Nazim Hüseynov (prodüser)
Nazim Fikrət oğlu Hüseynov — Azərbaycanfilm kinostudiyasının sabiq direktoru.
Nazim Fikrət oğlu Hüseynov Bakıda anadan olub. M. Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Neft-mədən fakültəsində (1990), Rusiya Federasiyası Prezidenti yanında Təsərrüfat və Dövlət Qulluğu Akademiyasının Dövlət və bələdiyyə idarəçiliyi ixtisasında (2018) təhsil alıb. "215 KL" Müstəqil televiziya şirkətində maliyyə direktoru (1992–1997, 1999–2010), Space Teleradio Şirkətində reklam və kommersiya departamentinin direktoru (1997–1999), "Salnamə" Sənədli Filmlər studiyasının direktor müavini olaraq çalışıb. "Azərbaycanfilm" kinostudiyasında direktor vəzifəsini icra edib (2020). II Bakı Beynəlxalq İdman Filmləri Festivalının, III, IV, V Bakı Beynəlxalq Turizm Filmləri Festivalının icraçı direktoru olub. 2013-cü ildən "Salnaməfilm" studiyasının, 2022-ci ildən "Azərbaycanfilm" kinostudiyasının direktorudur. Bir neçə bədii, 60-dan çox sənədli filmin prodüseridir.
Azərbaycan xalçası (1997, qısametrajlı sənədli film) – direktor
Yeddi oğul istərəm, bircə dənə qız gəlin (2002, qısametrajlı sənədli film) – direktor
Onun ürəyi (2010, qısametrajlı bədii film) – icraçı prodüser
Hüseyn xan Naxçıvanski. Qayıdış (2014, qısametrajlı sənədli film) – prodüser
Qafqazdan Appeninə (2014, qısametrajlı sənədli film) – prodüser
Qalib (2014, qısametrajlı sənədli film) – prodüser
Mən Bakını sevirəm (2014, qısametrajlı sənədli film) – prodüser
Mən evə qayıdıram (2014, tammetrajlı bədii film) – icraçı prodüser
Uçmaq istəyirəm (2014, qısametrajlı sənədli film) – prodüser
Vətən qeyrəti (2014, qısametrajlı sənədli film) – prodüser
Naftalan cövhəri (2015, qısametrajlı sənədli film) – prodüser
Polkovnik (2015, qısametrajlı sənədli film) – prodüser
Sübhdən başlanan həyat (2015, qısametrajlı sənədli film) – prodüser
Yüksəliş (2015, tammetrajlı sənədli film) – prodüser
Bakı Avropa Oyunları 2015 (2016, tammetrajlı sənədli film) – prodüser
Bakı əsrlərin aynasında (2016, tammetrajlı sənədli film) – baş prodüser
Cırtdan və sehirli xalat (2016, animasiya filmi) – prodüser
Daşın yaddaşı (2016, qısametrajlı sənədli film) – prodüser
Hapıtlar (2016, qısametrajlı sənədli film) – prodüser
Qırmızı bağ (2016, tammetrajlı bədii film) – icraçı prodüser
Aprel yüksəkliyi (2018, qısametrajlı sənədli film) – prodüser
Cümhuriyyət tələbələri (2018, qısametrajlı sənədli film) – prodüser
İki əsgər (2018, qısametrajlı sənədli film) – prodüser
Qəhrəmanlıq zirvəsi (2018, qısametrajlı sənədli film) – prodüser
Memar (III) (2018, qısametrajlı sənədli film) – prodüser
Məni yada salarkən… (2018, qısametrajlı sənədli film) – prodüser
36 bahar (2019, qısametrajlı sənədli film) – prodüser
777 (2019, qısametrajlı sənədli film) – prodüser
Bir elin Şahları (2019, qısametrajlı sənədli film) — prodüser
Cırtdan və sehrli xalat.