PALAZ

is. Yundan və ya pambıqdan toxunma enli, uzun, qalın, xovsuz xalça növü.
Hücrənin fərşi ibarətdi bir palazdan. C.Məmmədquluzadə.

PALATA
PALAZQULAQ
OBASTAN VİKİ
Palaz
Palaz – xovsuz xalçaların ən geniş yayılmış növlərindəndir. Azərbaycanda palazları hətta xalçaçılıq məntəqə və müəssisələrinin olmadığı ərazilərdə belə, toxunur. Ancaq Qarabağda istehsal olunan palazlar Şirvan və Təbriz palazlarından kobud olur. Azərbaycanda xovsuz xalça texnikasının ən yayılmış növüdür. O demək olar ki, Azərbaycanın bütün ənənəvi toxuculuq mərkəzlərində istehsal olunurdu. Palazın istehsalında həm yun, həm də pambıq iplərdən istifadə edilir. Lakin yazılı mənbələr göstərir ki, Azərbaycanda əvvəllər ipəkdən hazırlanmış palazlar da toxunurdu. Palazın toxunma texnikası saya və ya tünd rəngli əriş iplərin arasından müxtəlif çalarlı arğac iplərinin ensiz zolaqlar şəklində buraxılmasından ibarətdir. Palaz texnikasında toxunmuş məmulatdan ev döşəmələrinin, alaçıqların üstünün örtülməsində müxtəlif əməli xarakerli məişət əşyalarının, hətta bəzən üst paltarların hazırlanmasında da istifadə olunurdu. Bakının Qobu kəndində və onunla qonşu olan Xocasən və Güzdəkdə qədimdən çiyi palaz adlanan texnikadan istifadə edilirdi.
Pəncə... Qulaq... Palaz... Tikan... (film, 1976)
Filmdə ayı balasının başına gələn əyləncəli sərgüzəştlərdən bəhs olunur. Ssenari Müəllifi: Ruhəngiz Qasımova Quruluşçu rejissor: Məsud Pənahi Quruluşçu rəssam: Məsud Pənahi Operator: Əlihüseyn Hüseynov Rəssam: N.Ağayeva, A.Quliyev Operator assistenti: Ramiz Ağayev Assistent: Elçin Axundov, L.Uznadze Cizgi rəssamı: Sergey Dyojkin, Vaqif Məmmədov, Arifə Hatəmi, Gülşən Quliyeva, Rauf Dadaşov, Solmaz Hüseynova Bəstəkar: Adil Bəbirov Mahnıların mətni: Kamal Aslanov Səs operatoru: Akif Nuriyev Montaj edən: A.Vəliyeva Redaktor: Ədhəm Qulubəyov Direktor: Aydın Abdullayev Məmmədrza Şeyxzamanov — bayquş (titrlərdə yoxdur) Ayı balası: Ana, ayağım əyridi bəyəm. Ana ayı: Əyri niyə? Ayı balası: Əyri pəncəyəm ki, mən. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Boz palazqulaq
Boz palazqulaq (lat. Plecotus austriacus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin palazqulaq cinsinə aid heyvan növü. == Xarici görünüşü == Xarici görünüşcə qonur palazqulağa çox oxşayır, tüklərində boz rəngin olması ilə ondan fərqlənir. == Yayılması == Arealı Avropanı, Şimali Afrikanı əhatə edərək, Fələstindən və Kiçik Asiyadan keçməklə Qərbi Çinə qədər uzanır. Qafqazda boz palazqulaq mozaik şəklində yayılmışdır. Azərbaycanda ilk dəfə 1981-ci ildə Qusar rayonunun Anıx kəndində 1100 m hündürlükdə tapılmışdır.
Palazqulaq
Palazqulaq (lat. Plecotus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinə aid heyvan cinsi.
Palazzo memarlığı
