PƏRİ

is. [ fars. ]
1. Əsatirdə: cinlərin çox gözəl və cazibəli qadın şəklində təsəvvür olunan qismi.
2. məc. Çox gözəl, məsum, xoşxasiyyət qadın və ya qız haqqında.
Başına döndüyüm, ay qəşəng pəri; Adətdir, dərərlər yaz bənövşəni! Qurbani.
Yox mənim başqa pərilərdə, gözəllərdə gözüm. S.Rüstəm.
Ey könlümü bir yol güldürən pəri; Niyə ağlar qoydun illərcə məni. Ə.Cavad.

◊ İlham (şeir) pərisi – sənətkara ilham verən, onu ruhlandıran, şövqə gətirən amil.
İlham pərisinin açdığı dadlı; Dillərdən küsərəm, səndən küsmərəm! M.Müşfiq.
Ey ilham pərisi, varsansa əgər; Bu axşam üstümə qanadını gər; Qanım bir hərarət alsın qanından; Çıxım bu fikirlər burulğanından. M.Araz.

Sinonimlər (yaxın mənalı sözlər)

  • PƏRİ pəri bax gözəl 1

Etimologiya

  • PƏRİ Farsca “məlakə” deməkdir, ərəbcə buna huri deyirlər. Pərivəş “pəri üzlü” (vəş ərəbcə “üz”, “sifət”, “sayağı” deməkdir) anlamını verir
PƏRGARLIQ
PƏRİCAMAL

Digər lüğətlərdə