1. Qarovulçu, keşikçi, nəzarətçi.
2. Məcazi mənada: hami, himayəçi.
Dastanlarda hər iki mənada işlənir.
Xəzangül sözünə siz deyin bəli,
Az qalıb səhərə, əsir dan yeli.
Bilər pasibanlar düşmənlər gəli,
Salallar bizləri bəndə, xoş gəldin.
(“Dilsuz və Xəzangül”)
*
Pəri xanım özünü tez Qurbani olan otağa salıb dedi:
– Zalım cəlladlar, niyə bunu döyüb öldürürsünüz?! Onun məgər pasbanı yoxdu? Siz Allahı məgər sevmirsiniz? (“Qurbani”)