Persey
Persey (yun. Περσεύς) — yunan mifologiyasında qəhrəman, Zevs və Danayanın oğlu.
== Doğulması ==
Aqos çarı – Akrisiy peyğəmbərə onun oğlunun olub olmayacağını öyrənmək üçün müraciət edir. Ona bildirilir ki, onun öz oğlan övladı olmayacaq, lakin qızı Danayanın dünyaya gətirmiş olacağı oğlan onu öldürəcəkdir.
Bundan ehtiyat edən Akrisiy Danayaya heç bir kişi xeylağı yaxın düşə bilməməsi üçün onu zülmət zirzəmiyə salır. Danayanın gözəlliyinə vurulmuş Zevs özünü qızıl yağışa çevirərək, zirzəmiyə sirayət edir və qıza qovuşur, beləliklə Danaya Zevsdən uşağa qalmış olur.
Oğlu Perseyi dünyaya gətirdikdən sonra atasından gizlin saxlamağa çalışsa da uçağın ağlaması onu aşkarlamış olur. Danaya əhvəlatı olduğu kimi Akrisiyə nəql edir lakin atası ona inanmasa da hər ikisini bağlı qutuya salaraq dənizə buraxdırır. Dalğalar qutunu Kiklad adalarına – Serifos sahilinə ataraq, Diktisin balıq toruna salır. Diktisin yanında sığınacaq tapsalar da onun qardaşı çar Polidekt yersiz evlənmə təklifi ilə Danayanı rahat buraxmır.