QIRMIZ

is.
1. bax qırmızböcəyi.
2. Bu böcəkdən hasil edilən qırmızı boya.
QIRMATÜFƏNG
QIRMIZBÖCƏYİ
OBASTAN VİKİ
Qurd qırmız
Qırmız böcək
Qırmız böcəyi
Azərbaycan Qırmızı Kitabı
Azərbaycan Respublikasının Qırmızı Kitabı — Azərbaycan Respublikası ərazisində nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi heyvan və yabanı bitki növlərinin vəziyyəti haqqında rəsmi dövlət sənədidir. O, Respublikanın bütün ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektorunda heyvan və bitki növlərinin vəziyyəti, yayılması və mühafizəsi tədbirləri haqqında məlumatları özündə əks etdirir. Mövcud "Qırmızı Kitab" 6 hissədən ibarətdir və özündə nadir və nəsli kəsilmək təhlükəsi olan 42 məməli növü, 71 quş növü, 5 balıq növü, 16 amfibi və 14 reptili növü, 40 həşərat növü və 140 bitki növü haqqında məlumat əks etdirirlir. Respublika "Qırmızı Kitab"ına fauna və flora növləri 2 kateqoriya üzrə daxil edilib: yoxa çıxmaq təhlükəsi olan və nadir növlər. Birinci kateqoriyaya bir sıra mənfi amillərin təsiri nəticəsində (tələf olması və yaşadığı yerlərin dağıdılması) sayı və arealı əhəmiyyətli dərəcədə azalan və böhran səviyyəsinə çatan növlər daxildir. Sayı azalmağa doğru meyl edən və kiçik sahələrdə rast gəlinən növlər isə nadir növlərə aiddir. Az öyrənilmiş, təbiətdə sayı və ehtiyatları haqqında lazımı məlumat olmayan, onların mühafizəsinin təşkili işində müəyyən çətinliklər törədən heyvan və bitki növləri də nadir növlər hesab olunur. Qanunvericiliyə əsasən Azərbaycan Respublikasının "Qırmızı Kitabı"nın hər 10 ildən bir çap olunması nəzərdə tutulub. "Qırmızı Kitab"ın I nəşri 1989-cu ildə həyata keçirilib. Qanunvericiliyə əsasən, hər on ildən bir yeni nəşrin çap olunması nəzərdə tutulsa da, kitabın II nəşri 24 il gecikib.
Azərbaycan SSR-in qırmızı kitabı
Azərbaycan SSR-in Qırmızı kitabı — Nadir və nəsli kəsilmək təhlükəsi olan heyvan və bitki növləri. Redaksiya heyəti: B. M. Adıgözəlov, U. K. Ələkbərov, M. A. Musayev və b.---Bakı, “İşıq” 1989, səh.544. Şəkilli. B. M. Adıgözəlov, U. K. Ələkbərov (bitkilər bölməsinin məsul redaktoru), H.Ə.Əliyev, D.B.Hacıyev, S.Ə.İsrafilov, M.Ə.Musayev (heyvanlar bölməsinin məsul redaktoru), İ.D.Mustafayev, İ.S.Səfərov.
Azərbaycan SSR-nin qırmızı kitabı
Azərbaycan SSR-in Qırmızı kitabı — Nadir və nəsli kəsilmək təhlükəsi olan heyvan və bitki növləri. Redaksiya heyəti: B. M. Adıgözəlov, U. K. Ələkbərov, M. A. Musayev və b.---Bakı, “İşıq” 1989, səh.544. Şəkilli. B. M. Adıgözəlov, U. K. Ələkbərov (bitkilər bölməsinin məsul redaktoru), H.Ə.Əliyev, D.B.Hacıyev, S.Ə.İsrafilov, M.Ə.Musayev (heyvanlar bölməsinin məsul redaktoru), İ.D.Mustafayev, İ.S.Səfərov.
Azərbaycanın Qırmızı kitabına düşən balıqlar
Azərbaycanın Qırmızı kitabına düşən balıqlar — Qırmızı kitaba aşağıdakı balıq növləri daxildir.
