SƏBZRƏNG
SƏCAYA
OBASTAN VİKİ
Ağbulaq (Səcasənrud)
Ağbulaq — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Qiydar bölgəsinin Səcasənrud kəndistanında, Qiydar qəsəbəsindən 33 km şimal-qərbdədir.
Orta Araz təbii vilayətinin (Naxçıvan) fiziki-coğrafi səciyyəsi
Relyefin ümumi səciyyəsi
Səcah
Səcah binti əl-Haris (ərəb. سجاح بنت الحارث‎) — İslama görə, o, 7-ci əsrdə İslamı qəbul edən bəzi ərəbləri yeni dindən uzaqlaşmağa təşviq edən yalançı peyğəmbər idi. Səcah Taqlibitlər arasında böyüyür və buna görə də xristianlığa yaxşı bələd idi. Məhəmməd peyğəmbərin dövründə Səcah “buludların ağası” adlandırdığı Tanrı adından trans halında danışdığını iddia edirdi. O, xüsusi bir yüksəklikdən (minbər) “vəhylər” söyləyirdi. Üstəlik bir müəzzini vardı ki, oda: “Şəhadət verirəm ki, Səcah Allahın peyğəmbəridir” deyə bağırırdı. Onun “açıqlamaları” qafiyəli nəsr şəklini alırdı. Səcah bir qrup tərəfdarı ilə birlikdə İraqdan doğma Bənu Təmim qəbiləsinin ərazisinə köçür. 633-cü ildə ordusunun başında Səcah o vaxt başqa bir yalançı peyğəmbər Müseylimənin fəaliyyət göstərdiyi Yəmamaya hücum edir. Yəmamaya getdikdən sonra Səcah İraqa qayıdır və orada daha sonra tövbə edərək İslamı qəbul edir.
Səccad Şahbazzadə
Səccad Şahbazzadə (fars. سجاد شهباززاده‎‎, d. 1990 23 yanvar, İran, Ərdəbil) - azərbaycanlı peşəkar futbolçudur. Karyerası ərzində Saypa, İstiqlal, Alanyaspor, Neft Tehran, Qətər SC, Sepahan kimi klublarda oynamışdır. 2018-ci ilin may ayından Sepahanda oynamaqdadır. Futbolla ilk dəfə doğulduğu Ərdəbil şəhərində məşğul olmağa başlamışdır. Uşaq yaşlarında İnter Kampus proqramının Ərdəbildəki akademiyasına qəbul edilmişdir. 14 yaşında Ərdəbilin Zob Ahan Ərdəbil futbol komandasına keçmişdir. Səccad Şahbazzadə 2010-2014-cü illərdə Saypa komandasında karyerasını davam etdirmişdir. Bütün oyunlar daxil olmaqla burada 9 dəfə fərqlənməyi bacaran Səccad 2014-cü ildə İran futbol liqasının nə güclü komandalarından olan İstiqlala transfer olmuşdur.
Səcdə
Səcdə sözünün lüğət mənası: təvazökarlıqla əyilmə, alını torpağa qoyma. Səcdə sözünün fiqhdə mənası: yeddi üzvü, yəni alın, iki əlin içi, iki dizin və iki ayağın baş barmağının ucunu yerə qoymaq anlamına gəlir. Səcdə məxluqatın Xaliqə etdiyi təvazökarlıqdır. Amma bu məxluq insan kimi iradə əta edilmiş məxluqdursa, onun savabı da var. Savabı olmayan səcdələr isə, yaltaqların alçaqcasına kiminsə qabağında yıxılmasıdır. Qur`anda məscid və səcdə Müqəddəs kitabımız Quranda səcdə kökündən götürülmüş 92 sözə rast gəlirik. Bunların 28-i məscid və məscidlər kəlməsidir. Qur`anda gəlmiş ayələrdən bəziləri: Göylərdə və yerdə kim varsa, (özləri də), kölgələri də səhər-axşam istər-istəməz Allaha səcdə edər! Göylərdə və yerdə olan (bütün) canlılar, hətta mələklər belə heç bir təkəbbür göstərmədən Allaha səcdə edərlər! (Ey insan!) Məgər göylərdə və yerdə olanların (bütün canlıların), Günəşin, Ayın və ulduzların, dağların, ağacların və heyvanların, insanların bir çoxunun (möminlərin) Allaha səcdə etdiyini görmürsənmi?
