Uçida Roan
Uçida Roan (内田魯庵, 27 aprel 1868, Edo[d], Tokaydo[d] – 29 iyun 1929) və ya əsl adı ilə Uçida Mitsuqi (内田貢) – Yaponiya tənqidçisi, tərcüməçisi və romançısı. Yaponiyanı Lev Tolstoyun əsərləri ilə tanış edən və Fyodr Dostoyevskinin "Cinayət və cəza" romanını yapon dilinə tərcümə edən ilk şəxs kimi tanınır.
== Həyatı ==
Uçida Roan 1868-ci ildə Yaponiyanın Tokio şəhərində doğulmuşdur. Uşaq yaşlarından etibarən xristianlığın təsiri altında böyümüş və ingilis dilini özü öyrənmişdir. 1890–91-ci illərdə "Kokumin Shimbun" qəzeti üçün işləmişdir. Yaponiyanın ilk qadın jurnalı olan "Jogaku zasshi" jurnalı üçün yazılar yazmışdır. 1901-ci ildə xarici ədəbiyyat üçün nəzərdə tutulmuş "Maruzen" kitab evinin məsləhətçisi olmuşdur.Uçida 1889-cu ildə Fyodor Dostoyevskinin "Cinayət və cəza" romanını oxumuş və 1892-ci ildə bu əsəri yapon dilinə tərcümə edən ilk şəxs olmuşdur. O, Rusiya ədəbiyyatının digər tərcüməçisi olan Futabatey Şimeydən xeyli təsirlənmişdir. Uçidanın bu tərcüməsi Kitamura Tokoku və Toson Şimazakiyə təsir göstərmişdir. Uçida Yaponiyanı Lev Tolstoyn yaradıcılığı ilə tanış edən şəxs kimi də tanınır.