Azərbaycanın Qırmızı kitabına düşən həşəratlar
Azərbaycanın Qırmızı kitabına düşən həşəratlar Azərbaycanda ümumilikdə 15000-ə qədər həşərat yayıldığı müəyyən olunmuşdur. 2013-ci ildə yeni təşkil edilən Qırmızı kitaba 74 həşərat daxil edillmişdir. Onlardan 40-ı nadir növdür.
Azərbaycanın Qırmızı kitabına düşən məməlilər
Azərbaycanın Qırmızı kitabına düşən məməlilər — bura 14 növ məməli daxil edilmişdir.
Azərbaycanın Qırmızı kitabına düşən quşlar
Azərbaycanın Qırmızı kitabına düşən quşların siyahısı — bura 34 növ quş daxil edilmişdir. Azərbaycan SSR Qırmızı Kitabı 1989 "Azərbaycanın heyvanlar aləmi". Tom III. Onurğalılar, 2000 il.
Azərbaycanın Qırmızı kitabına düşən suda-quruda yaşayanlar
Azərbaycanın Qırmızı kitabına düşən suda-quruda yaşayanlar
Azərbaycanın Qırmızı kitabına düşən sürünənlər
Azərbaycanın Qırmızı kitabına düşən sürünənlər
Ağ-qırmızı Qığılcımlar
Ağ-qırmızı Qığılcımlar (pol. Biało-Czerwone Iskry) Polşa Hərbi Hava Qüvvələrinə məxsus olmuş aerobatika eskadronudur. 1969-cu ildə qurulmuşdur. Uçuşlar üçün PZL TS-11 Iskra təyyarələri istifadə olunurdu. 2022-ci ildə komanda son aviauçuşunu həyata keçirdi.
Aşağı Qırmızıxəlifə (Qoşaçay)
Aşağı Qırmızıxəlifə (fars. قرمزخليفه سفلي‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 540 nəfər yaşayır (127 ailə).
Banqladeş Qırmızı Aypara Cəmiyyəti
Banqladeş Qırmızı Aypara Cəmiyyəti (ing. Bangladesh Red Crescent Society) — 1973-cü ildə Banqladeş Qırmızı Xaç Cəmiyyəti olaraq yaradılıb. 1989-cu ildə adını Banqladeş Qırmızı Aypara Cəmiyyəti olaraq dəyişdirdi. Baş qərargahı Dəkkə şəhərində yerləşir. Banqladeşin müxtəlif ərazilərində tez-tez yaşayan sel, siklon və digər təbii fəlakətlər zamanı cəmiyyət yardım və reabilitasiya sahəsində aparıcı rol oynamışdır.
Barbados Qırmızı Xaç Cəmiyyəti
Barbados Qırmızı Xaç Cəmiyyəti (ing. Barbados Red Cross Society) — 1960-cı ildə Britaniya Qırmızı Xaç Cəmiyyətinin bir hissəsi olaraq yaradılıb. Barbados Parlamenti 1966-cı ildə Barbados Qırmızı Xaç Cəmiyyəti Qanunu qəbul etdi, eyni zamanda Barbados Birləşmiş Krallıqdan müstəqil bir ölkə oldu.
Belarus Qırmızı Xaç Cəmiyyəti
Belarus Qırmızı Xaç Cəmiyyəti (ing. Belarus Red Cross, belar. Беларускае Таварыства Чырвонага Крыжа, rus. Белорусское Общество Красного Креста) — Belaruslu humanitar təşkilatdır və Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının üzvüdür. Onun məqsədi hər yerdə və hər zaman, könüllü və ayrı-seçkilik olmadan, insan əzabının qarşısını almaq və aradan qaldırmaqdır. 1872-ci ildə Rusiyanın Qırmızı Xaçının Minsk yerli şöbəsi kimi Belarus ərazisində fəaliyyət göstərən ilk fəaliyyət təşkilatı olsa da, təşkilat 1967-ci ildə təsis edilib. Belarusda 166 regional və yerli filialı fəaliyyət göstərir.
