OVSANAYA DÜŞMƏK
OVURDLARI BATMAQ (BİR-BİRİNDƏN KEÇMƏK)
OBASTAN VİKİ
Aslan ovu
"Aslan ovu", "Lütf və zorakılıq" (lat. grâce et véhémence) Rubensin müraciət etdiyi bu iki ziddiyyət tablonun əsas məzmunudur. O, bu əsəri istər məzmun istərsə də rənggarlıq baxımından özünün ən uğurlu əsəri hesab edir. Con Diqbi (ing. John Digby) bu tablonu Rubensə graf Hamilton üçün sifariş etmişdir.
Balina ovu
Balina ovu sənayesi — Balinakimilərin gəlir əldə etmək məqsədilə ovlanması. Ovun hədəfi balinaların piyinin əldə edilməsidir. Onların piyi əsasən yanacaq kimi istifadə edilirdi. Üstəlik sənaye ehəmiyyəti olmuşdur. Balinaların ət məqsədli ovu XX əsrin ortalarına qədər davam etmişdir. Balinanın ətindən Kolbasa, sümüklərindən A vitamini, beynindən isə hormonlar və insulin hazırlanır. == Balinaovlayan və emal edən sənaye sahəsi == İlk zamanlar Balina ovu Atlantika və Sakit okeanların sahilyanı hissələrində inkişaf etmişdi. 15 əsrin axırlarında burada balinaların miqdarının azalması ilə əlaqədar olaraq tədricən açıq dənizdə gəmi ilə Balina ovuna başlandı. 19 əsrin axırlarında zolaqlı balinaların miqdarı Şimali Atlantikada kəskin surətdə azaldığından Norvec sənayeçiləri çox sayda balina sürüləri qeydə alınan Antarktika sularına ekspedisiyalar təşkil etdilər. Hazırda dünya okeanlarında, əsasən, 5 növ balina – finval, kaşalot, seyval, qozbel və göy balina ovlanır.
Kalidon ovu
Kalidon ovu — qədim yunan mifologiyasında Kalidon qabanının ovlanması tədbiri. Burada Yunanıstanın ən cəsur döyüşçüləri iştirak edirdi. Onların arasında Spartadan Kastor və Polidevk, Afinadan Tesey, Pilosdan Nestor, İolkdan Yason, Fivdən Admet və başqaları var idi. Qaban Krommion donuzundan yaranmışdır. Kalidon tarlalarına Artemida tərəfindən göndərilmişdir. Donuz dişləri Tegeyadakı Afina Aley məbədində yerləşdirilmişdi və onları İmperator Avqust götürürdü. Pavsaninin dövründə onlardan biri dağılmışdı, digəri isə Romanın imperator bağlarındakı Dionis məbədində idi. Qaban dərisi Afina Aley məbədində qalmışdır.
Çətinliyə baş vurmaq
Breaking Bad – Vins Qilliqanın prodüserliyi ilə istehsal olunmuş ABŞ neo-vestern cinayət teleserialı. Serial AMC kanalında 5 mövsüm olmaqla 20 yanvar 2008-ci ildən 29 sentyabr 2013-cü ilə kimi yayımlanmış və 62 seriya davam etmişdir. Hekayə ağciyər xərçəngi diaqnozu qoyulan çalışqan kimya müəllimi Volter Vaytdan (Brayan Krenston) bəhs edir. Öldükdən sonra ailəsinə pul qoymaq istəyən Vayt keçmiş tələbəsi Cessi Pinkman (Aaron Pol) ilə partner olur və metamfetamin istehsal edib pul qazanmaq qərarına gələrək kriminal dünyaya daxil olur. Serialın orijinal adı olan "breaking bad" ABŞ-nin cənubunda işlədilən ifadə olub, "qiyamət qoparmaq" və ya "cinayətə yönəlmək" mənalarını verir. Volterin ailəsi həyat yoldaşı Skayler (Anna Qann) və uşaqları Vayt (Ar Cey Mitt) ilə Hollidən (Elanor Anna Uenriç) ibarətdir. Skaylerin bacısı Mari Şreyder (Betsi Brandt) və onun əri, Narkotik ilə Mübarizə Administrasiyasının əməkdaşı Henk Şreyder (Din Norris) də hekayədəki vacib personajlardır. Teleserialda yer alan digər əsas personajlar Vaytın vəkili Sol Qudman (Bob Odenkerk), şəxsi müfəttiş Mayk Ermantraut (Conatan Benks) və narkotik taciri Qustavo Frinqdir (Cankarlo Espozito). Beşinci və son mövsümdə Tod Alkist (Cessi Plemons) və Lidiya Rodart-Kueyl (Lora Freyzer) personajları görünür. "Breaking Bad" bütün dövrlərin ən yaxşı seriallarından biri kimi göstərilir.
