PİLLƏ

is. [ fars. ]
1. Pilləkənin çıxarkən və ya düşərkən ayaq qoyulan üfüqi hissələrindən hər biri.
Ləman ucadan gülüb, bir neçə pillə qalxdı və Teymura sarı döndü. H.Seyidbəyli.

// Cəm şəklində: pillələr – pilləkən.
[Usta Ağabala] …pillələr ilə aşağı endi və alçaq qapını taqqıltı ilə açıb girdi hamama. Çəmənzəminli.
İşıqlı mərmər pillələrlə yer altına enirik… M.İbrahimov.
Çatıb evə, pillələri; Birnəfəsə çıxır Reyhan. M.Dilbazi.

// məc. İnkişafın dərəcəsi, mərhələsi. Təmərküzləşmənin yüksək pilləsi.
– İnkişafın aşağı pilləsində olan bir xalqın təşkilatı dağınıq, ictimai həyatı naqis olur. M.İbrahimov.

// məc. Mərtəbə, səviyyə, dərəcə.
Yarməmməd çoxdan hesabdarlıqdan bir pillə yuxarı qalxmaq fikrində idi. M.İbrahimov.

2. Hissə. Raket bir neçə pillədən ibarətdir.

Sinonimlər (yaxın mənalı sözlər)

  • PİLLƏ dərəcə
PİLİK
PİLLƏ-PİLLƏ

Digər lüğətlərdə