RÖVZƏ

is. [ ər. ] klas.
1. Axar suyu, çəməni olan bağça (adətən “rövzeyi-gülşən”, “rövzeyi-kuy” və s. tərkib halında işlənir).
Rövzeyi-kuyində gəzəndə əğyar; Çeşmim girdabında sellər dolanır. M.P.Vaqif.

2. məc. Behişt, cənnət.
□ Rövzeyi-rizvan – cənnət, behişt.
Şikəstə qafiləm, ey şux nigarım! Rövzeyi-rizvanım hanı, görünməz. Aşıq İbrahim.
Bizə öz yurdumuz əfsanə behiştdən xoşdur; Zahid öz rövzeyi-rizvanına çıxsın, getsin. Ə.Vahid.

Sinonimlər (yaxın mənalı sözlər)

  • RÖVZƏ rövzə bax mərsiyə
RÖVZƏ₁
RÖVZƏXAN
OBASTAN VİKİ
Rövzə
Rövzə — rəvayətlərə görə, heç biri öz əcəli ilə ölməmiş şiə imamlarının və ilk növbədə İmam Əlinin və İmam Hüseynin rəşadətli həyatı və möminliyi, onların əzab-əziyyətlə öldürülməsi haqqında təhkiyədir. Rövzəxanlıq (rövzənin camaat üçün avazla oxunması) XVI əsrdən, yəni şiə ilahiyyatçısı Hatifinin (Kaşifinin) "Rövzət əş-şühəda" ("Din yolunda şəhid olanların bağçası") əsəri ərsəyə çıxdıqdan sonra başlanmışdır. Əsərdə şiəliyin dini başçılarının həyatından bəhs edilir. Bayramlarda və müxtəlif dini mərasimlər yerinə yetiriləndə, o cümlədən ramazan ayında orucluq zamanı və aşura zamanı xüsusi din xadimləri — rövzəxanlar oxuyurlar. Aşura zamanı rövzə oxunması həmçinin təziyəxanlar adlandırılmışdır, çünki o, dini təziyəni müşayət edir. Təziyəxani XVIII əsrin ortalarından başlamışdır (təziyə zamanı müntəzəm surətdə rövzə oxunması nəzərdə tutulur). Müasir şəraitdə rövzə oxunması çox vaxt siyasi hadisələr haqqında fikirlər söylənən xütbələrlə müşayiət olunur. İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.99.
Rövzə mahalı
Rövzə mahalı — Urmiya vilayətinin inzibati bölgələrindən biri. Mahal şimaldan Sumay, şərqdən Nazlı, cənubdan Tərgəvər, qərbdən Urmiya ilə həmsərhəd idi. Sənədlərdən görünür ki, Rövzə mahalına 25 böyük və kiçik kənd bağlı idi. Əhali əsasən heyvandarlıqla və əkinçiliklə məşğul idi. Mahal bəyləri Lar adlı böyük bir kənddə yaşayırdılar. Urmiya hakimi Kəlbəli xan İmanlı-Avşar elin Qırxlı oymağını Rövzə çayının sahilində yerləşdirmişdi.
Rövzət Dəmirçizadə
Rövzət Dəmirçizadə (d. 3 yanvar 1939, Nuxa (indiki Şəki şəhəri) – ö. 15 aprel 2010, Bakı) — şair, 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. Rövzət Dəmirçizadə məşhur dilçi alim, professor Əbdüləzəl Dəmirçizadənin qardaşı oğlu idi. Lakin Əbdüləzəl Dəmirçizadə onu rəsmən oğulluğa götürmüşdü. Rövzət Dəmirçizadə 20 yaşında olarkən, bədbəxt hadisə nəticəsində şikəst olmuşdu və bundan sonra ancaq əlil arabası ilə hərəkət edirdi. Buna baxmayaraq, o, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsində müvəffəqiyyətlə təhsil almış, 1980-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilmişdir. 2010-cu ildə Bakıda vəfat etmişdir. İlk şeirlər kitabı 1968-ci ildə, səkkizinci və sonuncu kitabı isə 2008-ci ildə nəşr olunub. Şəkidə nəşr olunan "Şəki fəhləsi", "İpəkçi" və "Şəkinin səsi (qəzet)|Şəkinin səsi" qəzetlərində müxtəlif vaxtlarda Rovzətin onlarla şeiri dərc edilib.
Əliabad (Rövzəçay)
Əliabad (fars. علی‌آباد‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 2.086 nəfər yaşayır (517 ailə).

Digər lüğətlərdə