PAVE

v 1. döşəmək (yolu: daşla, çınqılla və s.); 2. salmaq, sərmək, örtmək, 3. yol açmaq / salmaq; to ~ the way for fame şöhrətə yol açmaq

PAUSE
PAVED
OBASTAN VİKİ
GBU-10 Paveway II
GBU-10 Paveway II, Mk 84 ümumi təyinatlı bomba əsaslı, lakin koordinat məqsədləri üçün lazer axtarıcılı və qanadları olan bir Amerika Paveway seriyası lazerlə idarə olunan bombadır. 1976-cı ildə xidmətə qəbul edilmişdir.
GBU-12 Paveway II
GBU-12 Paveway II, çox məqsədli bomba MK-82-yə əsaslanan ABŞ istehsalı Paveway seriyalı lazerlə idarə olunan silahdır. 1976-cı ildə istifadəyə verilmiş, ABŞ ordusu və müxtəlif NATO qoşunları tərəfindən istifadə edilmişdir. Lazer təyyarədən və ya yerdən hədəfin üzərinə tutulur və bombanın önündəki optik gözlə idarə edilir. Lazerlə idarə olunan bombaların, işləməsi üçün kənardan hədəfin lazerlə işarələməsinə ehtiyac var, lakin buna baxmayaraq, “ağıllı bomba” adlandılırlar.
Həvari Pavel
Müqəddəs həvari Pavel (təq. 5, Tarsus, Roma imperiyası – ən tezi avqust 64 və ən geci 67, Roma, İtaliya[d], Roma imperiyası) — xristianlıq tarixinin ən böyük missioneri. Yəhudi ailəsində doğulmuş əvvəldə Savl adlandırılmışdı. Yerusəlimdən Dəməşqə səyahət zamanı İsadan vəhy görmüş Pavel xristianlığı qəbul etmişdir. Həvarilər Əməllərinə görə, üç missioner səyahəti törətdi. Əhdi Cədiddə 13 müraciətnamə onun adını daşıyır. Adı tarixdə 100 ən nüfuzlu şəxs siyahısına daxil edilib.
II Pavel
II Pavel (lat. Paulus PP. II, əsl adı — Pyetro Barbo, italyanca Pietro Barbo; 23 fevral 1417[…], Venesiya – 26 iyul 1471[…], Roma) — 30 avqust 1464-dən 26 iyul 1471-dək Roma Papası. == Həyatı == Pyetro Barbо 23 fevral 1417-ci ildə Venesiyada anadan olmuşdur. Papa IV Yevgeni ilə qohumluq əlaqələrinə sahib olduğuna görə 23 yaşında kardinal təyin olunmuşdur. Papa seçildikdən sonra onu idarə etmək həvəsinə düşən kardinalları itaət altına almağa çalışmışdır. O latın dilini zəif bilirdi. Humanizm tərəfdarı deyildi. Məşhur humanistlər Pomponi Leta (1428-1497) və Platin (ölüm tar. 1481) əleyhinə açılan inkvizisiya prosesi zamanı o, həmin şəxslərin Katolik kilsəsi üçün heç bir təhlükə daşımadığını bildirmişdi. II Pavel onları azad etmək əmrini verdi.
II İoann Pavel
II İohann Pavel (Karol Yuzef Voytıla, 18 may 1920[…] – 2 aprel 2005[…], Apostol Sarayı[d][…] və ya Roma) — Roma Papası, ilahiyyat elmlər doktoru. Sülh və beynəlxalq gərginliyin zəiflədilməsi işinə kömək edəcəyini bildirmişdir. == Həyatı == 1938–1939-cu illərdə Krakovdakı Yagellon universitetinin fəlsəfə fakültəsində oxumuşdur. Alman işğalı dövründə zavodda işləmiş və gizli katolik seminariyasında oxumuşdur. 1946-cı ildə keşiş rütbəsi almışdır. Yagellon universitetinin ilahiyyat fakültəsini və Romadakı dominikçilər universitetini bitirmişdir. Krakov və Lyublinin seminariya və universitetlərində dərs demişdir. 1958-ci ildə yepiskop rütbəsi almış, 1963-cü ildə isə Krakov arxiyepiskopu təyin edilmişdir. 1967-ci ildə kardinal rütbəsi almışdır. II İoann Pavel 1523-cü ildən bəri qeyri-italyan mənşəli ilk Roma Papasıdır.
