QURTULUŞ

QURTULUŞ – ƏSARƏT Əlində tutduğun o böyük məşəl; Göstərir aləmə qurtuluş yolu (S.Vurğun); Könül bir quşdur ki, sevməz əsarət; Daim çırpınır, istəyir hürriyyət (A.Səhhət).

QURTULMAQ
QURU
OBASTAN VİKİ
Qurtuluş
Qurtuluş (Cizrə)
Qurtuluş toplusu
"Qurtuluş" toplusu (məcmuəsi) — Azərbaycan siyasi mühacirlərinin Almaniyanın Berlin şəhərində nəşr etdikləri toplu. İlk sayı 1934-cü ilin noyabrında, son - 51-ci sayı isə 1939-cu ilin yanvarında işıq üzü görmüşdür. "Qurtuluş" toplusu da digər siyasi mühacir nəşrlər kimi, bolşevik Rusiyasının əsarətində olan azərbaycanlılara müraciətlə nəşr edilirdi. Xüsusilə, hər il 28 May İstiqlalı, 27 Aprel İstila Günləri məcmuədə daha geniş əks olunurdu. Topluda Azərbaycan xalqının tarixi, mədəniyyəti, türk dünyası, beynəlxalq məsələlər və s. barədə də dəyərli yazılar verilirdi. Məcmuədə Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə, Mir Yaqub, Hilal Münşizadə, B.Nuhoğlu, Almas İldırım, Cəfər Seyid Əhməd, Əhəd Əlizadə, Kərim Yayçılı və başqalarının məqalələri dərc olunurdu. B.Nuhoğlu "Qurtuluş" məcmuəsinin 1936-cı il 18-ci nömrəsində dərc etdirdiyi "27 Nisan" ("27 Aprel") məqaləsində yazırdı: Şəmşir Səbahəddin, Azərbaycanın İstiqlal mücadiləsi. İstanbul, 2002; Tahirli A., Azərbaycan mühacirət mətbuatı, 2 hissədə, h. 1, B, 2002.
Qurtuluş İttifaqı
"Qurtuluş İttifaqı" (rus. Союз Освобождения) — 1904-cü ilin yanvarında Rusiyanın Sankt-Peterburq şəhərində keçmiş marksist Pyotr Struvenin təsiri ilə yaradılmış liberal siyasi qrup. Qrupun məqsədi əvvəlcə çar mütləqiyyətini konstitusiya monarxiyası ilə əvəz etmək idi. Onun digər məqsədləri bütün Rusiya vətəndaşları üçün bərabər, gizli və birbaşa səsvermə və Rusiya imperiyasında yaşayan müxtəlif millətlərin öz müqəddəratını təyin etmə hüququ ilə təmin edilməsindən ibarət idi. "Qurtuluş İttifaqı" 1904-cü ilin axırlarında Rusiyada 1864-cü il Məhkəmə islahatının 40-cı ildönümü şərəfinə banketlər şəklində ictimai-siyasi aksiya keçirmişdir. "Banket kampaniyası" adlanan bu aksiya hökuməti islahatlara sövq etmək məqsədilə keçirilmişdir. 34 şəhərdə 50 minə yaxın iştirakçının iştirak etdiyi 120-dən çox banket təşkil edilmişdir. Burada çıxış edənlər xalq təmsilçiliyinin və siyasi azadlıqların tətbiqini tələb etmişdirlər. "Banket kampaniyası" ziyalılar arasında müxalif əhval-ruhiyyənin artmasına səbəb olmuşdu. "Qurtuluş İttifaqı"nın üzvlərinin əksəriyyəti 1905-ci il Rusiya inqilabından və Konstitusiyalı Demokratik Partiyasının yaradılmasından sonra kadetlərə qoşulmuş, qrup həmin il ləğv edilmişdir.
Qurtuluş döyüşçüləri
Qurtuluş döyüşçüləri (fr. Combattants de la Libération) — Əlcəzair İstiqlaliyyət müharibəsinin başlamasından sonra yaradılmış Əlcəzair Kommunist Partiyasının silahlı qanadı, gerilla qruplaşması. Həm əlcəzairlilər, həm də Fransa və müstəmləkələrin avropalıları "Qurtuluş döyüşçüləri"nin sıralarında vuruşurdular. 1 iyul 1956-cı ildə ƏKP ilə birlikdə Milli Qurtuluş Cəbhəsi sıralarına daxil olmuşdular.
