PƏRVƏRİŞ

is. [ fars. ] Bəsləmə, yediribiçirmə, qulluq etmə, yetişdirmə, qulluq, tərbiyə.
Üç körpə uşağın pərvəriş, təlim və tərbiyəsi anam Dürnisənin öhdəsinə düşür. S.S.Axundov.

□ Pərvəriş tapmaq (etmək) – böyümək, inkişaf etmək, yetişmək.
…Hər bir bakteri və mikrob süddə yaxşı pərvəriş edir, onun içinə düşüb xəstəliyə səbəb olurlar. H.Zərdabi.
Dağların başında, təmiz havada pərvəriş tapan qız o qədər böyümüş və gözəlləşmişdi ki, gərək iki göz olub ona tamaşa eləyəydi. E.Sultanov.

Pərvəriş vermək – böyütmək, bəsləmək, bəsləyib-böyütmək, yetişdirmək, tərbiyə vermək.

Etimologiya

  • PƏRVƏRİŞ Farsca pərvərdən (yedirtmək, tərbiyələndirmək) məsdəri ilə bağlıdır, pərvər “bəslənilmiş” deməkdir. Pərvərdigar (Yaradan) sözü də buradandır
PƏRVƏRDİGAR
PƏRVİN

Digər lüğətlərdə