RADİOTEXNİK

[ lat. radiare və yun. technike] Radiotexnika mütəxəssisi.
RADİOSTUDİYA
RADİOTÉXNİKA
OBASTAN VİKİ
Moskva Dövlət Radiotexnika, Elektronika və Avtomatlaşdırma Texniki Universiteti
Moskva Dövlət Radiotexnika, Elektronika və Avtomatlaşdırma Texniki Universiteti (rus. Московский государственный технический университет радиотехники, электроники и автоматики (МГТУ МИРЭА)) — Rusiyada universitet. 1947-ci il, senyabrın 1-də SSRİ-in Nazirlər Şurasının 28 may 1947-ci il tarixli sərəncamı ilə Moskvada mühəndislərin hazırlanması və təkmilləşdirilməsi üzrə Ümumittifaq Qiyabi Energetika İnstitutu Sank-Peterburq, Kiyev, Bakı, Daşkənd, Sverdlovsk və Novosibirsk şəhərlərində yaradılan filialları ilə birlikdə fəaliyyətə başlamışdır. Ali məktəb qiyabi təhsil sistemində energetika və radiotexnika ixtisasları üzrə əsas institut idi, müdafiə sənayesi və energetikanın bir çox yeni sahələri üçün mühəndislər hazırlayırdı. Sonradan Omsk, Kemerov, Kirov və bir sıra başqa şəhərlərdə yaradılan filialları və tədris korpusları texniki ali məktəblərin əsası oldu. Ali təhsil ocağı sürətlə inkişafa doğru gedirdi. Belə ki, institutun fəaliyyət prosesində bir çox tədris istiqamətləri, struktur və müasir texniki ali məktəbin kadrları formalaşdırılırdı. Artıq 60-cı illərdə radioelektronika və elektron texnika ixtisasları üzrə peşəkarlara ehtiyac yarandığından bu istiqamət üzrə tədris həyata keçirilməyə başlanır və energetika ixtisasları öz əvvəlki mövqeyini itirir. Beləliklə, yeni tip təhsil müəssisəsinin qurulmasına hazırlıq çərçivəsində istilik enerjisi, hidroenergetika, elektrik enerjisi və elektromexanika fakültələrinin tələbə kontingenti Moskva Energetika İnstitutuna köçürülür. Ali məktəbdə avtomatlaşdırma, telemexanika və ölçü texnikası, hesablama texnikası, radio elektron aparaturanın layihələndirilməsi və istehsalı fakültələri açılır.
Radiotexnika
Radiotexnika — elektromaqnit rəqslərinin və radiodalğaların yaradılmasını, gücləndirilməsini, çevrilməsini, şüalandırılması və qəbulu üsullarını, habelə informasiyanın ötürülməsi üçün siqnalların emalını, radiotexniki cihazların layihələndirilməsi və istehsalını həyata keçirən elm və texnika sahəsi. Radiotexnika aşağıdakı bölmələri əhatə edir: Radioötürücü qurğular Radioqəbuledicilər Radiolokasiya Radionaviqasiya Televiziya sistemləri Multimedia və rabitə sistemləri Radioidarəetmə sistemləri Radioelektron mübarizə sistemləri 1832-ci ildə ingilis fiziki Maykl Faradey elektromaqnit şüalanmasının varlığını nəzəri olaraq proqnozlaşdırdı. 1864-cü ildə J. C. Maksvell bir elektromaqnit sahəsinin təkamülünü və yük və cərəyanlarla qarşılıqlı təsirini təsvir edən klassik elektrodinamikanın əsas tənliklərindən birincisini nəşr etdi. 1888-ci ildə, elektromaqnit dalğaları vasitəsi ilə enerjinin ötürülməsi ehtimalı Alman fiziki G. Hertz tərəfindən edilən təcrübədə göstərildi: "vibrator" adlandırdığı bir cihaz elektromaqnit sahəsini naqillərsiz məsafəyə buraxdı. 