Qurtuluş (toplu)
"Qurtuluş" toplusu (məcmuəsi) — Azərbaycan siyasi mühacirlərinin Almaniyanın Berlin şəhərində nəşr etdikləri toplu. İlk sayı 1934-cü ilin noyabrında, son - 51-ci sayı isə 1939-cu ilin yanvarında işıq üzü görmüşdür. "Qurtuluş" toplusu da digər siyasi mühacir nəşrlər kimi, bolşevik Rusiyasının əsarətində olan azərbaycanlılara müraciətlə nəşr edilirdi. Xüsusilə, hər il 28 May İstiqlalı, 27 Aprel İstila Günləri məcmuədə daha geniş əks olunurdu. Topluda Azərbaycan xalqının tarixi, mədəniyyəti, türk dünyası, beynəlxalq məsələlər və s. barədə də dəyərli yazılar verilirdi. Məcmuədə Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə, Mir Yaqub, Hilal Münşizadə, B.Nuhoğlu, Almas İldırım, Cəfər Seyid Əhməd, Əhəd Əlizadə, Kərim Yayçılı və başqalarının məqalələri dərc olunurdu. B.Nuhoğlu "Qurtuluş" məcmuəsinin 1936-cı il 18-ci nömrəsində dərc etdirdiyi "27 Nisan" ("27 Aprel") məqaləsində yazırdı: Şəmşir Səbahəddin, Azərbaycanın İstiqlal mücadiləsi. İstanbul, 2002; Tahirli A., Azərbaycan mühacirət mətbuatı, 2 hissədə, h. 1, B, 2002.
Terminator: Qurtuluş
Terminator: Qurtuluş (ing. Terminator Salvation) — 2009-cu ildə Makci tərəfindən çəkilmiş ABŞ filmidir. Terminator: Qurtuluş — Internet Movie Database saytında.
Qurtuluş (jurnal)
"Qurtuluş" məcmuəsi — Azərbaycan siyasi mühacirlərinin Almaniyanın Berlin şəhərində nəşr etdikləri məcmuə (jurnal). == Tarixi == İlk sayı 1934-cü ilin noyabrında, son - 51-ci sayı isə 1939-cu ilin yanvarında işıq üzü görmüşdür. "Qurtuluş" məcmuəsi (jurnalı) da digər siyasi mühacir nəşrlər kimi, bolşevik Rusiyasının əsarətində olan azərbaycanlılara müraciətlə nəşr edilirdi. Xüsusilə, hər il 28 May İstiqlalı, 27 Aprel İstila Günləri məcmuədə daha geniş əks olunurdu. Jurnaldada Azərbaycan xalqının tarixi, mədəniyyəti, türk dünyası, beynəlxalq məsələlər və s. barədə də dəyərli yazılar verilirdi. Məcmuədə Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə, Mir Yaqub, Hilal Münşizadə, B.Nuhoğlu, Almas İldırım, Cəfər Seyid Əhməd, Əhəd Əlizadə, Kərim Yayçılı və başqalarının məqalələri dərc olunurdu. == "27 Nisan" məqaləsi == B.Nuhoğlu "Qurtuluş" məcmuəsinin 1936-cı il 18-ci nömrəsində dərc etdirdiyi "27 Nisan" ("27 Aprel") məqaləsində yazırdı: == İstinadlar == == Ədəbiyyat == Şəmşir Səbahəddin, Azərbaycanın İstiqlal mücadiləsi. İstanbul, 2002; Tahirli A., Azərbaycan mühacirət mətbuatı, 2 hissədə, h. 1, B, 2002.
Qurtuluş (Cizrə)
Qurtuluş — Türkiyənin Şırnak vilayətinin Cizrə rayonunda kənd. == Tarixi == Kəndin köhnə adı 1865-ci il qeydlərində Mənsuri və ya Mənsuriyyə kimi istinad edilir.