Aşşurbanipalın şir ovu
Aşşurbanipalın şir ovu (ing. Lion Hunt of Ashurbanipal) - Nineva şəhərinin Şimal sarayından aşkarlanmış məşhur saray relyeflərinə verilmiş ümumi addır. Relyeflər hazırda Britaniya muzeyinin 10a zalında sərgilənir. Bu relyeflər mütəxəssislər tərəfindən “Assur incəsənətinin yüksək şah əsərləri” kimi qiymətləndirilmişdir. Relyeflərdə Aşşurbanipalın (çarlıq dövrü e.ə. 668 – 631/627) ritual xarakterli formal “şir ovları” təsvir edilib. Ritual zamanı əvvəlcədən tutulmuş Asiya şirləri xüsusi arenalarda qəfəsdən buraxılırdı ki, çar onları qovaraq qılıncla, oxla və xəncərlə öldürsün. E.ə. 645-635-ci illərdə hazırlanmış relyeflər sarayın müxtəlif hissələrində yerləşdirilmişdi. Böyük ehtimal ki, orijinalda müxtəlif boyalarla rənglənmiş relyeflər, sarayın parlaq dekorasiyasının tərkib hissəsi olmuşdur.
Odinin Vəhşi ovu
Odinin Vəhşi ovu (norv. Åsgårdsreien, bukv. Asqard gəzintisi) — Peter Nikolay Arbo tərəfindən 1872-ci ildə çəkilmiş rəsm əsəri. Bu rəsm əsəri skandinav folklorunda olan Vəhşi ovu təsvir edir və Yohan Sebastiyan Velhavn tərəfindən yazılmış bir şeir əsasında çəkilmişdir. Rəsm əsəri Norveçin paytaxtı olan Oslo şəhərində yerləşir Milli İncəsənət, Memarlıq və Dizayn Muzeyinin kolleksiyasında saxlanır. Rəsm əsəri skandinav folklorundakı Vəhşi ov mövzusuna əsaslanır. Skandinav ənənəsinə görə, Vəhşi ov tanrı Odin ilə bağlıdır. Bu hadisə Qış fəslində səmada keçirilən dəhşətli bir mərasimdan ibarətdir və gizlənməyə yer tapa bilməyən bədbəxt insanların oğurlanması ilə nəticələnir. Norveç ənənəsinə görə, tanrı Odindən başqaları da ovun rəhbəri ola bilər. Bunlara Lüssi və Quro Rısserov kimi şəxsiyyətlər aiddir.