14 avqust 1894-cü ildə, Oksford Universitetində Elmin İnkişafı üçün İngilis Birliyinin iclasında Oliver Lodj və Aleksandr Mirhed simsiz teleqrafın ilk uğurlu nümayişini etdi. Nümayiş zamanı Morse kodlu radio siqnal qonşu Klarendon binasındakı laboratoriyadan göndərildi və cihaz tərəfindən 40 m məsafədə qəbul edildi. 25 aprel (7 may) 1895-ci ildə Sankt-Peterburqdakı Rusiya Fizik-Kimya Cəmiyyətinin iclasında A. S. Popov elektromaqnit dalğalarından istifadə edərək ardıcıllıqla (qısa və uzun) teleqraf siqnallarının alınması üçün bir cihaz nümayiş etdirdi. 1897-ci ildə italyan mühəndis G. Markoni ilk (İngilis) patentini aldı və Londonda simsiz teleqrafda təcrübələr apardı. G. Markoni'nin digər ölkələrində patent verilməsindən əvvəl, eyni əlaqəli qəbuledicinintəsvir edildiyi A. S. Popovun əvvəlcədən dərc edilmiş məqaləsinin olması səbəbindən rədd edildi. İnkişaf etmiş radiotexnika mühəndisliyini yeni səviyyəyə qaldıran rus və sovet alimləri: Professorlar M. A. Bonch-Bruevich, B. L. Rosing (elektron televiziyanın ixtirası); Akademik A. İ. Berg (radiolokasiya); Akademik A. F. Bogomolov (radiolokasiya, uzaq məsafəli kosmik rabitə); Akademik V. A. Kotelnikov (müdahilə tarazlığı nəzəriyyəsi).
Ryazan Dövlət Radiotexnika Universiteti
Ryazan Dövlət Radiotexnika Universiteti (rus. Ряза́нский госуда́рственный радиотехни́ческий университе́т (РГРТУ)) — Rusiyada universitet; Hal-hazırda universitet radioelektronika, informasiya-telekommunikasiya texnologiyaları (İKT), həmçinin informasiya təhlükəsizliyi sahəsində rəqabətədavamlı mütəxəssislərin hazırlığı sahəsində Rusiyanın aparıcı texniki ali məktəbləri arasında xüsusi yer tutur. Universitetin tərkibinə 39881 kvadrat metr ərazini əhatə edən 3 tədris korpusu, 2359 yerlik 5 yataqxana, tibb məntəqəsi, yeməkxana, stadion, “Yaşıl meşə” idman-sağlamlıq düşərgəsi, həmçinin sosial sfera üzrə digər obyektlər daxildir. Ryazan Dövlət Radiotexnika Universitetinin 5 yataqxanasında 4-ü bilavasitə əsas tədris korpusunun yanında yerləşir. Bütün əcnəbi tələbələr universitetin yataqxanalarında yaşayış yeri ilə təmin edilir. Tələbə şəhərciyi ərazisində basketbol, voleybol və tennislə məşğul olmaq üçün üçün idman meydançaları inşa edilib. Hər bir yataqxanada təchiz edilmiş idman otaqları var. Ali təhsil müəssisəsində 7 fakültə, 3 institut və 1 kollec fəaliyyət göstərir. Universitetin radiotexnika və telekommunikasiya fakültəsinə elektrotexnikanın nəzəri əsasları, telekommunikasiya və radiotexnikanın əsasları, radiotexnika sistemləri, radiotexniki qurğular, radioidarəetmə və rabitə, fiziki tərbiyə kafedraları daxildir. Elektronika fakültəsi sənaye elektronikası, elektron texnika və texnologiya, elektron cihazlar, kimya texnologiyası, biotibb və yarımkeçirici elektronika, ümumi və eksperimental fizika, lazer texnologiyaları istiqamətləri üzrə mütəxəssislər hazırlayır.

Digər lüğətlərdə