PARAD

PARAD May bayramı, Bakı böyük, parad keçir, bax... (S.Vurğun); RƏSMİ-KEÇİD (köhn.) Bu gün rəsmi-keçid var; Tez toplanın, uşaqlar... (A.Şaiq).

PARA
PARASIZ
OBASTAN VİKİ
Parad
Parad — bir küçə və ya yol boyunca, çox zaman kostyumlu birlikdə bir qrup insanların təşkil olunmuş izdihamıdır. Bəzən piyada gedişə keçən dəstələr və böyük balonları ilə müşayiət olunur. Paradların səbəbləri genişdir, lakin adətən bir növ şadlıq üçün keçirilir.
Hərbi parad
Hərbi parad və ya Hərbi mərasim nümayiş məqsədləri üçün nəzərdə tutulan məhdud sayda əsgərin nümayiş etdirdiyi manevr hərəkətləridir. XIX əsrə qədər paradlarda müharibələrdə iştirak etmiş əsgərlər iştirak edirdilər, lakin bu gün yalnız bu mərasimlər üçün xüsusi qoşun növləri hazırlanır. Mərasimlər bir dövlətin hərbi gücünü göstərmək və/və ya təbliğat üçün nümayiş olunur.
Hit-parad
Hit-parad (ing. hit parade) — musiqi dünyasında populyarlıq sıralamasını əks etdirən bir anlayışdır. Hit-parad müəyyən bir dövr ərzində ən populyar mahnıların, albomların və ya musiqi ifaçılarının siyahısını təqdim edir. Hit-paradlar adətən radiolar, televiziya proqramları, musiqi jurnalları və ya internet platformaları tərəfindən tərtib olunur. Hit-parad, musiqi dünyasında həm sənətçilərin populyarlığını qiymətləndirmək, həm də dinləyicilərin musiqi seçimlərinə rəhbərlik etmək üçün vacib bir vasitədir. == Tarixi == 1930-cu ildə ilk hit-paradlar ABŞ-da yaranmışdır. "Billboard" jurnalı bu sahədə öncüllərdən biridir. 1936-cı ildə Billboard musiqi xitlərinin siyahısını dərc etməyə başladı. 1950-1960-cı illərdə rok-n-roll dövründə hit-paradlar musiqi sənayesinin əhəmiyyətli bir hissəsinə çevrildi. 1980-2000-ci illərdə MTV-nin inkişafı ilə video kliplər əsasında hazırlanan hit-paradlar populyar oldu.
Harrinqton paradoksu
Harrington paradoksu (İngiliscə: Harrington paradox) ətraf mühit və ekologiya iqtisadiyyatında firmaların ekoloji tənzimləmələrə davranışını əks edən anlayışdır. Paradoks Vinston Harrington tərəfindən, 1988-ci ilin məqaləsində təsvir olunmuşdur, və ABŞdəki 1970-ci illərin sonunda 1980-ci illərin əvvəlində ekoloji standartların monitorinqi, həyata keçirilməsi və riayət edilməsinə aid olan tədqiqata əsaslandırılıb. Paradoksa uyğun olaraq, baxmayaraq ki: Firmalarda ekoloji monitorinq tezliyi aşağıdır Ətraf mühit tənzimləmələrinin pozulması müəyyən olduğu halda, pozan firma nadir hallarda cəzalandırılır Gözlənilən cərimənin miqdarı tənzimləməyə riayət etməsinin qiymətinə nisbətən azdır Firmalar əsasən ekoloji standartlara riayət edirlər. == İzahat == Şirkətlərin bu dərəcədə riayət etməsi Gari Bekerin (Gary Becker) rasional cinayət nəzəriyyəsində təsvir olunan gəliri maksimalaşdıran şirkətlərin davranışına uyğun gəlmir. Rasional şirkətlər ancaq gözlənilən cərimə riayət etməsinin qiymətindən çox olması halında standartlara riayət edirlər. Paradoksu izah etmək üçün şirkətlərin altruist olduğu və öz haqqında ictimai fikiri pozmamaq məqsədi təklif olunur. == Müşahidə == Paradoksu müşəhidə edən statistik məlumatlar nadirdir. Norveçin Çirklənmə üzrə Kontrol İdarəsi tərəfindən 2001-ci ildə aparılan araşdırmada ciddi pozuntular aşkar olunmayıb, amma şirkətlərin çoxusunda (80%) standartlardan kiçik kənara çıxmaları tapılıb. Norveçdə monitorinqin tezliyi aşağı və kiçik pozuntulara cərimə sistemi yüngül olduqları paradoksa güclü sübut verə bilmir, çünki ciddi pozuntulara çox sərt cəzalandırma nəzərdə tutulur. Şirkətlərin bu davranışı rasional cinayət nəzəriyyəsinə uyğun gəlir.
