmələr beynəlxalq məhkəmənin yurisdiksiyasında olan cinayətlər üzrə cavabdehlərə qarşı tədbir görə bilməz.
Transatlantic non-stop (albom)
Transatlantic non-stop - Çili qrupu Altiplano və Səyavuş Kəriminin birgə layihəsi olan musiqi albomu. Albomda Altiplano qrupu və Azərbaycanın görkəmli muğam ifaçıları tərəfindən müasir miks olunmuş Çili, Ekvador və Azərbaycan xalq mahnıları yer tutub.
De minimis non curat lex
lat. De minimis non curat lex – (Qanun xırdalıqlarla məşğul olmur) – Hüquqi prinsip. == Nümunə == Çoxmilyonlu müqavilədə 10 manatın ödənməməsi müqavilə şərtlərinin pozulması deyil. Böyük bir kitabdan bir cümlənin istifadə olunması müəlliflik hüquqlarını pozmur.
Lex iniusta non est lex
Lex iniusta non est lex (azərb. Ədalətsiz qanun, ümumiyyətlə qanun deyil‎) — standart hüquqi maksim. Prinsip Müqəddəs Avqustin tərəfindən ortaya atılmış və daha sonra Akvinalı Foma tərəfindən istifadə edilmişdir. Martin Luter Kinq bu deyimi mülki hüquqlar hərəkatı zamanı afroamerikalılara qarşı irqi seqreqasiya və ayrı-seçkiliyi təsvir etmək üçün sitat gətirmişdir. Bu nöqteyi-nəzər təbii hüquq nəzəriyyəçiləri olan Con Finnis və Lon Lüis Fuller ilə əlaqələndirilir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Law and Morality, Edited by Kenneth Einar Himma, Seattle Pacific University, U.S. and Brian Bix, University of Minnesota, U.S. Philosophical theory and the Universal Declaration of Human Rights, William Sweet (ed.).
Non mi avete fatto niente
Non mi avete fatto niente (azərb. Sən mənə heç nə etmədin‎) — İtaliyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Ermal Meta və Fabritsio Moro dueti "Non mi avete fatto niente" mahnısı ilə İtaliyanın əsas musiqi hadisələrindən hesab olunan Sanremo musiqi festivalında qalib gəlmişdir. Qələbənin ardınca onların bu mahnı ilə İtaliyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil edəcəkləri öz təsdiqini tapmışdır. Mahnı ifaçıların italyan söz yazarı Andrea Febo ilə əməkdaşlığı nəticəsində ərsəyə gəlmişdir. Mahnının əsas mövzusu dünyadakı müharibələr və son illərdə Avropanın və dünyanın müxtəlif şəhərlərində baş vermiş terror aktlarıdır. Mahnının sözlərində terror hücumuna məruz qalmış şəhərlərdən London, Nitsa, Barselona və Qahirənin adları çəkilir. "Non mi avete fatto niente" Mançester Arenadakı terror hadisəsindən sonra yazılmışdır.