Prezident ovu (roman)
"Prezident ovu" - Çingiz Abdullayev tərəfindən yazılmış roman. Dronqo öz rəhbərliyindən son dərəcə çətin bir tapşırıq alır: sızan məlumatlara görə, Latın Amerikasında fəaliyyət göstərən cinayətkar təşkilat şərti 'X günü' adlı dəhşətli bir aksiya hazırlamaqdadır. Lakin təşkilatın konkret harada yerləşdiyi və aksiyanın nə məqsəd güddüyü, onun nə zaman və hansı ölkədə həyata keçiriləcəyi dəqiq bilinmir. Bu səbəbdən də Dronqo İnterpolun məxfi agentlərinin müşayiəti altında Riçard Saunders adıyla fəaliyyətə başlamalı olur. Riçard Saundersə müxtəlif ölkələrdə çalışmaq və təşkilatın izinə düşüb planlaşdırılan aksiyanın qarşısını almaq lazım gəlir. İlk başda nə qədər ağlasığmaz görünsə də, yüksək peşəkarlığa malik olan Dronqo bu çətin vəzifəni məharətlə yerinə yetirir. Təbii ki, bu asan başa gəlmir. Prezident ovuna çıxan və qanlı caynaqları hər yerə uzanan narkomafiya öz niyyətini yerinə yetirmək məqsədilə Dronqonun ölümünə hökm verir və peşəkar muzdlu qatillər dünyanın hər bucağında — Stokholmda, Vyanada, Afinada, Romada, Rio-de-Janeyroda, Asunsonda, Santyaqoda, Buenos-Ayresdə, Nyu-Yorkda Dronqonun özünün ovuna çıxırlar. Buna görə də müxtəlif adlar altında çalışmağa məcbur qalan Dronqo bir neçə dəfə ölüm təhlükəsindən möcüzə nəticəsində xilas olur. Amma o həqiqətən xilas olurmu?
İnsan ovu (roman)
Aslan ovu (Rubens)
"Aslan ovu", "Lütf və zorakılıq" (lat. grâce et véhémence) Rubensin müraciət etdiyi bu iki ziddiyyət tablonun əsas məzmunudur. O, bu əsəri istər məzmun istərsə də rənggarlıq baxımından özünün ən uğurlu əsəri hesab edir. Con Diqbi (ing. John Digby) bu tablonu Rubensə graf Hamilton üçün sifariş etmişdir.
Çətinliyə baş vurmaq (teleserial, 2008)
Bəhram Gurun şir ovu
Bəhram Gurun şir ovu - I Şah Təhmasibin sifarişi ilə 1539-1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Sultan Məhəmməd tərəfindən çəkilmiş rəsm əsəridir. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. == Mövzu == Nizaminin "Yeddi gözəl" poemasında, Bəhram Gurun vəhşi heyvan ovunu çox sevməsi, atdığı oxların boşa çıxmaması tərif olunur. Şair yazır ki, hətta Bəhram bir dəfə guru pəncələri altına almış şiri oxla hədəfə alıb, onu öz qurbanı ilə bir-birinə tikmişdir. == Təsvir == Nizaminin təsvir etdiyi bu qəhrəmanlıq epizodu bir çox rəssamlar kimi Sultan Məhəmmədi də maraqlandırmışdır. Miniatürün mərkəzində atlı Bəhram, onu müşayiət edən saray əyanları və şahın sevimli kənizi Fitnə təsvir olunmuşdur. XVI əsr Təbriz miniatür məktəbinin üslubuna uyğun olaraq Sultan Məhəmməd öz kompozisiyasında əsl süjetlə əlaqəsi olmayan çoxlu heyvan və başqa personajlara geniş yer vermişdir. Bütün bunlarla yanaşı, o, əsas süjet fonunda heyvanat aləminə xas olan kiçik bir epizod da təsvir etmişdir. Bu epizod təbiətən bir-birinə düşmən olan xallı pələnglə aynın əhvalatıdır; sıldırım qaya üzərində dayanan ayı özündən aşağıda ona tərəf dırmanan pələngə atmaq üçün iri bir qaya parçasını havaya qaldırmışdır.