Iris paradoxa
Paradoksal süsən (lat. Iris paradoxa) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU B1ab (iii) + 2ab (iii). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kökümsovu qısa, sürünən, gövdə 7-18 (23) sm, 1 iri təpə çiçəyi var. Yarpaqlar boz-göyümtül, dar-xətvari, 3-5 mm enindədir. Təpə yarpaqları otvari-pərdəlidir, neştərşəkilli—sivridir. Çiçəkyanlığının borucuğu yumurtalıqdan qısadır. Çiçəkyanlığının xarici tərəfi üfüqi genişlənmiş, xətvari, kürəkşəkill, 3-4 sm uzunluğunda, 10-12 mm enində, qara—bənövşəyi, yuxarı tərəfdə bir qədər parlaq zolaq var.
Kəmənd paradoksu
Zaman kəməndi və ya kəmənd paradoksu — zaman səfərinə görə keçmişdə olan hadisə gələcəkdə olan hadisənin nəticəsində olması. Onda keçmişdə olan hadisə də həmin gələcəkdə hadisənin qismən və ya tamamilə səbəbi olur.
Ligularia paradoxa
Ligularia paradoxa (lat. Ligularia paradoxa) — mürəkkəbçiçəklilər fəsiləsinin liqulariya cinsinə aid bitki növü.
Luis Paradela
Luis Xavier Paradela Diaz (21 yanvar 1997-ci ildə anadan olub) — Kuba təmsilçələrindən olan Pinar del Rio klubunda hücumçu kimi çıxış edən peşəkar Kuba futbolçusudur. == Milli karyerası == Paradela Kuba milli futbol komandasında debütünü 27 avqust 2018-ci ildə Barbados millisinə qarşı oyunda etmişdir. Həmin görüşdə Kuba rəqibi ilə 0-0 hesabı ilə bərabərə qalmışdır. O, 8 sentyabr 2018-ci ildə Törks və Kaykos adaları millisinə qarşı oyunda het-triklə yadda qalmış və millisi rəqibinə 11-0 hesabı ilə qalib gəlmişdir. Bu nəticə Törks və Kaykos adaları millisinin ən böyükhesablı məğlubiyyəti kimi tarixə düşmüşdür. == Karyera statistikası == === Milli komanda === 11 sentyabr 2018 tarixində yenilənib === Milli komanda qolları === Nəticələr və qollar Kuba hesablamasının birinci siyahısındadır.
Mimosa paradoxa
Acacia paradoxa (lat. Acacia paradoxa) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Kvinslenddən Avstraliyanın cənub-şərqinə qədər ərazilərdə yayılmışdır. == Sinonimləri == Acacia armata R.Br. Acacia armata var. angustifolia Benth. Acacia armata var. longipedunculata Regel Acacia armata var. microphylla Benth. Acacia armata var.