Birinci Qafqaz Qırmızı Korpusu
Birinci Qafqaz Qırmızı Korpusu — 1918 ilin mayında Bakı Xalq Komissarları Sovetinin rəhbərliyi altında yaradılmış silahlı qüvvə, hərbi birlik. Qırmızı korpusun yaradılmasından əsas məqsəd bolşevik-daşnak qüvvələrini vahid komandanlıq altında birləşdirərək Azərbaycanın milli qüvvələrinə zərbə endirmək və bütün Azərbaycanı nəzarət altına almaq idi. Əsasını erməni-daşnak qüvvələri və silahlı bolşevik dəstələri təşkil edirdi. Daşnak qüvvələrinin Qırmızı Orduya birləşdirilməsi razılığı Mart soyqırımından (1918) sonra əldə edilmişdi. Bakıdakı İnqilabi Müdafiə Komitəsi ilə Erməni Milli Şurasının həmin razılığına əsasən, mart soyqırımında fəal iştirak etmiş 2-ci erməni ehtiyat piyada alayı ləğv olunaraq, bir hissəsi daşnak qulduru Hamazaspın taboruna, digər hissəsi isə Qırmızı sovet taborlarının tərkibinə daxil edildi. Hamazaspın taborları yenidən qurularaq 16-cı və 17-ci sovet taborları kimi Qırmızı orduya daxil edildi. Yenidən qurulan Qırmızı ordu 18 min əsgər və zabiti olan 19 atıcı tabordan ibarət idi. Bütün taborlar 4 atıcı briqadada birləşdirilərək, Birinci Qafqaz Qırmızı korpusunu təşkil edirdi. Korpusun rəhbər vəzifələrinə, əsasən, ermənilər təyin edilmişdi. Korpus komandiri polkovnik Qazarov, korpusun qərargah rəisi polkovnik Avetisov, komissarı isə Qanin idi.
Braziliya Qırmızı Xaç Cəmiyyəti
Braziliya Qırmızı Xaç Cəmiyyəti (ing. Brazilian Red Cross, port. Cruz Vermelha Brasileira) — 1978-ci ildə təsis edilib və baş qərargahı Braziliyada yerləşir.
Böyük qırmızı ləkə
Böyük qırmızı ləkə (ing. Great Red Spot) — Yupiter planetində yerləşən antisiklondur. Yupiterin ekvatoruna nəzərən 22°Cənubda yerləşir. Böyük qırmızı ləkə ən azı 340 ildir ki, mövcuddur. Bu antisiklon Yerdəki teleskoplardan müşahidə oluna biləcək qədər böyükdür. İlk dəfə 1664-cü ildə Robert Huk tərəfindən müşahidə olunmuşdur. İlk dəfə Voyager 1 kosmik gəmisi tərəfindən 25 fevral 1979-cu ildə 9,2 mlrd. kilometr uzaqlıqdan şəkli çəkilmişdir. Böyük qırmızı ləkə kimi antisiklonlara Günəş sisteminin digər Xarici planetlərində də rast gəlinir. Böyük qırmızı ləkənin uzun müddətdir ki, varlığını davam etdirməsinə baxmayaraq, bu cür antisiklonların mövcudluğu əsasən bir saatdan bir neçə ilə qədər davam edir.
BƏƏ-nin Qırmızı Aypara Cəmiyyəti
BƏƏ-nin Qırmızı Aypara Cəmiyyəti — Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Federasiyasının Birləşmiş Ərəb Əmirliklərindəki filialı. 1983-cü ildə Şeyx Zayd bin Sultan Al Nahyanın dəstəyi ilə yaradılmışdır. Təşkilatın əsas məqsədi BƏƏ-nin sərhədləri daxilində sistemli şəkildə Qırmızı Aypara cəmiyyətinin əməliyyatlarını həyata keçirtməkdir.
