PROSPEKT₂
PROTEİ́N
OBASTAN VİKİ
Prostat
Yunanca: προστάτης prostates, termini "protector" qoruyucu gözətçi mənasındadır boşaltma sisteminin sonuna yaxın hissədə məsanə və üretra (xarici sidik kanalı) arasında yerləşən şabalıd şəklində və şabalıd böyüklüyündə bir orqandır. Prostat yalnız kişilərdə mövcuddur. Qadınlarda prostat və ya buna bənzəyən hər hansı bir orqan mövcud deyildir. == Xüsusiyyəti == Sağlam bədəndə prostat vəzi iki vəzifəyə malikdir. Əsas vəzifəsi sidik kisəsindən sidiyi xaric etmək və orqazm sırasında kişinin spermasının gəlməsini təmin etməkdir.
Prostat vəzi

Prostat xərçəngi
Prostat vəzinin xərçəngi — bədxassəli şiş. Dünyada prostat vəzinin xərçəngi ilə xəstələnmə halları xüsusən yaşlı kişilər arasında ilbəil artmaqda davam edir. Hazırkı dövrə qədər, xəstəliyin əmələgəlmə səbəbləri, hələ də dəqiq şəkildə müəyyən edilməmişdir. Həkimlər xəstəliyin əmələ gəlməsində bir sıra əsas risk (təhlükə) faktorlarının olduğunu qeyd edirlər: — yaş faktoru; ən əsas faktor hesab edilir; kişinin yaşı nə qədər çox olarsa, prostat vəzinin xərçənginin inkişaf etməsi təhlükəsi bir o qədər də artmış olur; — kişi cinsiyyət üzvlərinin uzun müddət ərzində mövcud olan müxtəlif iltihabi və digər xəstəlikləri; — piylənmə; — irsiyyət; — zərərli istehsal sahələrində işləmək; — zərərli adətlərin olması (siqaret çəkilməsi, spirtli içkilərin qəbul edilməsi və s.) Digər, əksər xərçəng şişləri kimi, prostat vəzinin xərçəngi də xəstəliyin ilkin dövrlərində özünü heç bir əlamətlə büruzə vermir. Müəyyən müddətdən sonra şiş ölçülərinin getdikcə artması səbəbindən sidik kanalının sıxılması baş verir. Bu isə öz növbəsində sidik ifrazının çətinləşməsinə, sidiyin sidik kisəsində ləngiməsinə, sidikdə qan qarışığının olmasına səbəb olur. Bəzi hallarda sidiyi saxlaya bilməmək kimi əlamət də yarana bilir. Bu zaman gün ərzində olan sidik ifrazı 15–20 dəfəyə çatır (normada gün ərzində 4–5 dəfə və gecə 1 dəfə), onlar güclü sidiyə çağırış hissiyyatı və ağrı ilə müşayiət olunurlar. Şiş toxum kisəciklərinə sirayət etmiş (yayılmış) olarsa, potensiya qabiliyyətində müəyyən problemlər də baş verə bilər. Şiş daha böyük ölçülərə çatmış olduqda, xəstələrdə qəbizlik, defekasiyanın (nəcis ifrazı) ağrılı olması, nəcisdə qan olması kimi əlamətlər də yarana bilər.

Digər lüğətlərdə