Milli Qurtuluş Cəbhəsi
Milli Qurtuluş Cəbhəsi (fr. Front de libération nationale, FLN; ərəb. جبهة التحرير الوطني لجزائرية‎, Jabhat al-Taḩrīr al-Waţanī‎‎) — Əlcəzairdə milliyətçi siyasi partiya. Əlcəzair müharibəsi zamanı əsas milliyətçi hərəkat olmuşdur. Bu, 1989-cu ildə digər partiyalar qanuniləşdirilənə qədər Əlcəzair dövlətinin yeganə hüquqi və hakim siyasi partiyası idi. Derradji Abder-Rahmane, The Algerian Guerrilla Campaign: Strategy & Tactics, Lewiston, New York: Edwin Mellen Press, 1997. Derradji Abder-Rahmane, Concise History of Political Violence in Algeria in Arms: Brothers in Faith, Enemies in Arms, Vol. 1, Lewiston, New York: Edwin Mellen Press, September 2002. Derradji Abder-Rahmane, Concise History of Political Violence in Algeria in Arms: Brothers in Faith, Enemies in Arms, Vol. 2, Lewiston, New York: Edwin Mellen Press, November 2002.
Qurtuluş günü (Koreya)
Koreya milli azadlıq günü (kor. 민족 해방의 날), Qurtuluş günü (kor. 광복절), Kvanbokocoul (kor. 광복절) və ya Çoqunxebani-nal (kor. 조국해방의 날) — 15 avqustda Şimali və Cənubi Koreyada hər il qeyd olunan bayram. Hər iki ölkədə də bu bayram ictimaidir. 15 avqust 1945 tarixində Yaponiya İmperiyası Antihitler koalisiyasına təslim olmuş və Koreya yarımadası azad edilmişdir. Bayram 1949-cu ildən bəri keçirilir.. Koreya Milli Qurtuluş günü hər il həm Cənubi Koreyada həm də Şimali Koreyada keçirilir. Bu gün Koreya yarımadasının Yaponiya əsarətindən xilası olması ilə bağlıdır.
Qurtuluş teleqülləsi (Küveyt)
Qurtuluş qülləsi , Küveyt şəhərində 372 metr yüksəklikdəki telekommunikasiya qülləsidir. Ölkənin ikinci ən yüksək tikilisi və dünyanın ən yüksək 39-cu binasıdır. Əvvəlcə Küveyt Telekommunikasiya Qülləsi adlandırmaq üçün nəzərdə tutulan, qüllənin tikintisi İraqın Küveytə işğalından əvvəl, 1990-cı il avqustun 2-də başlamışdır. Gərginliyin baş verdiyi zaman, demək olar ki, yarısı tikilinən qüllənin tikintisi tamamilə dayandı. Lakin tikili heç bir zərər görmədi və İraq qüvvələri 1991-ci il fevralın 27-də çıxarıldıqdan sonra bərpa olundu. 1993-cü ildə başa çatdıqdan sonra qüllə Küveytin İraqdan qurtuluşunun simvolu olan Qurtuluş qülləsi adlandırıldı.
Rumıniyanın Qurtuluş Birliyi
Rumıniyanın Qurtuluş Birliyi (rum. Uniunea Salvați România; USR) Rumıniya parlamentinin siyasi partiyası, yerli seçkilərdə Buxarest Qurtuluş Birliyinin (rum. Uniunea Salvați Bucureștiul, USB) müvəffəqiyyətindən sonra 2016-cı ildə meydana gəldi. 2016-cı il siyasi partiya olaraq rəsmən qeydiyyatdan keçdikdən sonra , 21 avqust 2016-cı ildə Buxarest Qurtuluş İttifaqı və Kodla Birliyi (rum.Uniunea pentru Codlea) ilə birləşdi. Rumıniyanın Qurtuluş Birliyinin Vitse-prezidenti Klotilda Armand, partiyanın müəyyən bir ideologiyasının olmadığını bildirirdi. 1 iyul 2015-ci il, Buxarest Xilasetmə Assosiasiyasının prezidenti (Rum. Asociaţiei Salvaţi Bucureştiul) Nikuşor Dan Buxarest Qurtuluş Partiyası Birliyinin yaradılmasını açıqladı. Yeni təşkilatın vəzifələri arasında şəhərin tarixi tikililərinin qorunması, idarəetmənin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının qorunması olmuşdur. 23 fevral 2016-cı ildə Nikuşor Dan Buxarest bələdiyyə başçılarının seçilməsi üçün proqramını Facebook-da yerləşdirdi. Dan, Bələdiyyə seçkilərində ikinci yeri tutdu.