Bəhreyn Qırmızı Aypara Cəmiyyəti
Bəhreyn Qırmızı Aypara Cəmiyyəti (ing. Bahrain Red Crescent Society) — 1971-ci ildə həmin vaxtda Bəhreynin əmiri olan Şeyx İsa bin Salman əl-Xəlifə tərəfindən verilmiş bir nizamnamə əsasında qurulmuşdur. Cəmiyyət 1972-ci il sentyabrın 14-də Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Federasiyası tərəfindən tanınmışdır. 1919-cu ildə yaranandan bəri beynəlxalq qrupun 116-cı üzvüdür. Qərargahı Bəhreynin paytaxtı Manamanın Hoora bölgəsində yerləşir.
Güvəyəbənzər qırmızımtıl-sarı şibyəyeyən
Güvəyəbənzər qırmızımtıl-sarı şibyəyeyən (lat. Setina kuhlweinii) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan nadir növ. Bu növ irrorella növünə çox oxşayır. Lakin ondan qarıncığının sarımtıl və qanadının tünd sarı rəngi ilə fərqlənir. Həmçinin kəpənəyi də ondan iridir. Qanadları açılmış halda 20-25 mm-dir. Tırtılı tünd qırmızı-qonur rəngdə olub, qara-boz tüklərlə örtülmüş, üzərində cərgə ilə sarı nöqtələr yerləşmişdir, başı qara rəngdədir. Azərbaycanın dağ və dağ-səhra yerlərində iyul-avqust aylarında seyrək halda rast gəlinir. İldə bir nəsil verir. Tırtıl mərhələsində bitki qalıqları arasında qışlayır.
Hindistan Qırmızı Xaç Cəmiyyəti
Hindistan Qırmızı Xaç Cəmiyyəti (ing. Indian Red Cross Society, IRCS) — insan həyatını və sağlamlığını qorumaq üçün Hindistanda yerləşən könüllü bir humanitar təşkilatdır. Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının bir hissəsidir və Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının əsas prinsipləri əsasında fəaliyyət göstərir. Cəmiyyətin missiyası fəlakətlərə / fövqəladə hallara və həssas insanların və icmaların sağlamlığına və qayğılarına yardım etməkdir. Hindistanda 700-dən çox filial şəbəkəsi var. Cəmiyyət Qırmızı Xaç emblemini digər beynəlxalq Qırmızı Xaç cəmiyyətləri ilə vahid bir emblem kimi istifadə edir. Könüllülük, 1920-ci ildə qurulduğu gündən etibarən, Hindistan Qırmızı Xaç Cəmiyyətinin əsas diqqət mərkəzində olmuşdur, cəmiyyətin "Gənclik" və "Yeniyetmələr" adlı könüllülük proqramları mövcuddur. Cəmiyyət, Hindistandakı Müqəddəs Con Ambulansı ilə yaxından əlaqələndirilir. Birinci dünya müharibəsi dövründə Hindistanda yaralanan əsgərlər üçün yardım xidmətləri qurumları, Birgə Müharibə Komitəsinin şöbəsi tərəfindən, Müqəddəs Con Ambulans Assosiasiyası ilə Britaniya Qırmızı Xaç Cəmiyyəti arasında əməkdaşlıq etdi. 3 mart 1920-ci ildə Sir Klod Hill tərəfindən Hindistan Qanunvericilik Şurasına Britaniya Qırmızı Xaç Cəmiyyətindən müstəqil olaraq fəaliyyət göstərən Hindistan Qırmızı Xaç Cəmiyyəti yaratmaq üçün bir layihə təqdim edildi.
Macarıstanda Qırmızı terror
Macarıstanda Qırmızı Terror (mac. vörösterror) — 1919-cu ildə yaradılmış olan Macarıstan Sovet Respublikasının dörd ay davam etmiş hakimiyyəti dövründə antikommunist şəxslərə tətbiq edilən qırmızı terror. Sovet Rusiyasında həyata keçirilmiş olan Qırmızı terror ilə həm məqsəd, həm də təsir baxımından eyni olduğuna görə eyni ad ilə adlandırılmışdır. Qısa bir zaman sonra Rusiyada olduğu kimi kommunistlərə qarşı ağ terror başladılmışdır. İqtidara gələn Kommunistlər, iqtidara gəlmələrindən iki ay sonra Macarıstanın sərhədlərini Birinci Dünya müharibəsindən əvvəlki halına qaytarmağa çalışdılar. Birinci olaraq Çexoslovakiyaya girdilər. Slovakiyaya girərək burada Slovak Sovet Respublikası adlı dövlət yaratdılar. Hücumun uğursuz olmasından sonra Rumıniyaya aid olan, ancaq Macar əhalinin üstünlük təşkil etdiyi Transilvaniyayı geri almaq üçün hücuma başladılar. Ancaq bu hücumda uğursuzluğa düçar oldu. Bu uğursuzluqlar xalqın kommunistlərə olan dəstəyinin azalmasına səbəb oldu.
