PƏRƏSTİŞ

is. [ fars. ]
1. Sitayiş etmə, tapınma, ibadət etmə, səcdə etmə.
□ Pərəstiş etmək – sitayiş etmək, tapınmaq, ibadət etmək, ilahiləşdirmək, səcdə etmək. Bütlərə pərəstiş etmək.
– Bir güruh eylər pərəstiş vəhdətə… H.Cavid.

// Dərin hörmət.
2. məc. Məftunluq, həddindən artıq vurğunluq; məhəbbət.
□ Pərəstiş etmək – məftun olmaq, həddindən artıq pərəstiş dərəcəsində sevmək.
[Xavər Arifə:] Xavər sana etsə də pərəstiş; Heyhat, dönərmi bir də keçmiş!… H.Cavid.
[Surxay:] Sus, Aydın! Gültəkinin o şairanə heyətinə, o füsunkar gözəlliyinə hər kəs pərəstiş edir. C.Cabbarlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • PƏRƏSTİŞ sitayiş — təzim
  • PƏRƏSTİŞ sevgi — məftunluq
  • PƏRƏSTİŞ düşkünlük

Etimologiya

  • PƏRƏSTİŞ Fars sözüdür, məsdər forması pərstidən (bərk sevmək) sözüdür, pərəst (yerlipərəst..) sözü ilə eyni kökə malikdir
PƏRƏSTARLIQ
PƏRƏSTİŞKAR

Digər lüğətlərdə