Pirbudaq (Cahanşahın oğlu)
Əbu'l Fəth Pir budaq və ya daha çox tanındığı adı ilə Pirbudaq (Bağdad – 1466, Bağdad) — Cahanşahın 4-cü oğlu Qaraqoyunlular dövlətinin Şiraz Valisi (1456–1460) Bağdad Valisi (1460–1466) . Hakim olduqları şəhərlərdə siyasi və iqtisadi sabitlik qurmuş, buna görə də öz dövründə məşhurlaşmışdır. O, incəsənətə aid kitabxana qurdurmağı, mədəniyyətə hamilik etməsi, Bağdadı incəsənətin mərkəzinə çevirməsi ilə tanınmışdır. O, bu kitablarda incəsənətin ən böyük hamisi olan türkman kimi təsvir edilmişdir.
Pirbudaq güclü bir ailədə doğulmuşdu. Öz dövrünün ən güclü türk ailələrindən biri olan və Qaraqoyunluların hakim sülaləsi olan ailədə dünyaya gələn Pirbudaq Cahanşahın ən böyük oğlu idi. Onun ailəsi monqol işğalları zamanı Orta Asiyadan İran və Azərbaycan coğrafiyasına gəlmiş, 1300-cü illərdə artıq bölgədə hakim qüvvəyə çevrilmişdirlər. Onun əmisi Şah Məhəmməd 1411-1433-cü illərdə Bağdadın hakimi olmuşdur. Onun babası Qara Yusif 1410-cu ildən Azərbaycanın hakimi olmuş, 1439-cu ildə Pirbudağın atası Cahanşah Qaraqoyunlu taxtına çıxmışdır. Bundan bir il əvvəl isə Cahanşah Teymuri hökmdarı Şahruxu dəstəkləməsinin mükafatı olaraq Təbriz hakimi təyin edilmişdi.