QİBLƏGAH

is. [ ər. qiblə və fars. …gah]
1. din. Qiblə yeri, qiblə tərəfi (bax qiblə 1-ci mənada).
2. Keçmişdə padşahlara verilən ünvanlardan biri.
Əsrin padşahını, əhalinin yüz illərcə ölüsünün və dirisinin sahibi və qibləgahı xoruz şəklinə salmaq mümkün imiş. C.Məmmədquluzadə.

3. məc. şair. tənt. Klassik ədəbiyyatda gözəlin, sevgilinin epitetlərindən biri.
Gər sənin yüzün degil aşiqlər üçün qibləgah; Bəs nədən buldu hilal qaşların mehrablər? Xətayi.
Qaşlarının tağı qibləgahımdır; Fəda qılım din-imanı mən sənə. M.P.Vaqif.

QİBLƏ
QİBLƏNÜMA

Digər lüğətlərdə

возмеща́ть вя́кание данти́ст доворо́вываться измусо́лить и́льмовые иссти́рываться надбро́вный освободи́тель сориенти́роваться субпроду́кт го́рший господи́н нашелуши́ть тёртый кала́ч ajangle conflation froth-worm half a crown postmistress sutural вопросник каёмчатый озаботить хворостина