PIRTLAMAQ

f.
1. İrəli çıxmaq, qabarıb çıxmaq, qabarmaq. Ağlamaqdan gözü pırtlamaq. Qarnı pırtlamaq.
2. Dar bir yerdən dışarıya çıxmaq.
Yaralanan sol əli ilə başını düzəltdi və xəncəri müarizinin qarnına soxdu, piy pırtladı. Çəmənzəminli.

3. bax pırtlaşmaq.
Həqiqətin qırmızı yanağını toz basmış, başının tükləri bir neçə yerdən pırtlamış … daş aşıran yoldaşlarına baxırdı. Ə.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • PIRTLAMAQ çıxmaq — sıçramaq — atılmaq
PIRTLAMA
PIRTLAŞDIRMA

Digər lüğətlərdə