REFRAKTOMÉTR

[ lat. refractio – sınma və metreo – ölçürəm] Müxtəlif cisimlərdə işığın sınma göstəricilərini ölçmək üçün cihaz.
REFORMİ́ZM
REFRİJERÁTOR
OBASTAN VİKİ
Abbe refraktometri
Abbe Refraktometr — maye və bərk mühitlərin sınma əmsalını ölçmək üçün vizual optik cihazdır. Onun fəaliyyəti işığın kiçik sınma əmsalı n 1 mühitdən böyük sınma əmsalı n 2 mühitə yayılması zamanı tədqiq olunan qeyri-şəffaf mühit halında tam daxili əks olunma, ya da şəffaf mühitlər halında (tədqiq olunan və məlum) müstəvi ayrılma hüdud sınma bcağının ölçülməsinə əsaslanır. Hər iki üsulda sınma qanunu istifadə olunur. n1 sin i 1 = n 2 sin i 2 (i1 düşmə bucağı, i 2 sınma bucağı). Abbe refraktometr iki düzbucaqlı şüa prizmadan sınma əmsallı n2 = 1,7 (natriumun sarı xətti ʎd = 589,3 nm) üçün prizması cilalanmış hipotenuz tərəfli və tutqunlaşdırılmış hipotenuz tərəfli köməkçi açılan prizmadan 2, müşahidə borusu, hesablama şkalası, xüsusi kompensatordan 6 ibarətdir. Tədqiq olunan mayelər prizmanın hipotenuz tərəfləri arasındakı aralıqda (0,1 mm ətrafında) yerləşdirilir. Bərk şəffaf nümunələr bir cilalanmış müstəvi tərəfə malik olmalıdır, yan tərəflərdən biri isə cilalanmış tərəfə perpendikulyar olmalıdır. Nümunələrə cilalanmış tərəflə ölçü prizmasının hipotenuz tərəfinə sıxlırlar (açılmış köməkçi prizmalar zamanı), onlar arasındakı aralığa (deşiyə(isə sınma əmsalı nə olan immersiya mayesinin damcıları daxil edilir ki, onun n1 < nə < n2 (adətən nə= 1,66 olan monobromnaftalin) şərti ödənilsin. Şəffaf maye mühitlərinin ölçülməsində işıq, mühitin ayrılması sərhəddində köməkçi prizmanın kiçik katetindən keçərək istiqamətlənir (keçən işıqda ölçmə), qeyri-şəffaf mühit halında isə prizmasıının tutqun tərəfi onun böyük kateti (əks olunan işıqda ölçmə) işıqlandırılır. Borunun görmə sahəsində işıqlı və tutqun sahələrin ayrılma xəttlərinin çarpaz birləşməsində şkalada bilavasitə n-nin qiyməti hesablanır.

Digər lüğətlərdə