Olbers paradoksu
Olbers paradoksu – dəyişməz və sonsuz kainat fikri ilə gecənin qaranlıq faktı arasında ziddiyyəti özündə əks etdirən paradoks. == Arxaplan == 20-ci əsrə qədər kainat haqqında kifayət qədər məlumat olmadığından, kainatın dəyişməz və əbədi olduğuna dair geniş yayılmış bir fikir var idi. Ancaq bu dəyişməz və sonsuz kainat fikri öz içində qəribə bir paradoks saxlayırdı. Haradasa 500 il kimi uzun bir müddətdə bu paradoks, bir çox astronomun, elm insanının və hətta Edqar Allan Po kimi bir şairin belə uzun müddət üzərində düşünməsinə səbəb olmuşdu. Paradoksun 500 illik bir keçmişi olsa da, alman həkim və astronom Haynrix Olbers, 1823—cü ildə mövzu ilə bağlı yazdığı məqalə ilə paradoksu elmi mübahisələrin içinə daşıyaraq bu gün öz adı ilə anılmasına da təmin etdi. Paradoks sadəcə gecənin nə üçün qaranlıq olduğunu soruşurdu. Olbers paradoksuna görə kainat hərəkətsiz və sonsuzdursa, göy üzündə baxdığımız hər bir yerdə mütləq bir ulduz və ya hər hansı bir işıq mənbəyi olmalıydı. Sonsuz kainatda saysız-hesabsız ulduzun işığı ilə göy üzünün örtülmüş olması lazım idi. Bu halda gecələr göy üzündə qaranlıq bir nöqtə belə qalmayacaq, gecə də gündüz kimi aydınlıq olacaqdı. Ancaq vəziyyət heç də belə görünmürdü.
Ornithorhynchus paradoxus
Ördəkburun (lat. Ornithorhynchus anatinus) — məməlilər sinfinin birdəliklilər dəstəsinin ördəkburunlar fəsiləsinə aid yeganə növ. Bədəninin uzunluğu 30-45 sm, quyruğu 10-15 sm, kütləsi 0,5-2 kq-dır. Üst tərəfdən qonur, alt tərəfi bozumtul sıx xəzlə örtülüdür. Başı uzun yastı dimdiyə oxşayır, üzəri çılpaq yumşaq dəri ilə örtülüdür. Barmaqlarında caynaq və üzmə pərdəsi var. Dişləri yoxdur. Şərqi Avstraliyada və Tasmaniyada su sahillərində yayılmışdır. 10 m-dək dərinlikdə qazdığı yeraltı yuvada gizlənir. 1-2 yumurta qoyur.
Paradağ silsiləsi
Paradağ silsiləsi – Ordubad rayonu ərazisində silsilə. Zəngəzur silsiləsinin suayırıcısındakı Yağlıdərə zirvəsindən (3825,9 m) ayrılan və cənub-qərb istiqamətdə 8 km-dən artıq məsafəyə uzanan qoldur. Yamacları dik, suayırıcısı sıldırımlıdır. Şimal-şərq hissəsində Mehri-Ordubad batolitinin turş intruziv kütlələrindən, cənub-qərbdə isə Alt Eosenin İpr mərtəbəsinin yuxarı hissəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb cinahında yerləşir. PƏRDÜKDAĞ SİLSİLƏSİ – Ordubad rayonu ərazisində Paradağ silsiləsinin yerli əhali arasında işlədilən başqa adı.
Paradiqma
Paradiqma (yun. παράδειγμα, - nümunə, model)- müəyyən tarixi dövr ərzində elmdə mövcud konseptual sxem, problemin qoyuluşu, həlli və öyrənilməsi modeli, tədqiqat metodunu bildirən əsas elmi baxış, cərəyan.
Paradisaeidae
Cənnət quşları (lat. Paradisaeidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi. Böyük Coğrafi Kəşflər dövründə Avropa səyyahları bu quşlara çox maraq göstərirdilər. Belə hesab olunurdu ki, bu quşlar yerə enmir və həyatlarının havada keçirirlər. Odur ki, tacirlər bu əfsanələrdən gəlir almaq üçün bu quşların qıçlarını qoparırdılar. Cənnət quşları Yeni Qvineyada və Avstraliyada yaşayırlar. Cənnət quşu Papua Yeni Qvineyanın milli simvoludur və ölkənin bayrağı üzərində yerləşir.
