1. Xəfif və incə ağrı; göynərti, sızı, sızıldama. Dişin sızıltısı. Barmaqlarımın sızıltısından yata bilməmişəm.
– Yazıq muzdur bir tərəfdən qolunun sızıltısı, bir tərəfdən də ürəyinin ağrısı ilə özünü evə yetirdi.
[Qazan xan] başında, bədəninin bəndlərində bir ağırlıq və sızıltı duydu.
2. məc. Taleyindən, həyatından, halından şikayətlənmə; inildəmə, ağlayıb-sıtqama.
// Yanıqlı, iniltili səs, çalğı.
Alıpaşa ağa bu sözləri dedikcə səsində acı bir məğlubiyyət və küdurətli bir sızıltı eşidilirdi.
Muxtar radionu söndürdü. İndi sızıltı ona da xoş gəlmədi.
// Məc. mənada.
Peçdə yanan yaş odunun sızıltısı eşidildi.