Türk Qurtuluş Müharibəsi
Türk İstiqlaliyyət müharibəsi (türk. Türk Kurtuluş Savaşı), İstiqlaliyyət müharibəsi (türk. İstiklâl Harbi) və ya Milli Mübarizə (türk. Millî Mücadele) — I Dünya Müharibəsindən məğlub olaraq ayrılan Osmanlı imperiyasının Antanta qüvvələri tərəfindən işğalı nəticəsində Misak-i Milli sərhədləri daxilində ölkənin bütövlüyü üçün başladılan çox cəbhəli siyasi və hərbi mübarizə. Anadoluda türk milli mübarizəsi Mustafa Kamal Atatürk və yoldaşlarının Türkiyə Böyük Millət Məclisini qurması ilə özünün ən pik nöqtəsinə çatdı. Ermənistan–Türkiyə, Fransa–Türkiyə, Yunanıstan–Türkiyə müharibələrindən sonra, bundan əvvəl I Dünya Müharibəsindən məğlub ayrılmış Osmanlı dövlətinin imzaladığı Sevr müqaviləsi qüvvədən düşdü. Əslində bu milli mübarizənin başlanmasının əsas səbəblərindən biri də Sevr müqaviləsi idi. Uğurlu hərbi əməliyyatlardan sonra Şərq cəbhəsindəki döyüşlərin nəticəsi kimi Qars müqaviləsi imzalandı (1921 oktyabr). 1922-ci il boyunca Mustafa Kamal Atatürkün rəhbərliyi altında aparılan hərbi əməliyyatlar tam uğurla yekunlaşdırıldı. Nəticədə 1923-cü ilin iyulunda Lozanna sülh müqaviləsi imzalandı.
Türk Qurtuluş Savaşı

Türkiyə Qurtuluş Savaşı

Koreya Milli Qurtuluş günü
Koreya milli azadlıq günü (kor. 민족 해방의 날), Qurtuluş günü (kor. 광복절), Kvanbokocoul (kor. 광복절) və ya Çoqunxebani-nal (kor. 조국해방의 날) — 15 avqustda Şimali və Cənubi Koreyada hər il qeyd olunan bayram. Hər iki ölkədə də bu bayram ictimaidir. 15 avqust 1945 tarixində Yaponiya İmperiyası Antihitler koalisiyasına təslim olmuş və Koreya yarımadası azad edilmişdir. Bayram 1949-cu ildən bəri keçirilir.. Koreya Milli Qurtuluş günü hər il həm Cənubi Koreyada həm də Şimali Koreyada keçirilir. Bu gün Koreya yarımadasının Yaponiya əsarətindən xilası olması ilə bağlıdır.
Milli Qurtuluş Cəbhəsi (Əlcəzair)
Milli Qurtuluş Cəbhəsi (fr. Front de libération nationale, FLN; ərəb. جبهة التحرير الوطني لجزائرية‎, Jabhat al-Taḩrīr al-Waţanī‎‎) — Əlcəzairdə milliyətçi siyasi partiya. Əlcəzair müharibəsi zamanı əsas milliyətçi hərəkat olmuşdur. Bu, 1989-cu ildə digər partiyalar qanuniləşdirilənə qədər Əlcəzair dövlətinin yeganə hüquqi və hakim siyasi partiyası idi. Derradji Abder-Rahmane, The Algerian Guerrilla Campaign: Strategy & Tactics, Lewiston, New York: Edwin Mellen Press, 1997. Derradji Abder-Rahmane, Concise History of Political Violence in Algeria in Arms: Brothers in Faith, Enemies in Arms, Vol. 1, Lewiston, New York: Edwin Mellen Press, September 2002. Derradji Abder-Rahmane, Concise History of Political Violence in Algeria in Arms: Brothers in Faith, Enemies in Arms, Vol. 2, Lewiston, New York: Edwin Mellen Press, November 2002.
