1. Ov üçün istifadə edilən alıcı quş növlərindən biri.
Qızılquşun ensiz və yığcam bədəni üzərində olan bir cüt ensiz qanad və uzun quyruq ona çox sürətlə və asanlıqla uçmağa imkan verir. “ ”.
Ovçular qızılquş, tazı, tula götürüb ova çıxırlar.
// İtigözlülük, cəldlik, çeviklik, qocalıq simvolu kimi.
Silahlı qardaşım, sərhəd boyunca; Alıcı gözlərin qızılquş olsun.
El içində artsın tayıntuşun sənin; Boş dönməsin ovdan qızılquşun sənin.
2. Qanadları qabıq kimi sərt, yaşıl, şəffaf, yumrutəhər bir cücü.