SIMSIRIQ

sımsığına dəymək – bax damağına dəymək (“damaq”da). [Xurşid:] Srağagün [Gülsabah] orada oturmuşdu, mən də … çıxdım getdim.
Bu [Gülsabahın] sımsığına dəyib. C.Cabbarlı.

Sımsığını (sımsırığını) sallamaq – bax qaş-qabağını sallamaq (“qaşqabaq”da).
[Cəbi:] O arvaddan həzər etmək gərək, hansı ki əri evə gələndə sımsığın sallaya… N.Vəzirov.
Tapdıq sımsırığını salladı, bir müddət küsdü. Ə.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SIMSIRIQ sımsırıq bax qaşqabaq
  • SIMSIRIQ qaraqabaq — qaşqabaq
SIMSIQ
SINAQ

Digər lüğətlərdə