Moro Milli Qurtuluş Cəbhəsi
Moro Milli Qurtuluş Cəbhəsi (Moro National Liberation Front , MNLF) , Filippinin cənubunda fəaliyyət göstərən və müstəqilliyi məqsəd qoyan Müsəlman təşkilatı. Müsəlman Mindanao Muxtar Bölgəsini idarə etməkdə olan MNLF , müşahidəçi statusunda Moro xalqının təmsilçisi kimi İslam Əməkdaşlıq Təşkilatına üzvdür. Ferdinand Marcos rəhbərliyinə qarşı silahlı mübarizə üçün 1960-cı illərin sonlarında qurulan təşkilat, Müsəlmanların əksəriyyətdə olduğu Mindanao adası ərazisində 1972-ci ildə partizan hərəkatına başladılar. Marcosun hərbi vəziyyət elan etməsi ilə mübarizə daha da artdı. Filippin silahlı qüvvələrinin yarısının hərəkətə keçirilməsindən sonra hadisələr əsnasında təxminən 50 min adam öldürüldü, 20 mindən çox müsəlman Şərq Malayziyadakı Sabah ştatina qaçdı. Təşkilatın silahlı qanadını meydana gətirən Banysa Moro Ordusu Filippin qüvvətlərinə böyük itkilər verdirdi. 1976-cı ilin sonlarındakı atəşkəsdən sonra Marcosun təklif etdiyi regional muxtariyyət proqramı üçün həyata keçirilən danışıqların nəticə verməməsi görə, təşkilatın başçısı Nur Misuari 1977-ci ildə tam müstəqillik hədəfi istiqamətində mübarizəni davam etdirmə qərarını açıqladı. Bu dövrdə əvvəl Liviyadan, daha sonra da İrandan diplomatik və hərbi dəstək alan MNLF seçkiləri boykot etdi və hərbi vəziyyətin ləğv edildiyi 1981-ci ildən sonra da mübarizəsini davam etdirdi. Amma regional ayrılıqların da təsiri ilə meydana gələn bölünmələr nəticəsində təşkilatın təsiri zəiflədi. Bölünmələrdən sonra 1981-ci ildə MNLF-dən ayrılan daha radikal bir qrup Moro İslami Qurtuluş Cəbhəsini qurdu.
Terminator: Qurtuluş (film, 2009)
Terminator: Qurtuluş (ing. Terminator Salvation) — 2009-cu ildə Makci tərəfindən çəkilmiş ABŞ filmidir. Terminator: Qurtuluş — Internet Movie Database saytında.
Cənubi Vyetnam Qurtuluş Ordusu
Cənubi Vyetnam Qurtuluş Ordusu — 1961-ci ildə Cənubi Vyetnamda Vyetnam Fəhlə Partiyası tərəfindən yaradılmış hərbi qüvvə. 1962-ci ildə Cənubi Vyetnam Xalq İnqilabçı Partiyası xarici görkəminə görə Vyetnam Fəhlə Partiyasından ayrılaraq Azadlıq Ordusunun hərbçilərinə açıq şəkildə rəhbərlik etmişdir. Siyasi cəhətdən Cənubi Vyetnam Qurtuluş Ordusu Cənubi Vyetnam Milli Azadlıq Cəbhəsi və Cənubi Vyetnam Respublikası Müvəqqəti İnqilabi Hökumətinin rəhbərliyi altında idi. Vyetnamın şimalından cənubundakı hərbi qüvvələr kollektiv olaraq Cənubi Vyetnamın Azadlıq Ordusu kimi tanınırdılar, lakin hələ də Vyetnam Xalq Ordusunun bölmə adlarından, hərbi nişanlarından və müharibə bayrağından istifadə edirdilər. 1973-cü il Paris razılaşmasından sonra Cənubi Vyetnam Qurtuluş Ordusunun qüvvələri bir-bir Vyetnam Xalq Ordusuna birləşdirilmişdir. Bu birləşmə 1975 və 1976-cı illərdə tamamlanmışdır. İnzibati cəhətdən Cənubi Vyetnam Qurtuluş Ordusu və Vyetnam Xalq Ordusu iki fərqli ordu olsalar da, eyni rəhbərliyi bölüşürlər və vahid prinsipə uyğun olaraq qüvvələri tamamilə birləşdirə, bölə və əlavə edə bilirdilər. 1975-ci ildən sonra Vyetnam Fəhlə Partiyası müharibə zamanı həm Cənubi Azadlıq Ordusuna, həm də Vyetnam Xalq Ordusuna rəhbərlik etdiyini etiraf etmişdir. Cənubi Vyetnam Milli Azadlıq Cəbhəsi və Cənubi Vyetnam Respublikası Müvəqqəti İnqilabi Hökuməti də Vyetnam Fəhlə Partiyasından məxfi olaraq istiqamətləndirilirdilər.
