QALAMAQ

f.
1. Bir-birinin üstünə yığmaq, qalaq-qalaq yığmaq, toplamaq, komalamaq. Odunları qalamaq. Kərpici qalamaq.
– Vəliqulu boş nimçələri bir-birinin üstünə qalayıb istəyirdi otaqdan qaça aşpazxanaya. C.Məmmədquluzadə.

2. Ocağa, sobaya və s.-yə odun, kömür və s. qoyub yandırmaq, alovlandırmaq, alışdırmaq. Ocaq qalamaq. Təndir qalamaq. Buxarını qalamaq.
[Müəllim] Tellinin axşam gətirdiyi südlə şam etmiş, axırda sobasını yenidən qalayıb yatağına uzanmışdı. S.Hüseyn.
Fəcrin soyuq tonqalı yananda; Mən də tonqal qaladım gah dağda, gah aranda. Ə.Cəmil.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QALAMAQ yandırmaq — alovlandırmaq — alışdırmaq
  • QALAMAQ toplamaq — yığmaq — komalamaq

Antonimlər (əks mənalı sözlər)

  • QALAMAQ QALAMAQ – KEÇİRMƏK Fəcrin soyuq tonqalı yananda; Mən də tonqal qaladım gah dağda, gah aranda (Ə.Cəmil); İşığı keçirib yerinə girdi
QALAMA
QALANMA
OBASTAN VİKİ
Tonqal qalamaq
Tonqal qalamaq — Novruz bayramının adət ənənələrindən biri. == Haqqında == Çərşənbələrdə (və Novruz axşamında) tonqal qalanması, göyə yanar fişənglər, tarixən üskü — lopa atılması, bayram süfrəsi düzəldilməsi Azərbaycanda qədim el adətidir. Tonqal qalamaq, oddan atdanmaq, başı üzərinde lopa-üskü fırlayıb göyə atmaq əski mifik dünyagörüşlə bağlı məsələdir. İşığın, günəşin gücünə inanan qədim insan odun-alovun köməyi ilə yad-yabançi ruhları, soyuq, qaranlıq, xəstəlik gətirən, yaşayışa sıxıntı verən pis — şər qüvvələri qovub uzaqlaşdırmağın mümkünlüyünə inanırdı. Burada bütün məqamlarda od — Günəşin rəmzi kimi düşünülürdü. Çillədən-qışdan çıxmaq üçün tonqal, od yandırılması əslində dolayısı ilə həm də Günəşin-yazın çağrılması mərasimidir. Bu aktın icrası zamanı tonqalın üstündən atılarkən: söylənməsi də əski təsəvvürlə, çillədən, qışın ağrı-acısından qurtulmaq üçün oda — mikrogünəşə bir xilaskar kimi yanaşılması qənaəti ilə bağlıdır. Əsasən də yetkinlik yaşına çatan gənc qızlar kənardan onun dediklərini eşitməsinlər deyə ürəyində bu nəğməni oxuyarlar. Od yaşamaq, yaşatmaq rəmzidir. == Tarixi qaynaqlarda Novruz == Yazılı mənbələrə istinadən demək olar ki, Novruz bayramı eradan əvvəl 505-ci ildə yaranmışdır.
Azərbaycanda tonqal qalamaq adəti

Digər lüğətlərdə