Paradise Lost
Paradise Lost — 1988-ci ildə yaranmış doom metal qrupudur. Qrup adını, 17-ci yüzillikdə yaşamış John Milton'un Paradise Lost adlı epik şerindən almışdır. Qrup, 1988-ci ildə gitarada Gregor Mackintosh və Aaron Aedy, bas gitarada Stephen Edmondson, barabanda Matthew Archer və vokalda Nick Holmes'dan ibarət heyətiylə İngiltərənin Halifax şəhərində yaranmışdr. Günümüzdə bu orijinal heyətdən yalnız barabançı Matthew Archer qrup ilə birlikdə deyil, digər 4 musiqiçi quruluşundan bu yana qrupda fəaliyyət göstərir. Paradise Lost'un 1990-cı ildə yayımladığı debüt albomu "Lost Paradise" və 1991-ci tarixli "Gothic" albomları dövrünə görə olduqca fərqli albomlar hesab edilirdi. Xüsusilə "Gothic" albomundakı riff'lər, sözlər və albomun tutqun atmosferi alboma ayrı bir hava qatırdı. Qrup bu albomdan sonra bəziləri tərəfindən Gotik metalın qabaqcılı olaraq qəbul edilməyə başlamışdı. 1992-ci ildə "Shades of God", 1993-cü ildə "Icon" və 1995-ci ildə yayımlanan "Draconian Times" kimi dövrünün olduqca fərqli albomlarıyla metal aləmində yaxşıca tanınan qrup, məşhur metal qruplarının arasına girmiş və underground bazardan çıxaraq böyük səhnələrə addım atmağı bacarmışdı. Draconian Times albomundan sonra daha təcrübəli işlərə əl atan qrup 1997-ci ildə "One Second" adlı albomu yayımladı. 1999-cu ildə qrup artıq yaracılığının zirvəsində idi.
Paradise Oskar
Paradise Oskar (azərb. Paradays Oskar‎; gəlçək adı- Aksel Enström isv. Axel Ehnström; 23 oktyabr 1990) — Finlandiyada yaşayan İsveçli müğənni.
Paradise sənədləri
Paradise sənədləri (ing. Paradise Papers) — əsasən ofşor maliyyəsi sahəsində aparıcı bir şirkətdən baş vermiş sızma 13,4 milyon sənəddən ibarətdir.
Paradoks
Paradoks (q.yun. παράδοξος — qəribə, gözlənilməz) — ayrılıqda düz olan iki və ya daha çox fikrin bir araya gəldikdə ziddiyyət yaratmasıdır. Doğru zənn etdiyimiz fikir sonda səhv və ya əksinə də ola bilər. "Bütün yunanlar yalançıdır" deyən yunan Epimenides tarixə məlum olan ilk paradoksun müəllifidir. Epimenidesin yunan olub bu fikri söyləməsi açıq-aşkar ziddiyyət yaradıb. Bu elə mühakimədir ki, müəyyən hökmün həm həqiqi olmasını, həm də yalanlığını sübut edir. Paradoks doğru olan amma insan beynin heç cürə doğru qəbul edə bilmədiyi bir anlayışdır. == Məntiqi paradoks == Məntiqi paradoks-bu bir ziddiyyətdir, hansı ki sonda məntiqi cəhətdən düz olan nəticəyə çıxardır və eyni anda bu bir müzakirədir, hansıki qarşılıqlı fərqlənən fikirlərlə bitir. Paradoksun məntiqi səhvi hələ ki tapılmıyıb, çünki məntiq metodları hələ o qədər mükəmməl deyildi. Amma paralogizmin və sofizmin məntiqi səhvi tapılıb.
Paradoksal paxladəni (gəvəni)
Paradoksal süsən
Paradoksal süsən (lat. Iris paradoxa) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU B1ab (iii) + 2ab (iii). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kökümsovu qısa, sürünən, gövdə 7-18 (23) sm, 1 iri təpə çiçəyi var. Yarpaqlar boz-göyümtül, dar-xətvari, 3-5 mm enindədir. Təpə yarpaqları otvari-pərdəlidir, neştərşəkilli—sivridir. Çiçəkyanlığının borucuğu yumurtalıqdan qısadır. Çiçəkyanlığının xarici tərəfi üfüqi genişlənmiş, xətvari, kürəkşəkill, 3-4 sm uzunluğunda, 10-12 mm enində, qara—bənövşəyi, yuxarı tərəfdə bir qədər parlaq zolaq var.