Milli Qurtuluş Ordusu (Əlcəzair)
Milli Qurtuluş Ordusu (MQO; ərəb. جيش التحرير الوطني الجزائري‎; fr. Armée de libération nationale) — Əlcəzair müharibəsi zamanı milliyətçi Əlcəzair Milli Qurtuluş Cəbhəsinin silahlı qanadı. 1962-ci ildə Əlcəzair Fransadan müstəqilliyini qazandıqdan sonra MAQ müntəzəm Əlcəzair Xalq Milli Silahlı Qüvvələrinə çevrilmişdir. Qruplaşma 1957-ci ildə təxminən 40,000 nəfərlik olmuş, Fransa isə cavab olaraq 1956-cı ildən başlayaraq regiona 400,000 əsgər göndərmişdi. Federal Research Division. "Country Profile: Algeria" (PDF). Library of Congress (May 2008). May 2008. İstifadə tarixi: 9 May 2020.
Əlcəzair Milli Qurtuluş Cəbhəsi
Milli Qurtuluş Cəbhəsi (fr. Front de libération nationale, FLN; ərəb. جبهة التحرير الوطني لجزائرية‎, Jabhat al-Taḩrīr al-Waţanī‎‎) — Əlcəzairdə milliyətçi siyasi partiya. Əlcəzair müharibəsi zamanı əsas milliyətçi hərəkat olmuşdur. Bu, 1989-cu ildə digər partiyalar qanuniləşdirilənə qədər Əlcəzair dövlətinin yeganə hüquqi və hakim siyasi partiyası idi. Derradji Abder-Rahmane, The Algerian Guerrilla Campaign: Strategy & Tactics, Lewiston, New York: Edwin Mellen Press, 1997. Derradji Abder-Rahmane, Concise History of Political Violence in Algeria in Arms: Brothers in Faith, Enemies in Arms, Vol. 1, Lewiston, New York: Edwin Mellen Press, September 2002. Derradji Abder-Rahmane, Concise History of Political Violence in Algeria in Arms: Brothers in Faith, Enemies in Arms, Vol. 2, Lewiston, New York: Edwin Mellen Press, November 2002.
İnqilabçı Xalq Qurtuluş Partiyası Cəbhəsi
İnqilabçı Xalq Qurtuluş Partiyası Cəbhəsi — Türkiyədə fəaliyyət göstərən və xalq hakimiyyəti qurmağa çalışan marksist-leninist təşkilatıdır. Keçmiş adı İnqilabçı Sol olan təşkilat Dursun Karataş tərəfindən 1970-ci illərdə yaradılmışdır. Təşkilatın hədəfi oliqarxiya və burjua cəbhələridir. 9 iyun 1995-ci il İstanbulda bir polis əməkdaşı Demokratik Yol Partiyası binası qarşısında biri qadın daxil 3 terrorçu tərəfindən öldürülmüşdür. 29 sentyabr 1995-ci il İstanbulda iki əsgər Daxili qoşunlar komandirliyi binası qarşısında məşhur terrorçular Mustafa Duyar ilə İsmayıl Akkol tərəfindən öldürülmüşdür. 9 yanvar 1996-cı il İstanbulda iş adamı Özdəmir Sabancı Haluk Gürgen və sekretar Nilgün Hacetepe holding şirkətində qətlə yetirilmişlər. 23 may 1991-ci il Adana Bölgə Daxili qoşunlar komandiri Temel Cingöz güllələnərək öldürülmüşdür. 30 yanvar 1991-ci il Ankarada təqaüddə olan general Hulusi Sayın evinin qarşısında silahlı basqın nəticəsində öldürülmüşdür. 13 oktyabr 1991-ci il İstanbulda təqaüddə olan orgeneral Adnan Ərsöz evində üç terrorçu tərəfindən öldürülmüşdür. 19 avqust 1991-ci il Türk-İngilis birgə quruluşu olan Siğorta şirkətinin Ümumi Mödir müavini Andrev Bloke öldürülmüşdür.