II İohan Pavel
II İohann Pavel (Karol Yuzef Voytıla, 18 may 1920[…] – 2 aprel 2005[…], Apostol Sarayı[d][…] və ya Roma) — Roma Papası, ilahiyyat elmlər doktoru. Sülh və beynəlxalq gərginliyin zəiflədilməsi işinə kömək edəcəyini bildirmişdir. == Həyatı == 1938–1939-cu illərdə Krakovdakı Yagellon universitetinin fəlsəfə fakültəsində oxumuşdur. Alman işğalı dövründə zavodda işləmiş və gizli katolik seminariyasında oxumuşdur. 1946-cı ildə keşiş rütbəsi almışdır. Yagellon universitetinin ilahiyyat fakültəsini və Romadakı dominikçilər universitetini bitirmişdir. Krakov və Lyublinin seminariya və universitetlərində dərs demişdir. 1958-ci ildə yepiskop rütbəsi almış, 1963-cü ildə isə Krakov arxiyepiskopu təyin edilmişdir. 1967-ci ildə kardinal rütbəsi almışdır. II İoann Pavel 1523-cü ildən bəri qeyri-italyan mənşəli ilk Roma Papasıdır.
II İohann Pavel
II İohann Pavel (Karol Yuzef Voytıla, 18 may 1920[…] – 2 aprel 2005[…], Apostol Sarayı[d][…] və ya Roma) — Roma Papası, ilahiyyat elmlər doktoru. Sülh və beynəlxalq gərginliyin zəiflədilməsi işinə kömək edəcəyini bildirmişdir. == Həyatı == 1938–1939-cu illərdə Krakovdakı Yagellon universitetinin fəlsəfə fakültəsində oxumuşdur. Alman işğalı dövründə zavodda işləmiş və gizli katolik seminariyasında oxumuşdur. 1946-cı ildə keşiş rütbəsi almışdır. Yagellon universitetinin ilahiyyat fakültəsini və Romadakı dominikçilər universitetini bitirmişdir. Krakov və Lyublinin seminariya və universitetlərində dərs demişdir. 1958-ci ildə yepiskop rütbəsi almış, 1963-cü ildə isə Krakov arxiyepiskopu təyin edilmişdir. 1967-ci ildə kardinal rütbəsi almışdır. II İoann Pavel 1523-cü ildən bəri qeyri-italyan mənşəli ilk Roma Papasıdır.
IV Pavel
IV Pavel (lat. Paulus IV;28 iyun 1476 – 18 avqust 1559[…], Roma[…]) — Roma papası.
I Pavel
I Pavel (rus. Па́вел I Петро́вич); 20 sentyabr (1 oktyabr) 1754[…], Sankt-Peterburq – 11 (23) mart 1801 və ya 12 (24) mart 1801[…], Sankt-Peterburq) — Rusiya imperiyasının imperatorudur. Atasının II Yekaterinanın məşuqu Sergey Saltıkov olması barədə yayılan şayələrə baxmayaraq, III Pyotr və II Yekaterinanın yeganə oğlu olaraq qəbul edilir. Ömrünün böyük bir qismini anasının kölgəsində keçirən I Pavelin səltənəti suiqəsdçilər tərəfindən öldürülənədək 5 il davam etdi. Rusiya taxt-tac varisliyində qədim qanunları bərpa etdi və taxt əbədiyyətə qədər Romanovlar sülaləsinə verildi. == Uşaqlıq illəri == Pavel Sankt Peterburqda Yelizaveta Petrovnanın sarayında dünyaya gəldi. Anası Sofiya Avqust Frederik (sonradan II Yekaterina), atası isə imperatriça Yelizavetanın varisi olan Pyotr Fyodoroviçdir. Dünyaya gəldikdən sonra imperatriça Yelizavetanın əmrilə dərhal anasından alındı, xüsusi dayələr və Nikita İvanoviç Panin tərəfindən böyüdüldü. Halbuki N. İ. Paninin qardaşı oğlu I Pavelin qatillərindən biri oldu. 1771-ci ildə tifus xəstəliyinə tutulmuş, bu səbəbdən üzündə ləkələr olmuşdur.
