NƏZİH

təmiz, əxlaqlı, saf, pak; dost, məsləhətçi.
NƏZİFƏ
NƏZİHƏ
OBASTAN VİKİ
Nəzihə Muhiddin
Nəzihə Muhiddin (türk. Nezihe Muhiddin Tepedelengil; d. 1889, İstanbul, Osmanlı İmperiyası – 10 fevral 1958, İstanbul, Türkiyə) — osmanlı-türk aktivist, jurnalist, yazar, qadın hüquqları müdafiəçisi. == Həyatı == Nəzihə Muhiddin 1889-cu ildə İstanbulda, Üsküdar ilçəsinin Kandilli səmtində Zəhra xanım ilə prokuror və cəza hakimi Muhiddin bəyin ailəsində dünyaya gəlmişdir. Evdə xüsusi təhsil alaraq, fars, ərəb, alman və fransız dillərini öyrənmişdir. İlk gənclik illərindən etibarən siyasi və ictimai məsələlərə, qadın hüquqlarına həssas biri kimi formalaşmışdır. Dayısının qızı Naqiyə xanım ilə anasının ədəbiyyat və ictimai problemlərlə bağlı apardıqları müzakirələr, Naqiyə xanımın evdə təşkil etdiyi toplantılar onun sonrakı baxışlarının formalaşmasında baza rolunu oynamışdır. 1909-cu ildə Maarif Nəzarətinin imtahanından keçərək Qız İdadi Məktəbində fənn dərsi müəllimi kimi işə başlamışdır. Sonradan İttihad və Tərəqqi Qız Sənaye Məktəbinə müdir olmuş; gimnastika, dil, piano, dərzilik dərslərindən müəllimlik etmişdir. Daha sonra Səlcuq Hatun Sultanisi, Qız Həyat Məktəbi və İzmir Hilal Sultanisidə müdir olmuşdur.
Nəzihə Zeynalova
Yaşar Nəzihə
Yaşar Nəzihə Bükülməz (türk. Yaşar Nezihe; 29 yanvar 1882, İstanbul, Osmanlı imperiyası – 5 noyabr 1971) — Osmanlı imperiyası dövrü şairəsi. Yaşar Nəzihə 1896-1953-cü illər arasında dövrünün fəal ədəbi simalarından biri olub. Şeirlərində kasıb və çətin uşaqlığına, evliliklərinə də yer verib. Yaşadığı yoxsul həyatı əsərlərində qabartması, müxtəlif tətil və fəhlə hərəkatlarını dəstəkləməsi onun sosialist şair kimi tanınmasına rəvac verib. O, ədəbi kimliyi ilə yanaşı, həyat hekayəsi ilə də dövrün qadın şairləri arasında özünəməxsus yer tutub. Onun "Aydınlıq" jurnalının 1923-cü il iyun nömrəsində dərc olunan şeiri 1 May Beynəlxalq Əmək Günü ilə bağlı ilk türkcə şeiri hesab olunur. == Həyatı == 1882-ci ildə İstanbulun Silivriqapı ilçəsində anadan olan Yaşar Nəzihənin anası tatar əsilli Qaya xanım, atası isə bələdiyyə işçisi Qədir bəy idi. Kasıb bir ailədə böyümüş Yaşar Nəzihə ailənin 5 uşağından üçüncüsü idi. Ailənin digər uşaqlarının hamısı gənc yaşlarında vərəm xəstəliyi və baxımsızlıqdan dünyalarını dəyişiblər.

Digər lüğətlərdə