QÖVS

is. [ ər. ]
1. Yay, kaman.
// Şəkilcə qövsü xatırladan, qövsə oxşayan şey.
Qəzadır qaşların qövsi, qədərdir kirpigin səhmi; Bəni amac üçün eynin bu mənindən nişan etdi. Nəsimi.
Qızların qövs qaşları və sehirli gözləri qaraldı. M.S.Ordubadi.
…Fişənglər havada qırmızı qövs təşkil edərək, arxaya əyilib söndü. Ə.Əbülhəsən.

2. hənd. Dairə çevrəsinin və ya digər əyri xəttin bir hissəsi. Dairənin qövsü. Qövs cızmaq.
3. Xüsusi terminologiyada: qövs lampaları, generatorları, fənərləri. Elektrik işıq mənbələri, qövs və közərmə lampaları XIX əsrin ikinci yarısında ixtira edilmişdir.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QÖVS qövs bax kaman 1
QÖVR
QÖVSİ

Digər lüğətlərdə