PƏRAKƏNDƏ

zərfsif. [ fars. ]
1. Bir yerdə və müntəzəm halda olmayan; nizamsız, qarmaqarışıq, dağınıq.
Qoşun dəstə-dəstə, pərakəndə bir halda gəlib-keçirdi. Çəmənzəminli.
Direktor masanın üstündə pərakəndə halda olan kağızları nizama saldı. Q.İlkin.

□ Pərakəndə düşmək (olmaq) – dağılmaq, dağınıq hala düşmək, mütəşəkkilliyini itirmək, darmadağın olmaq.
[Qasid:] Yerdə qalanın bir hissəsi Cəfərqulu xan tərəfə keçdi və qalanı pərakəndə olub, hərəsi bir yana qaçdı. Ə.Haqverdiyev.
[Hadi Lələ:] Bu xanədanın, dağılıb pərakəndə düşməyinə bais olma. S.S.Axundov.

2. Dağınıq, pərişan.
…Nərgizin görkəmi, Mixailin pərakəndə saqqalı karıxmış Gön Çərkəzin inamını artırırdı. B.Bayramov.
[Məryəmin] pərakəndə halda çiyninə səpilmiş uzun şabalıdı saçları, təzə açmış gül kimi saf çöhrəsi … Səlimi məst edirdi. H.Seyidbəyli.

◊ Pərakəndə satış tic. – topdan deyil, ədədlə və ya az miqdarlarla satılan, yaxud alınan (istehlak malları haqqında).
…Çoxişlənən mallar üçün aşağı salınan vahid dövlət pərakəndə satış qiymətləri qoyulmuşdu. (Qəzetlərdən).

Sinonimlər (yaxın mənalı sözlər)

  • PƏRAKƏNDƏ 1. PƏRAKƏNDƏ Arxacların qıraqlarından pərakəndə halda qurulmuş çadırlarda neft lampaları zəif-zəif şölələnirdi (B
  • PƏRAKƏNDƏ dağınıq — darmadağın — tökünük — səpələnti

Etimologiya

  • PƏRAKƏNDƏ Fars mənşəlidir. Para (hissə) və kündə (kəsilmiş) hissələrindən iba­rətdir, “dağınıq” anlamında işlədilir
PƏR
PƏRAKƏNDƏLİK

Digər lüğətlərdə