PILLOW FIGHT

n balış davası

PILLOW
PILLOWCASE
OBASTAN VİKİ
Fight Club
Döyüş Klubu (ing. Fight Club) — Çak Palanikin romanının motivləri əsasında Devid Finçerin çəkdiyi triller. Film 1999-cu ildə ABŞ-də çəkilib. "IMDb versiyasına görə ən yaxşı 250 film" reytinqinə əsasən "Döyüş klubu" siyahıda dünyanın ən yaxşı filmləri sırasında 10-cu yeri tutur. Film həmçinin "Ölməzdən əvvəl baxılmalı 50 film" siyahısına daxildir. İlk əvvəl filmi çəkən şirkətə Finçerin əsəri xoş gəlmir və marketinq kampaniyası üçün ayrılmış büdcə, mümkün itkilər studiyaya güclü zərbə endirməsin deyə kəsilir. "Döyüş Klubu" studiyanın ümidlərini doğrultmur və tənqidçilər tərəfindən polyar rəylər qazanır. Buna baxmayaraq film 1999-cu ilin ən mübahisəli və ən çox müzakirə edilən filminə çevrilir. Bir çoxları filmin ABŞ siyasi həyatında baş verən dəyişikliklər dövründə meydana çıxdığını və güclü novator stilinə malik olduğunu qeyd edirlər. İlk əvvəl gəlir gözləniləndən çox aşağı olmasına baxmayaraq, Döyüş Klubu sonrakı illərdə buraxılan DVD relizlər hesabına ən uğurlu kommersiya filmlərindən birinə çevrilir.
Final Fight
Final Fight (yap. ファイナルファイト, azərb. Final döyüşü‎) - Capcom oyun şirkəti tərəfindən 1989-cu ildə yaradılan, döyüş oyunudur. Oyun "Beat 'em up" (ing. Hamıdan döy) janrındadır. İlk dəfə "Final Fight" oyunu "Street Fighter" oyununun davamı kimi buraxılacaq və adı "Street Fighter '89" olmalı idi. Lakin oyunun janrı və mövzusu fərqli olduğundan, oyuna "Final Fight" adı verildi. == Hekayə == Baş qəhrəman Haqqar "Metro Citi"nin bələdiyyə başçısı olan köhnə bir güləşçidir. Haqqarı öz mənfəətləri istiqamətində istifadə etmək istəyən qanqster Belqer və adamları, qızı Cessikanı qaçırırlar. Haqqar qanqsterlərin istəklərini qəbul etmir və Cessikanın dostu Kodi və Cessikanın qardaşı Geyin köməyiylə qurtarma əməliyyatına girişirlər.
Uncharted: Fight for Fortune
Uncharted: Fight for Fortune — 2012-ci ilin dekabrın 4-də satışa çıxarılan oyun, "Uncharted" seryasına əsaslandırılmış bir sıra əsaslı strategiya kart oyunudur. Oyun, iki oyunçunu seriyadaki obrazları təmsil edərək bir-birlərinə qarşı döyüşdürür. Oyunçular qarşı tərəfi məğlub etmək üçün kart dəstələrindən istifadə edirlər. Oyun, Uncharted: Golden Abyss ilə əlaqə quraraq, oyundakı irəliləmələrinə və qazanmış olduqları kuboklara əsaslanaraq oyunçuların yeni kartlar qazanmağına imkanı verir. Əsas oyundan olan kartlar Uncharted: Drake’s Fortune, Uncharted: Golden Abyss və Uncharted: Indra'nın Gözü'ndən gəlir. PlayStation Network'da Uncharted 2: Among Thieves və Uncharted 3: Drake’s Deception-dan kartlar əlavə etmək üçün iki genişlətmə paketi hazırlandı. Uncharted: Fight for Fortune satışa çıxarıldıqdan sonra müsbət fikirlərlə qarışdı. Destructoid jurnalisti Kris Karter oyunun 7.5 / 10 verərək, "Təməlində, Uncharted: Fight for Fortune, Magic: The Gathering-ın elementlərini daşıyan, sadələşdirilmiş bir vəsait rəhbərliyi oyunudur" dedi. Metacritic-də oyun 25 şərh ilə hesablandıqdan sonra 67/100 bal aldı, yəni qısaca oyun "qarışıq və orta baxış" aldı.