I İoann Pavel
I İoann Pavel (Albino Luçani, d. 17 oktyabr 1912, Forno-di-Kanale - ö. 28 sentyabr 1978, Roma) — 1978-ci ildə seçilmiş 263-cü Roma Papası (33 gün ərzində). 1958-ci ildə yepiskop, 1969-cu ildə Venesiya patriarxı olmuşdur. 1973-cü ildə kardinal rütbəsini almış, Ayinlər və İlahi İbadət Konqreqasiyasının üzvü olmuşdur. Papalıq tarixində qoşa adı ilk dəfə qəbul etdi.
Müqəddəs Pavel
Müqəddəs həvari Pavel (təq. 5, Tarsus, Roma imperiyası – ən tezi avqust 64 və ən geci 67, Roma, İtaliya[d], Roma imperiyası) — xristianlıq tarixinin ən böyük missioneri. Yəhudi ailəsində doğulmuş əvvəldə Savl adlandırılmışdı. Yerusəlimdən Dəməşqə səyahət zamanı İsadan vəhy görmüş Pavel xristianlığı qəbul etmişdir. Həvarilər Əməllərinə görə, üç missioner səyahəti törətdi. Əhdi Cədiddə 13 müraciətnamə onun adını daşıyır. Adı tarixdə 100 ən nüfuzlu şəxs siyahısına daxil edilib.
Müqəddəs Pavel kafedralı
Müqəddəs Pavel kafedralı (ing. St Paul's Cathedral) – Londonda yerləşən Anqlikan kafedralı və London yepiskopunun iqamətgahı. Kafedral, London yepiskopluğuna tabe olan bütün kilsələrin ana kilsəsi kimi fəaliyyət göstərir. London şəhərinin ən yüksək nöqətsi olan Ladqeyt-Hilldə inşa edilmiş kilsə, I dərəcəli vacibliyə malik abidə kimi İngiltərənin qeydiyyata alınmış tarixi abidələri siyahısına salınmışdır. Hazırkı kafedralın yerində b.e. 604-cü ilində inşa edilmiş kilsə kimi, kafedral da Həvari Pavelə ithaf edilmişdir. XVIII əsrin sonlarına aid olan hazırkı kilsə binası, İngilis barokkosu üslubunda Ser Kristofer Ren tərəfindən dizayn edilmişdir. Renin sağlığında tamamlanmış kilsə inşası, Böyük London yanğınından sonra, şəhərin bərpa layihəsinin bir hissəsi olmuşdur. Ərazidə olmuş və Böyük Yanğın zamanı böyük bir hissəsi dağılmış qotik üslublu Köhnə Müqəddəs Pavel kafedralı, orta əsrlər və erkən modern London həyatında böyük rol oynamışdır. Kafedral Londonun ən məşhur və ikonik görməli yerlərndən biridir.
Müqəddəs Pavel kilsəsi
Müqəddəs Paul kilsəsi ― Türkiyənin Mersin ilinin Tarsus şəhərində yerləşən keçmiş Yunan pravoslav kilsəsi. Tarsus antik indiki Türkiyənin cənubunu təşkil etmiş Kilikiyada həm qədim, həm də orta əsrlərdə mövcud olmuş əhəmiyyətli şəhər idi. İncildə adı çəkilmiş Daniyal və xəlifə Əl-Məmunun (786–833) hər ikisinin qəbiri Tarsusdadır. Həvari Pavel Tarsus sakini idi. O, Tarsusda Saul adlı bir yəhudi olaraq anadan olmudur. Müqəddəs Pavel xristianlığı qəbul etdikdən sonra eramızın 64 və ya 67-ci ilində Roma İmparatoru Neron tərəfindən tutulub və başının kəsilməsi ilə sona çatan bir çox missioner səyahətinə çıxmışdır. Tarsus Pavelin ölümündən sonra da bölgənin əhəmiyyətli şəhəri olaraq qalmağa davam etdi. Şəhər daha sonralar Bizans imperiyası, Abbasilər xilafəti, Səlcuq imperiyası, Kilikiya çarlığı, Ramazanilər və Osmanlı imperiyasının bir hissəsi olmuşdur. Tarsusda Pavel tərəfindən qurulmuş kilsələrin olub olmadığı məlum deyil, lakin P. Lukas 1704-cü ildə ərazidə Pavel tərəfindən inşa edilmiş kilsənin olduğunu yazmışdır. V. Langlois 1851-ci ildə Tarsusa gələrək bunu təsdiqləmişdir.
