QABAQ-QABAĞA

zərf Qarşı-qarşıya, üz-üzə, üzbəüz, bir-birinin önündə.
Cəlal və müəllim diz üstə qabaq-qabağa oturub dərs oxuyurlar. C.Məmmədquluzadə.
Şəbanla Gülsüm o gecə sübhədək yatmayıb qabaq-qabağa söhbət etdilər. Ə.Haqverdiyev.
Bir-iki dövrə vurandan sonra [Ağca xanım] Qaraca qızı çağırdı, o da dərhal sıçrayıb ortalığa girdi və hər ikisi qabaq-qabağa oynamağa başladı. S.S.Axundov.

□ Qabaq-qabağa gəlmək – rastlaşmaq, üz-üzə gəlmək.
Qürbət bir şəhərin bazarında iki adam qabaq-qabağa gəlib bir-birinə zənn ilə baxdılar. Çəmənzəminli.

Qabaq-qabağa qoymaq – qarşılaşdırmaq, tutuşdurmaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QABAQ-QABAĞA QABAQ-QABAĞA (iki nəfərin bir-birinin qarşısında olması) O biri nümayəndələri oturmağa dəvət etdi, özü də gəlib Pəri xala ilə qabaq-qabağa əyləşdi (M
QABAQ
QABAQ-QARŞI

Digər lüğətlərdə