PATRONDÁŞ

[ alm. patrontasche] Tüfəng və tapança patronlarını qoymaq üçün yuvacıqları (gözləri) olan kəmər.
[İmamverdi:] A kişi, patrondaş hanı? Yalandan küyə basmışdım. C.Cabbarlı.
Fərman evə girdi, tüfəngini, patrondaşını çıxardıb, divardakı mıxdan asdı. Ə.Abasov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • PATRONDAŞ PATRONDAŞ Kərəm tüfəngini qayaya söykədi, patrondaşını açıb, daşın üstünə qoydu... (M.Hüseyn); QATAR Qoçular, quldurlar qatar taxırlar; Fəqir-füqəraya
PATRONAJ
PATRONLAMA

Digər lüğətlərdə