Müqəddəs Pyotr və Pavel bazilikası
Müqəddəs Pyotr və Pavel bazilikası (Müqəddəs Pyotr və Pavelin kapitul kilsəsi) (çex. Bazilika svatého Petra a Pavla; Kapitulní chrám sv. Petra a Pavla) — Praqanın Vışehrad rayonunda yerləşən neoqotik üslublu kapitul katolik kilsəsidir. Kilsə Vışehradda yerləşən müqəddəs Pyotr və Pavelin kral kollegial kapituluna mənsub prixod hesab olunur. 25 mart 2003-cü ildən kiçik bazilika titulunu daşıyır. Vışehradda kilsənin yaranmasının əsas səbəbi, XI əsrin ikinci yarısında knyaz II Vratislav və onun qardaşı Praqa yepiskopu Yaromir arasında hakimiyyət uğrunda gedən mübarizə ilə sıx bağlıdır. Vratislav, yeni hakimiyyət mərkəzi yaratmaq məqsədilə Vışehradı öz yaşayış yeri kimi seçir və orada Praqa Yeparxiyasından müstəqil şəkildə fəaliyyət göstərəcək yeni kilsə təşkilatı qurmaq qərarına gəlir. Bunun nəticəsində 1070-ci ildə, Praqa yepiskopluğundan müstəqil şəkildə fəaliyyət göstərən və bilavasitə Roma Papasının tabeliyində olan Vışehrad kapitulu təsis edilmişdir (Kapitul 1763-cü ilə qədər müstəqil qalmışdır). Qısa müddət sonra həmin ərazidə tikintisi yəqin ki 1080-ci ilə qədər davam edən Müqəddəs Pyotr və Pavelin şərəfinə kilsə qurulmuşdur. Salnamələrə inansaq, knyaz Vratislav təməl üçün daşla doldurulmuş 12 zənbili tikinti sahəsinə çatdırır və ümumilikdə məbədin tikintisində şəxsən iştirak edirdi.
Müqəddəs Pyotr və Pavel kilsəsi (Staroçerkasskaya)
Müqəddəs Pyotr və Pavel kilsəsi ( rus. Церковь святых апостолов Петра и Павла ) və ya Petropavlovsk Kilsəsi ( rus. Петропавловская церковь ) — Rusiyanın Rostov vilayətində, Aksaysky rayonu, Starocherkasskayada 1751-ci ildə inşa edilən Rus Pravoslav kilsəsidir. Bütün Rostov vilayətindəki ən qədim kilsələrdən biridir. Çerkasskdakı taxtadan kiçik Pyotr və Pavel Kilsəsi ilk rəsmi sənədlərdə 1692-ci ildə qeyd edilmişdir. 1744-cü ildə şəhərdəki yanğından sonra, 1749-cu ildə Rusiya İmperatoru I Yelizaveta yerli ataman Danil Efremova yeni bir kilsə tikmək üçün on hörgü və suvaqçı göndərdi. İnşaat tezliklə bitdi. 1751-ci ildə Müqəddəs Con Varriora həsr olunmuş kilsənin açılışı oldu. Elə həmin il yeni təqdis olunan kilsədə, məşhur Ataman Matvey Platov vəftiz edildi. 2013-cü ilin avqustunda kilsə divarına lövhə qoyuldu:Burada, Müqəddəs Pyotr və Pavel kilsəsində 1753-cü ildə Don Ordusunun Atamanı, 1812-ci il Vətən Müharibəsinin qəhrəmanı və süvari general Matvey Platov vəftiz edildi.Sovet dövründə kilsə bağlandı və dağıldı.
Othonna pavelkae
Othonna pavelkae (lat. Othonna pavelkae) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin othonna cinsinə aid bitki növü.
