1. sif. Əyri, çəp, yanakı, çəpəki.
Siyah zülfü dal gərdəndə bir qulac; Sona cıqqası tək ucları qıyqac.
Dağ başından günəş baxınca qıyqac; Quşlar durmaz, sərsəm kimi bağırar.
Tikanlı tel uzanır hər yana əyri, qıyqac.
2. is. Çəpinə kəsilmiş, yaxud çəpinə qatlanmış parça və s.; üçkünc baş örtüyü.
Başına güllü qıyqac bağlamış Həqiqət … torpaq daşıyan, yer qazan, daş aşıran yoldaşlarına baxırdı.