Farer adalarında balina ovu
Farer adalarında balina ovu ən azı X əsrdən bəri mövcuddur. Bu məsələ kiçik balinakimilər üzərində Komissiyanın hansı səlahiyyətə sahib olması ilə bağlı yaranan mübahisələrə görə Beynəlxalq Balina Ovlama Komissiyası (ing. International Whaling Commission — IWC) tərəfindən deyil, Farer səlahiyyətliləri tərəfindən tənzimlənir. Hər il təxminən 950 qrind (qara delfinlər, Globicephala melaena) ovlanır, xüsusən isə yayda. Qrind ovu (far. grindadráp [ˈgɹɪndaˌdrɔap]) — icmalar tərəfindən təşkil edilən qeyri-kommersiya tədbiridir və tədbirdə hər kəs iştirak edə bilər. Balıq ovu zamanı balıqçılar qrindləri qayıqlarla əhatə edir, onları geniş yarımdairəyə salırlar və sonra qayıqlar balinaları yavaş-yavaş körfəzə və ya fyordun dibinə qovurlar. Farerlərin çoxu balina ovunu öz mədəniyyətinin və tarixinin mühüm hissəsi hesab edir. Heyvanların hüquqlarını müdafiə edən qruplar balıqçılığı qəddar və lazımsız olaraq tənqid edir, balinaçılar isə əksər jurnalistlərin balıq ovu üsulları və balıqçılığın iqtisadi əhəmiyyəti haqqında məlumatsızlıq nümayiş etdirdiyini iddia edirlər. == Tarixi == Şimali Atlantikada balina ovlamaq uzun zaman adi hal olmuşdur.
Həddindən artıq balıq ovu
Həddindən artıq balıq ovu — balıq populyasiyasının davamlı vəziyyətini təmin etməyən və balıq ehtiyatlarının tükənməsinə səbəb olan balıqçılıq təcrübəsi. Suyun çirklənməsi və ya iqlim dəyişikliyi kimi dəniz ekosistemlərinə digər antropogen təsirlərlə müqayisədə bəziləri artıq nəsli kəsilmək ərəfəsində olan bir çox balıq növlərinin populyasiyalarının həddindən artıq balıq ovu onun kütləvi azalmasının əsas səbəbidir. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının 2020-ci ildəki hesabatında deyilir ki, "2017-ci ildə dünyanın dəniz balıqçılıq təsərrüfatlarında balıq ehtiyatlarının 34 faizi həddən artıq ovlanmış kimi təsnif edilib". Həddindən artıq balıq ovunun bəzi formaları, məsələn köpək balıqlarının həddindən artıq ovlanması bütün dəniz ekosistemlərinin pozulmasına səbəb olmuşdur. Həddindən artıq balıq ovu meduzaların əsas rəqibini və yırtıcısını aradan qaldıraraq, meduza populyasiyasının partlamasını gücləndirir. 1990-cı illərdə İrland dənizində meduza populyasiyasının artmasında həm iqlim dəyişikliyi, həm də ekosistemin yenidən qurulması əsas rol oynadığı aşkar edilmişdir. == Səbəblər == Həddindən artıq balıq ovu üçün iqtisadi səbəblərə dünya əhalisinin artması ilə bağlı dəniz məhsullarına artan tələb daxildir. Balıq tez-tez ət yeməyinə alternativ olaraq görülür. Bəzi balıq növlərinin yüksək qiymətləri çox vaxt balıqçı qayıqlarının ən qiymətli balıqlar üçün saxlanmasına, ovun qalan hissəsinin isə dənizə atılmasına səbəb olur. Böyük balıqçılıq donanmasının saxlanması çox vaxt dövlət subsidiyaları ilə stimullaşdırılır.
Bakıda insan ovu (film, 1991)
Bakıda insan ovu qısametrajlı sənədli filmi rejissor Vaqif Azəryar tərəfindən 1991-ci ildə çəkilmişdir. "Yaddaş" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Film 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş faciəli hadisələrdən söhbət açır. == Məzmun == Film 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş faciəli hadisələrdən söhbət açır. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Vaqif Azəryar, Qulu Kəngərli Rejissor: Vaqif Azəryar Operator: Sədrəddin İsmayılov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Qanlı yumruq 7: İnsan ovu
"Qanlı yumruq 7: İnsan ovu" (ing. Bloodfist VII: Manhunt) — Don Vilsonun filmlərindən biri. Cim Turdell etmədiyi qətl üzündən qaçmağa məcburdur. Onu qaçmağa vadar edən isə qatillərə işləyən polislərdir. Cim çoxlu dəlil toplamaq məcburiyyətindədir… Qanlı yumruq 7: Axtarış — Internet Movie Database saytında.