OĞUL

is.
1. Kişi cinsindən olan övlad. Onun oğlu olub. İki qızı, bir oğlu var.
[Qurbanəli:] Qaldır başını, sən axı Qurbanəlinin oğlusan. H.Nəzərli.
Son zaman Rüstəm kişi oğlunun tora düşməsində, pis bir günah işləməsindən qorxurdu. M.İbrahimov.

2. Yaşlı adamın gənc oğlana nəvazişlə müraciəti.
[Nisə xala:] Oğul, siz şəhər adamısınız? Qantəmir.

3. Əlindən iş gələn, iş bacaran adam haqqında. Oğul ona deyərəm ki, bu işi görsün.

Sinonimlər (yaxın mənalı sözlər)

  • OĞUL OĞUL [Cabbar bəy:] Cahangir bəy mənim tamam var-yoxumu əlimdən alsın, başına dönüm, məni o namərd oğlumdan xilas etsin

Etimologiya

  • OĞUL İndi bu söz oğlan uşağı ilə bağlı işlədilir, amma qabaqlar qıza da oğul deyiblər (indi də qalmaqdadır)
OĞRUNCA
OĞUL-UŞAQ

Digər lüğətlərdə