Mahsun Qırmızıgül
Mahsun Qırmızıgül — (türk. Mahsun Kırmızıgül; 1 aprel 1968 və ya 26 mart 1969, Diyarbəkir), Türkiyə müğənnisi, aktyoru, rejissoru, ssenaristi və bəstəkarı. Zaza əsilli əsl adı Abdullah Bazencir olan Mahsun Qırmızıgül 1969-cu ildə Diyarbəkir ilinin Hani ilçəsində Vəzir kəndində anadan olmuşdur.. Mahsun Qırmızıgülün əzəli Azərbaycan torpağı, türklüyün beşiyi hesab olunan Urmiya şəhəri üçün kürdcə mahnı oxuması və mahnıda "Urmiya mənim ölkəmdir" sözünü işlətməsi Azərbaycan türkləri arasında narazılıqla qarşılanıb. Onun Urmiya şəhərini Kürdüstanın bir hissəsi kimi göstərməsi Urmiya tarixi üçün açıq saxtakarlıq kimi qiymətləndirilib.
Moldova Qırmızı Kitabı
Moldova Qırmızı Kitabı — Moldova Respublikasında yox olmaq təhlükəsində olan heyvan, bitki və göbələklər. Moldova Qırmızı Kitabına daxildir: 117 - bitki növü. 9 - göbələk növü. 116 - heyvan növü. Onlarda 14-ü məməlilər, 39-u quşlar, 8-i sürünənlər sinfinə daxildir. 12 - balıqlar. 37 - həşəratlar təşkil edir.
Mənim adım qırmızı
Mənim adım qırmızı (Benim adım kırmızı) Nobel mükafatı sahibi Orxan Pamukun 1998-ci ildə yazdığı roman. Mənim adın qırmızı romanında hadisələr 1591-ci ildə Osmanlı hökmdarı III Muradın hakimiyyəti dövründə İstanbulda cərəyan edir. Saray xəttat və nəqqaşları gizlicə sultanın əmri ilə hazırlanan bir kitab üçün Avropa təsirli rəsmlər çəkillər. Romanın əsas qəhrəmanı sənətkarları evində saxlayan evin qızı Şeküre və ona aşiq olmuş xalası oğlu Karadır. İstanbulda bahalıq və qorxunun yaşandığı bir dövrdə xəttat və nəqqaşlar çay evlərində toplaşır, hekayələrə qulaq asır və əylənirlər. Mənim adım qırmızı romanının özünəməxsusluğu roman qəhrəmanlarının öz dilindən danışırlar, belə ki, ölülər və cansız əşyalar belə kitabın hekayəsini öz dilləri ilə danışırlar. • "My Name is Red" : Erdağ M. Göknar, Nyuyork: Knopf, 2001 (İngiliscə). • "Mənim Adım Qırmızı"Türkcədən tərcümə edən Nəriman Əbdurrəhmanlı : [Bakı] 2007 (Azərbaycanca) • "Mon nom est Rouge" : Türkcədən tərcümə edən: Gilles Authier, Paris : Gallimard, 2001 (Fransızca). • "Rot ist mein Name" Türkcədən tərcümə edən: Ingrid Iren, Münih : Hanser, 2001 (Alman dili). • "Me llamo Rojo" Türkcədən tərcümə edən: Rafael Carpintero, Madrid, Alfaguara, 2003 ISBN 84-204-6618-2 (İspan dili).

Digər lüğətlərdə