PÜRE

[ fr. ] Əzilmiş göyərtidən, tərəvəzdən və meyvədən bişirilən xörək və ya xörək üstünə tökülən sous. Kartof püresi. Pomidor püresi. Alma püresi hazırlamaq.
PÜNHANİ
PÜRFƏND
OBASTAN VİKİ
Püre
Püre (fr. purée) — bişirilmiş, əzilmiş, qarışdırıcıdan və ya süzgəcdən keçirilmiş, xəmir və ya qatılaşdırılmış halda olan, əsasən meyvə, tərəvəz və ya paxlalı bitkilərdən hazırlanan yemək. Müəyyən ərzaqların püresinin xüsusi adları olur; məsələn, alma püresi və ya humus. Termin fransız mənşəlidir, qədim fransız dilində (XIII əsr) təmizlənmiş və ya rafinadlaşdırılmış deməkdir. Püre digər yeməklərlə, məsələn, ağır şorbalar, kremlər və souslar ilə bənzər tərkibə malikdir, baxmayaraq ki, bu terminlər daha mürəkkəb reseptlər və bişirmə proseslərini ifadə edir. Kuli də ona oxşar olsa da, daha geniş termindir və daha çox meyvə püreleri üçün istifadə olunur. Püre termini ümumən un məhsullarından hazırlanan xəmir yeməklərinə (məsələn, lapa və müsli) və ya yağlı fındıq əzməsinə (məsələn, fıstıq əzməsi) münasibətdə istifadə edilmir. "Xəmir" termini çox zaman qida kimi qəbul edilməkdən çox inqrediyent kimi istifadə üçün nəzərdə tutulmuş pürelər üçün işlədilir. Pürelər qarışdırıcı və ya kartofəzən vasitəsilə, eləcə də yeməyi süzgəcdən keçirtməklə və ya sadəcə qazanda əzməklə hazırlana bilər. Püre, dadını və görünüşünü yaxşılaşdırmaq, toksik maddələrdən təmizləmək və/və ya tərkibindəki suyun miqdarını azaltmaq məqsədilə, əzilməzdən əvvəl və ya sonra bişirilməlidir.
Alma püresi
Alma püresi — almadan hazırlanan sous və ya püre. Hazırlanarkən qabığı soyulmuş və ya soyulmamış almalardan və müxtəlif ədviyyatlardan (adətən darçın və ikievli pimenta) istifadə edilə bilər. Şəkər və ya bal kimi dadlandırıcılar və ya şirinləşdiricilər də adətən əlavə olunur. Alma püresi ucuzdur və Şimali Amerikada və bəzi Avropa ölkələrində geniş yayılmışdır. Yağ əvəzləyicisi kimi istifadə oluna bilər. Hazır alma püresi supermarketlərdən əldə edilə bilər. == Tarixi == Alma püresinin ilk dəfə Avropada 1700-cü illərdə hazırlandığı bildirilir. == Hazırlanması == Alma püresi suda və ya alma sidrində (təzə alma suyu) lazımi səviyyəyə qədər bişirilərək hazırlanır. Turşuluq miqdarı daha çox olan almalardan daha nəfis alma püreləri hazırlamaq mümkündür: mükəmməl alma pürelərinin hazırlanmasında bu məqsədlə turşuluğu yüksək olan Bremli almasından istifadə edilir. Almanın qabığı soyula və ya soyulmaya bilər.
Batun Pürevsüren
Kartof püresi
Kartof püresi (fr. Purée de pommes de terre; ing. Mashed potato) — kartofdan püre. Kartofdan hazırlanan bu yemək bütün dünyada geniş yayılmışdır. == Hazırlanması == === Ümumi məlumat === Kartof püresini hazırlamaq üçün hər zamankı sadə formula: yalnız soyutma kartof, süd və yağın bir yerdə əzilməsindən ibarət olub. Son zamanlar yeni bir inqridient- pendir də əlavə olunur. Bu zaman fərq o dəqiqə hiss olunur – püre daha kremli və ləziz olur. Pendir ən axırda əlavə olunur və püreyə tam əriyib qarışanadək qazda bişirilir. Kartof püresini hazırlayan zaman bəzi məqamlara diqqət etmək gərəkir. === Ərzaqlar === 5 orta ölçülü kartof (nişastalı kartof məsləhət görülür) 60 qrama yaxın kərə yağı 0,5 (yarım) stəkan süd 1 stəkan sürtkəcdən keçirilmiş kaşar pendiri (Provolone və ya Mozarella da olar) Duz İstiot === Hazırlanma qaydası === Kartofları yuyub orta ölçülü qazana yerləşdirin.

Digər lüğətlərdə