QÜSSƏ

is. [ ər. ] Qəm, kədər, hüzn, ürək sıxıntısı, fikir, dərd.
[Hacı Qara:] Durum gedim evə, tədarükümü görüm, … yoxsa qüssədən dərdəcər ollam! M.F.Axundzadə.
İzzət qüssədən və Məhəmməd Həsən əmi hirsindən başladılar Əhməd kimi ağlamağa. C.Məmmədquluzadə.
Atamız yol gözləməkdən gözdən oldu, anamız qəmdən, qüssədən yatağa düşdü. M.Rzaquluzadə.

□ Qüssə yemək (çəkmək, etmək) – qəm çəkmək, dərdlənmək, kədərlənmək, bir şeyin fikrini çəkmək.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QÜSSƏ qüssə bax qəm
  • QÜSSƏ qəm — kədər — hüzn — fikir — dərd

Antonimlər (əks mənalı sözlər)

  • QÜSSƏ QÜSSƏ – NƏŞƏ Nəşənin qədrini bilməzdi insan; Qüssə olmasaydı, qəm olmasaydı (M.Rahim)
QÜSL
QÜSSƏLƏNDİRİLMƏ

Digər lüğətlərdə