Türkiyə Xalq Qurtuluş Partiyası-Cəbhəsi
Türkiyə Xalq Qurtuluş Partiyası-Cəbhəsi (TXQP-C; türk. Türkiye Halk Kurtuluş Partisi-Cephesi, THKP-C) — Türkiyədə marksist–leninist partizan qruplaşması. 1970-ci ildə Münir Ramazan Ağtolqa, Yusif Küpəli və Mahir Çayan tərəfindən təsis edilmişdir. Türkiyə Xalq Qurtuluş Partiyası (THKP) siyasi qanadı, Türkiyə Xalq Qurtuluş Cəbhəsi (THKC) isə silahlı qanadı idi. THKP-C partizanlarının həbsindən sonra məhkəmələr başlamışdır. Çayan və Bardaqçı edamla cəzalandırılacaqdı, lakin 29 noyabr 1971-ci ildə 2 THKO və 3 THKP-C partizanı həbsxanadan qaçmışdır. Həbsxanadan qaçdıqdan sonra Çayan və Bardaqçı qərar vermişdilər ki, Çayan kənd partizan birliklərinin başçısı, Bardaqçı isə şəhər partizan birliklərinin başçısı olmuşdur. 19 fevral 1971-ci il saat 07:00-da Arnavutköydə Bardaqçı öldürülmüşdür. Bununla da THKC-nin şəhər partizan ittifaqı məğlub olmuşdur. THKC-nin Qara dəniz kənd partizan dəstəsi və bəzi THKO partizanları 26 mart 1972-ci ildə Ünyedə 2 kanadalı və 1 ingilis radar texnikini qaçırmışdılar.
Atatürk və Qurtuluş Savaşı Muzeyi
Atatürk və Qurtuluş Savaşı Muzeyi və ya Anıtqəbir Atatürk və Qurtuluş Savaşı Muzeyi türk. Atatürk ve Kurtuluş Savaşı Müzesi) — Anıtqəbirdə yerləşən muzey 3 min m² ərazini əhatə edir və Türk Qurtuluş Savaşı və Mustafa Kamal Paşaya həsr olunub. Muzey 21 iyun 1960-cı ildə Anıtqəbirdə Atatürkün məqbərəsinin yerləşdiyi Şərəf Zalının altındakı 3 min kvadratmetrlik sütunlu sahədə ziyarətçilərin ixtiyarına verilib. Muzeyin Misak-ı Milli (Milli Pakt) Qülləsi ilə İnqilab Qülləsi arasında yerləşən hissəsi 1960-cı ildən “Atatürk Muzeyi” kimi fəaliyyət göstərir. Bu bölmə 2001-ci ilin noyabrında başlayan və Böyük Hücumun 80-ci ildönümündə 9 aylıq təmirdən sonra yeni bölmələrlə birləşdirildi. Beləliklə muzey restavrasiya və yeniləndikdən sonra 26 avqust 2002-ci ildə yenidən ziyarətçilərin üzünə açılıb. Açılış mərasimində Türkiyənin o vaxtkı prezidenti Əhməd Necdət Sezər, Türkiyə parlamentinin sədri Ömər İzgi, Türkiyənin baş naziri Bülənt Ecevit, Türkiyə Konstitusiya Məhkəməsinin sədri Mustafa Bumin, Konstitusiya Məhkəməsinin sədri Mustafa Bumin, Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahı rəisi Hüseyn Kıvrıqoğlu, Baş nazirin müavini Dövlət Baxçalı, Türkiyənin Müdafiə naziri Sabahattin Çakmakoğlu, Türkiyənin mədəniyyət naziri Burhan Suat Çağlayan, keçmiş mədəniyyət naziri Mustafa İstemihan Talay və bir sıra ölkələrin səfirləri iştirak ediblər. Muzey o zamankı Baş Qərargah rəisi Hüseyn Kıvrıqoğlunun göstərişi ilə retevrasiya olunub və Baş Qərargahın sənət müşaviri Mehmet Özelin rəhbərliyi altında yenilənib. == Ekspozisiya == Anıtqəbir Layihə Müsabiqəsinin şərtlərinə uyğun olaraq Misaki-Milli və İnqlab qüllələri arasındakı hissə muzey olaraq müəyyən edilmişdir. Bu məqsədlə 21 iyun 1960-cı ildə Anıtqəbir Atatürk Muzeyi açılmışdır.

Digər lüğətlərdə