Palasso (it. Palazzo, lat. Palatium – saray) — italyan Renessansı üçün xarektrik olan saray-mülk tipi. XV əsrdə meydana gəlmişdir (əsasən Florensiyada; memar F.Brunelleski və başqaları). Klassik Palassolar fasadı küçəyə baxan 3, bəzən 2, yaxud 4 mərtəbəli binadan, tağlı sırasütunlarla əhatələnən daxili həyətdən ibarət olurdu. Palassonun 1-ci mərtəbəsində xidmət, 2-ci mərtəbəsində qonaq, 3-cü mərtəbəsində yaşayış otaqları yerləşirdi. XVI əsrə aid Palassolarda (memarlar Roma və Florensiyada Donato Bramante, Mikelancelo; Viçentsada Andrea Palladio; Veronada Michele Sanmikeli və başqaları) order elementlərinin rolu artır, binanın kompozisiyası ətraf mühit ilə əlaqələnirdi. Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983.
Palazzo Çigi-Saraçini
Palazzo Çiqi-Saraçini İtaliya, Toskana, Sienanin mərkəzində Terzo di Çittada olan Via di Çittadakı qotik tipli şəhər sarayıdır. 2014-cü ildə Accademia Musicale Chigiana burda yerləşirdi. XII əsrdə Mareskotti ailəsi tərəfindən tikilmişdir. Qalqano Luçarini Saraçininin evi idi və sonra Fabio Çiqi Luçarini Saraçininin mülkü oldu. Saray, "əyri fasad və arxa həyətə malik qotik gözəlliyi" kimi təsvir olunur. XII əsrin ortalarından etibarən qala sahibi olan Sieanın aristokratik Mareskotti ailəsi o gün sarayın yanında qüllə tikdi. Onların emblemi (uzanan qanadları olan bir qartal) fasadın çarx pəncərələrində görünürdü. Sonradan yenidənqurma işləri qotik strukturuna gətirib çıxardı. 1506-cı ildə Piççolimini-Mandoli ailəsi binanı satın aldı və bir İntibah memarlığı üslubunda saray daxili, kortil və lojistik bərpa etdi. 1770-ci ildə sahibi Marçantonio Saraçini 1824-cü ilə qədər davam edən binanın bərpasını həyata keçirdi, oğlu Qalqanoya miras qaldı.
Palazzo Çiqi-Saraçini
Palazzo Çiqi-Saraçini İtaliya, Toskana, Sienanin mərkəzində Terzo di Çittada olan Via di Çittadakı qotik tipli şəhər sarayıdır. 2014-cü ildə Accademia Musicale Chigiana burda yerləşirdi. XII əsrdə Mareskotti ailəsi tərəfindən tikilmişdir. Qalqano Luçarini Saraçininin evi idi və sonra Fabio Çiqi Luçarini Saraçininin mülkü oldu. Saray, "əyri fasad və arxa həyətə malik qotik gözəlliyi" kimi təsvir olunur. XII əsrin ortalarından etibarən qala sahibi olan Sieanın aristokratik Mareskotti ailəsi o gün sarayın yanında qüllə tikdi. Onların emblemi (uzanan qanadları olan bir qartal) fasadın çarx pəncərələrində görünürdü. Sonradan yenidənqurma işləri qotik strukturuna gətirib çıxardı. 1506-cı ildə Piççolimini-Mandoli ailəsi binanı satın aldı və bir İntibah memarlığı üslubunda saray daxili, kortil və lojistik bərpa etdi. 1770-ci ildə sahibi Marçantonio Saraçini 1824-cü ilə qədər davam edən binanın bərpasını həyata keçirdi, oğlu Qalqanoya miras qaldı.
Qonur palazqulaq
Qonur palazqulaq (lat. Plecotus auritus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin palazqulaq cinsinə aid heyvan növü. Əsas əlamətləri bütün cinsin əlamətlərinə uyğundur. Bədənin uzunluğu 40–50 mm, çəkisi isə 6–12 qramdır. Xəzin rəngi bədənin üst tərəfində açıq sarıdan tünd-boz və qonurvari-boz rəng arasında dəyişir. Bədənin alt tərəfinin rəngi üst tərəfinə nisbətən açıqdır. Arealı Avropa və Asiya ərazisində olan cinsin arealına uyğundur. Səhraları çıxmaq şərti ilə Avroasiyanın hər yerində 60–63 dərəcə şimal en dairəsinə qədər yayılmışdır. Azərbaycanda bu növə Böyük və Kiçik Qafqazda təsadüf olunur. Adi növ olmasına baxmayaraq, sayca çox deyildir.

Digər lüğətlərdə