1. Yuxarıdan, havadan enərək bir şey üzərində oturmaq, dayanmaq; enmək. Sərçələr söyüd ağacına qondular.
– Pendir ağzında bir qara qarğa; Uçaraq qondu bir uca budağa.
Bir qaya başına qartal qonaraq; Dayanmış yenə də sakit vüqarla!
Sığırçınlar səhər çağı gələr, budaqlara qonub səslənər, baharın müjdəsini gətirərlər.
// Yerə enmək. Təyyarə meydançaya qondu.
– Aeroplan çölə qondu.
// Toz haqqında – çökmək, oturmaq. Paltarına toz qonmaq. Stolun üstünə bir barmaq toz qonubdur.
// Cəld oturmaq, əyləşmək, minmək.
Qoç Koroğlu qonar olsa yəhərə; Yağı düşmənləri salar qəhərə. “ ”.
Oğlan bir anda [buğanın] başına qonub bıçağını çəkdi, boğazını kəsdi.
2. məc. Çökmək, təzahür etmək, ifadə etmək.
Qeyri-adi bir kədər uşağın gözlərinə qonmuşdu.
[Qızın] üzünə qonan sevincli bir təbəssüm güzgü kimi Beyrəyin də üzündə əks etdi.
3. məc. Şığımaq, hücumla birinin başının üstünü almaq. Əsgərlərimiz şahin kimi düşmən üzərinə qondular.