PRIVATE

private1

n 1. hərb. sıravi əsgər; 2. pl xarici cinsiyyət orqanları;

◊ in ~ gizli, məxfi; The girl asked to see him in private Qız ondan gizli görüşməyi xahiş etdi

private2

adj 1. xüsusi, özəl, şəxsi; ~ property xüsusi mülkiyyət; a ~ school / hospital / bank / university özəl məktəb / xəstəxana / bank / universitet; a ~ income şəxsi gəlir; This is my private opinion Bu, mənim şəxsi fikrimdir / rəyimdir; 2. sirr verməyən, öz fikrini / niyyətini gizli saxlayan; 3. gizli, məxfi; a ~ meeting gizli / məxfi iclas; ~ information gizli / məxfi məlumat; I’d like a private chat with you Mən səninlə /sizinlə gizli danışmaq istərdim; 4. xəlvəti, sakit; Let’s find a private place where we can sit and talk Gəl / Gəlin bir xəlvəti / sakit yer tapaq, oturub söhbət edək

PRIVACY
PRIVATELY
OBASTAN VİKİ
Virtual Private Network
VPN (ing. virtual private network) — iki kompüter arasında məlumatları virtual tunel vasitəsilə şifrələyərək ötürən əlaqə vasitəsidir. Azərbaycancaya "Virtual Şəxsi Şəbəkə" olaraq tərcümə olunur. VPN bağlantısi üzərindən istifadəçilər təhlükəsiz şəkildə informasiyanın ötürülməsini həyata keçirə bilərlər. Buna səbəb ötürülən informasiyanın adi qaydadan fərqli olaraq şifrələnmiş halda göndərilməsidir. Yəni VPN qurulmuş iki nöqtə arasında bir nöqtədən digərinə informasiya göndərilərkən həmin paket şifrələnir və digər tərəfdə deşifrələnir və informasiya açıq şəkildə təqdim olunur. Məhz buna görə bu texnologiya təhlükəli zonalarda daha geniş istifadə olunur. Yəni qoşulmaya kimsə müdaxilə etsə, əldə edəcəyi məlumat şifrələnmiş olur, amma bu cür hallar davamlı təkrar olunmur, çünki əgər VPN server məlumat sızması müşahidə edərsə, həmin əlaqəni başqa yolla marşrutlayır. Bəzi hallarda VPN istifadəçiləri evlərində, ofislərində köhnə kabellər işlətdiklərindən məlumat transferində paketlərin itməsi baş verir ki, VPN serveri də bunu xaker hücumu olaraq başa düşür və davamlı olaraq VPN əlaqəsini regenerasiya edir. İki cür VPN bağlantısı mövcuddur: Remote access VPN Site-to-site VPN Remote access VPN əlaqələri — evdə, yolda və ya səfərdə olan istifadəçilərin internet vasitəsilə şəbəkə tərəfindən təmin edilən infrastrukturu istifadə edərək xüsusi şəbəkə üzərindəki bir serverə qoşulmalarına imkan yaradır.