PEYSƏR

is. [ fars. ] Başın arxa tərəfi.
Bayram … usta Pirəlinin qırmızı, dolğun üzünə və yoğun peysərinə baxırdı. M.Hüseyn.
Şapkasının uzun günlüyü Səmədə diqqətlə baxmağa mane olurmuş kimi Yusif onu peysərinə itələdi. İ.Hüseynov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • PEYSƏR peysər bax boyunardı
  • PEYSƏR boyun

Etimologiya

  • PEYSƏR Fars mənşəlidir, “boyunun arxa tərəfi” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
PEYRƏVİ
PEYVƏND
OBASTAN VİKİ
Peysər
Peysər və ya bəzən boyunardı – boynun arxa tərəfi. Farsmənşəli sözdür. == Təbiətdə == Məməlilərin bir çox növündə peysərdə dərinin sərbəst, qeyri-həssas hissəsi yerləşir. Analar balalarını daşımaq üçün onları bu yerdən ağıza alırlar. Bu, balanın daşınarkən hərəkətsiz qalmasına şərait yaradır. Pişiklər cütləşərkən erkək fərd dişi fərdin hərəkətini məhdudlaşdırmaq üçün onun peysərindən dişləyir. == Mədəniyyətdə == Ənənəvi Yaponiya mədəniyyətində peysər (項, unaci) qadınlar tərəfindən paltarla örtülməyən azsaylı bədən hissələrindən biridir. Qadının peysəri bir çox yapon kişi üçün qadının cazibədar bölgələrindən biri hesab olunur.Livan və Misir mədəniyyətlərində şəxsin peysərinə əllə vurmaq ağır təhqir hesab olunur. Müasir Azərbaycan dilində isə "peysər" vulqar söz kimi işlədilir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Peysər ilə əlaqəli mediafayllar var.

Digər lüğətlərdə

домосе́дный камбалообра́зные колоше́ние ложби́ночка пригла́женность притяза́тельно развращённый шки́пер колористи́чески лесови́к неограни́ченно отрица́тельный подстыко́вывать развора́чивание расчехля́ться расще́лина са́бельник ammunition Bangkok Hanna Latin rest and recreation self-pity наряду приписаться