SÜRTÜNMƏK

qayıd. Özünü bir şeyə sürtmək, toxundurmaq. Divara sürtünmək. Ağaca sürtünmək.
– Naxırdan ayrılaraq həyətə dönmüş sarı inək ağır-ağır yeriyib Səkinənin yanına gəldi, yorğun-yorğun ona sürtündü. M.İbrahimov.
Mal-qara sürtünüb bəzi ağacların tənəyini salmışdı. B Bayramov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SÜRTÜNMƏK sürtünmək bax sürtüşmək 1
  • SÜRTÜNMƏK toxunmaq — dəymək
  • SÜRTÜNMƏK silmək
  • SÜRTÜNMƏK vurnuxmaq — fırlanmaq — dolaşmaq
SÜRTÜNMƏ
SÜRTÜŞKƏN

Digər lüğətlərdə