Pavel
Pavel — Dünyada daha çox işlədilən kişi adı. Bu adı olan tanınmış insanlar I Pavel — Ümumrusiya imperatoru, III Pyotr və II Yekaterinanın oğlu. I İoann Pavel — Roma papası II İohann Pavel — Roma papası II Pavel — Roma papası. IV Pavel — Roma papası VI Pavel — Roma papası Həvari Pavel — xristianlıq tarixində ən böyük missioneri. Pavel Nedved — futbolçu Pavel Blyaxin — Ssenari müəllifi. Pavel Vinnik — aktyor Pavel Kadoçnikov — aktyor Pavel Aleksandrov — Pavel Amnuel — Pavel Florenski — Pavel Osipov — Pavel Finn — Ssenari müəllifi Pavel Yesikovski — Aktyor. Pavel Sisianov — gürcü əsilli rus generalı, Pavel Qraçov — Rusiyanın müdafiə naziri (1992-1996), ordu generalı, Sovet İttifaqı Qəhrəmanı.
Pavel Abrosimov
Pavel Vasilyeviç Abrosimov (rus. Па́вел Васи́льевич Абро́симов; 14 (27) dekabr 1900, Svoboda[d], Kursk quberniyası[d] – 21 mart 1961, Moskva) — SSRİ memarı. Birinci dərəcəli "Stalin" mükafatı laureatı (1949). 1944-cü ildən ÜİK(b)P üzvü. 15 mart 1948-ci ildə Siyasi Büronun iclasında Moskva Dövlət Universiteti üçün yeni binanın tikintisi ilə bağlı 803 nömrəli qərar qəbul edilmişdir. Universitet kompleksinin layihə rəhbərlərindən biri Abrosimov olmuşdur. Bakıdakı stadion layihəsinin memarıdır (müsabiqə layihəsi, 1-ci mükafat, memarlar Arkadi Arkin və V. B. Melkomova ilə birlikdə, 1930). Минкус М. А. Дом правительства УССР в Киеве // Архитектурная газета: Приложение к № 33. — 1938. — 12 июня.
Pavel Adamoviç
Pavel Adamoviç (tam adı: Pavel Boqdan Adamoviç, pol. Paweł Bogdan Adamowicz; 2 noyabr 1965, Qdansk – 14 yanvar 2019, Qdansk Universiteti Klinik Mərkəzi[d], Qdansk, Polşa) — Polşa siyasətçisi və hüquqşünası. O, 1998-ci ildən 2019-cu ildə sui-qəsdə uğramasına qədər Qdansk şəhərinin meri olmuşdur. Adamoviç 1988-ci ildə gerçəkləşən fəhlə tətilinin öndərlərindən biri və tətil komitəsinin sədri idi. O, 1990-cu ildə 1990 Qdansk Şəhər Şurasının üzvü seçilmiş, 1994–1998-ci illərdə isə şuranın sədri olmuşdur. Adamoviç 1998-ci ildə Qdansk şəhərinin meri seçilmiş və 10 noyabr 2002-ci ildə səslərin 72%-ni əldə edərək ikinci dəfə mer seçilmişdir. O, 2018-ci ildə partiyasız olaraq üçüncü dəfə mer seçilmişdir. Adamoviç populist və sağçı hökumətdə tərəqqipərvər bir siyasətçi kimi tanınırdı. O, LGBT hüquqlarını, immiqrantları və etnik azlıqları dəstəkləyirdi. 13 yanvar 2019-cu il tarixində Adamoviç Qdansk şəhərində keçirilən xeyriyyə konsertində bıçaqlı hücuma məruz qalmışdır.
Pavel Akselrod
Pavel Borisoviç Akselrod (rus. Па́вел Бори́сович Аксельро́д, 25 avqust 1850 – 16 aprel 1928, Berlin) — Menşevik lider, "İskra"nın jurnalisti. Pavel Borisoviç Akselrod 25 avqust 1850-ci ildə Rusiyada anadan olmuşdu. Pavel Akselrod 16 aprel 1928-ci ildə vəfat edib.
Pavel Aleksandrov
Pavel Sergeyeviç Aleksandrov (25 aprel (7 may) 1896, Noqinsk, Rusiya imperiyası – 16 noyabr 1982[…], Moskva) — SSRİ riyaziyyatçısı; topologiya üzrə elmi məktəbin yaradıcısı; çoxluqlar nəzəriyyəsi və funksiyalar nəzəriyyəsi sahələrində də çalışmışdır. Pavel Aleksandrov 7 may 1896-cı ildə Moskvada doğulub. 16 noyabr 1982-ci ildə Moskvada vəfat edib. Pavel Sergeyeviç Aleksandrov universitetdə oxuduğu illərdə bir çox araşdırmalar etmişdir. Həm funksiya , həm də çoxluqlara dair usaqlar üçün Riyaziyyat ensiklopediya tərtib etmişdir . Onun nəzəriyyəsi o dövrün alimləri üçün çox bəyənilmişdir . Rusiyanın , Amerika Birləşmiş ştatlarının Elmlər akademiyasının üzvlüyünü daşımışdır. Sovet riyaziyyatçısı , həmçinin professor , elmlər doktorudur.