Paradox Interactive
Paradox Interactive — İsveçin Stokholm şəhərində yerləşən, kompüter oyunlarını inkişaf etdirən, əsasən qlobal tarixi strategiyalar (xəritə üzərində oynanılan) videooyunları yaradan bir şirkətdir.
Paradoxsal süsən
Paradəniz
Paradəniz — Göksu deltasında Mersin ili sərhədləri daxilində yerləşən laqun mənşəli göl. Deltadakı dörd göldən biridir. == Coğrafiya == Göksu çayının Akdənizə töküldüyü sahənin qərbində yerləşir. Sahəsi 600 hektardır. Şimal-şərqdə Arkum, şimalda Qurtuluş məhəllələri, qərbdə deltanın digər böyük gölü olan Ağgöl yerləşir. Balıqçıların açdığı kanalla iki göl (Ağgöl və Paradəniz) birləşdirilmişdir. Paradənizin suları az duzludur, 0,2–0,3%-dir. Laqunu Akdənizdən ayıran qum təpəliklərində iki dəniz tısbağası növü yumurta qoyur. Paradəniz ilə Akdəniz arasında Qu quşu gölü (türkcə: Kuğu gölü), Paradənizin şərqində isə olduqca duzlu olan Arapalanı gölü yerləşir. == Geologiya == Göl şimal-şərq və cənub-qərb istiqamətində uzanır.
Planetlərin paradı
Planetlərin paradı — Günəş sistemi planetlərinin bir neçəsinin Günəşə nəzərən eyni istiqamətdə kiçik bir sektorda yerləşməsini nəzərdə tutan astronomik hadisə. Səma cisimlərinin ekliptik uzunluq üzrə maksimal yaxınlaşması birləşmə adlanır. 10 mart 1982-ci ildə çox nadir hadisə qeydə alınmışdır. Günəş sistemindəki 9 planetin hamısı Günəşdən eyni tərəfdə, 95 dərəcə bucaqlı sektorda toplaşıblar.
Proqramlaşdırma paradiqması
Proqramlaşdırma paradiqması — kompüter proqramlarının tərtibat tərzini müəyyən edən fikir və anlayışlar dəsti (proqramlaşdırma yanaşması). Hesablamaların təşkilini və kompüter tərəfindən həyata keçirilən işlərin strukturlaşdırılmasını müəyyən edən konsepsiya üsuludur. Qeyd etmək lazımdır ki, proqramlaşdırma paradiqması proqramlaşdırma dili ilə nadir şəkildə müəyyən edilmir; demək olar ki, bütün müasir proqramlaşdırma dilləri bir və ya bir başqa şəkildə müxtəlif paradiqmalardan istifadə etməyə imkan verir (paradiqma proqramlaşdırma). Qeyd etmək vacibdir ki, mövcud paradiqmalar tez-tez bir-biri ilə üst-üstə düşür (məsələn, modul və obyekt yönümlü proqramlaşdırma), belə ki, müxtəlif müəlliflər müxtəlif paradiqmalardan adları istifadə edərək, eyni fenomen. == Terminin tarixi == "Paradiqma" termini, əlbəttə ki, elmi və texniki sahəsində müasir mənaya Tomas Kun və "Elmi İnqilabların Quruluşu" kitabına (paradiqma bax) borcludur. Kun paradiqmalara əsaslanan tədqiqatlar aparılmış elmi fikir sistemlərini qurmuşdur. "Proqramlaşdırma paradiqması" termini 1978-ci ildə Robert Floyd tərəfindən Turing Award mükafatına layiq görülmüşdür.
Qələbə Paradı
1945 Moskva Qələbə Paradı

Digər lüğətlərdə