Pavel Amnuel
Pavel Amnuel — yəhudi elmi fantastika yazıçısı, fizik. 20 fevral 1944-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1967-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirmiş və 23 il Şamaxı Astrofizika Rəsədxanasının ulduz atmosferi laboratoriyasında işləmişdir. 1979-cu ildən isə Fizika İnstitutunda işləyirdi. 70-dən çox elmi məqaləsi və 5 elmi fantastika janrında kitabı var. 1990-cı ildə İsrailə köçmüşdür. İlk kitabı Bu gün, sabah, həmişə 1984-cü ildə yayımlanmışdır. Zaman bombası Partlayış Kainatın bütün qanunları Yüksək tədbir Səma yuxarıda, dağlar yuxarıda, bulud yuxarıda...
Pavel Anosov
Pavel Petroviç Anosov (29 iyun (10 iyul) 1796 və ya 1799, Tver və ya Sankt-Peterburq – 13 (25) may 1851, Omsk, Qərbi Sibir general-qubernatorluğu[d]) – rus metallurqu. 1917–47-ci illərdə Zlatoust zavodlarında işləmişdir. P. Anosov yüksək keyfiyyətli tökmə polad alınması proseslərini, metalın qaz sementlənməsi (dünyada ilk dəfə) prosesini, çuqunun əritmə yolu ilə polada çevrilməsi üsullarını, oda davamlı putaların alınma texnologiyasını və s. işləyib hazırlamışdır. İlk dəfə 1931-ci ildə polad ərintilərinin daxili quruluşunu tədqiq etmək üçün mikroskopdan istifadə etmiş və bununla da metalların mikroskopik analizinin əsasını qoymuşdur. Anosovun tədqiqatlarının nəticələri "Poladlar haqqında" (1941) kitabında ümumiləşdirilmişdir. 1993-cü ildə Rusiya Elmlər Akademiyası P. Anosov adına mükafat təsis etmişdir.
Pavel Antokolski
Pavel Qriqoryeviç Antokolski (rus. Па́вел Григо́рьевич Антоко́льский; 1 iyul 1896[…], Sankt-Peterburq – 9 oktyabr 1978[…], Moskva) — rus sovet şairi, tərcüməçi və dramaturq. Pavel Antokolski Sankt-Peterburqda daimi vəkil və daimi stryapçi köməkçisi Gerşon Movşeviç Antokolski (1864—1941) və Olga Pavlovna Antokolskaya (? -1935) ailəsində anadan olmuşdur. Atası özəl firmalarda işləmiş, daha sonra 1933-cü ilə qədər sovet müəssisələrində xidmət etmişdir. Anası Fröbel kurslarına gedirdi. Ailə Vilne şəhərində yaşayırdı, burada onun Yevgeniya (1900), Nadejda (1903) və Mariya adlarında bacıları dünyaya gəlmişdilər. 1904-cü ildə ailə Moskvaya köçdü, burada gələcək şair özəl gimnaziyaya girdi. 1915-ci ildə Moskva Dövlət Universitetinin Hüquq fakültəsində oxudu (məzun olmadı). 1918-ci ildə onun yazıları nəşr olunmağa başlandı.
Pavel Blyaxin
Pavel Andreyeviç Blyaxin (25 dekabr 1886, Saratov, Rusiya - 19 iyun 1961, Moskva, Rusiya) — Ssenari müəllifi. 1905-1907-ci illər inqilabının iştirakçısı olmuş və Bakıda inqilabi fəaliyyət göstərmişdir. 20-ci illərdə Bakı xalq maarif şöbəsinin müdiri işləmiş, ədəbi fəaliyyətə 1919-cu ildən başlamışdır. Əsasən inqilabi əsərlərin müəllifidir. Kinoda 1923-cü ildən fəaliyyət göstərmişdir. Orden və medallarla təltif olunmuşdur.