Səcdə Surəsi
Səcdə surəsi (ərəb. سورة السجدة‎ (oxunuşu: surətus-səcdəh)) - Quranın 32-ci surəsi. Məkkədə nazil olmuşdur, 30 ayədir. Surənin adı 15-ci ayədə işlədilən səcdə sözündən götürülmüşdür. Həmin ayə həm də vacibi səcdə ayəsidir.
Səhifeyi Səccadiyyə
Səhifeyi Səccadiyyə(ər:الصحيفة السجادية) — On iki imam şiələrinin dördüncü imamı Əli ibn Hüseyn-də aid edilən dua və Allaha yalvarışlardan ibarət kitab. Kitab Əhli-beyt İncili (انجیل اهل بیت), Ali-Məhəmməd Zəburu (زبور آل محمد) və Quran bacısı (اخت القرآن) adları ilə məşhurdur. Bu kitabın kökü dua və Allahla danışmaqdan ibarətdir amma bu duaların içində imam müsəlmanların dünyəvi və üxrəvi işləri, islam məarifi, islam əhkamı, siyasi ictimai və əxlaqi məsələlərə toxunmuşdur. Bütün Səhifeyi Səccadiyyənin 75 duası varidi ki onu İmam Saccad imam Baqir və qardaşı Zeyd ibni Əliyə verib, onlarda üzündən iki kopya yazmışlar.qorumaq amacıyla Zeyd əlindəki kopyanı Mütəvəkkil ibni Haruna(متوکل بن هارون)vermişdir. Mütəvəkkil imam Sadiq səhabələrindəndir və deyir:" Mən 11 duanı itirmişəm amma 64-ünü rivayət edirəm." Mütəvəkkil özündəki kopyanı İmam Sadiqə göstərib oda İmam Baqirin kopyası-ilə müqayisə edib onlarda bir fərq görməmişdir. indiki versionunda 75 duadan 54-ü qalmış və mövcuddur. buna əsasən 75 duadan 21-i düşübdür.Səhifeyi Səccadiyyə ən çox kopyası olan hədis kitablarındandır elə ki iranda ondan 3000 əl kopyası var. Bu kopyaların çoxu İlk Məclisi kopyası üzündən yazılıbdır buna görədə onlarda gözə çarpan bir fərqlilik yoxdur. İlk Məclisi özü yazdığı səhifənin sənədini 650-min yolla bilir. Bunlara baxmayaraq Səhifeyi Səccadiyyənin fəsahət və bəlağəti o, qədərdir ki onu məsum olmayan birinin yazdığı gözdən uzaq gəzir.
Səhv səcdəsi
İki halda namazın salamından sonra insan gərək bir cüt səhv səcdəsi sonradan deyiləcək göstərişlə yerinə yetirsin: Təşəhhüdü unutsa. Dörd rəkətli namazda ikinci səcdəyə getdikdən sonra, dörd ilə beş və ya dörd ilə altı rəkət qıldığı barədə şəkk edərsə. Üç halda isə, vacib ehtiyata əsasən səcdeyi səhv lazımdır: Namazdan sonra, namazın səhih olmasına hökm olunmasına baxmayaraq, ümumi halda namazda bir şeyin səhvən əskik və ya artıq yerinə yetirildiyini bilirsə. Namaz əsnasında səhvən danışsa. Namazın salamını verməli olmadığı yerdə məsələn, birinci rəkətdə səhvən salam versə. Əgər bir səcdəni unudarsa və ayağa qalxması lazım olan yerdə, məsələn; Həmd və surəni oxuması lazım olan yerdə səhvən oturarsa, yaxud oturması lazım olan yerdə, məsələn; təşəhhüd etməsi lazım olan yerdə səhvən ayağa qalxarsa, iki səhv səcdəsi etməsi ehtiyat müstəhəbbdir. Hətta namazda səhvən yerinə yetirdiyi çoxluq və azlıq üçün iki səhv səcdəsi etməsi ehtiyat müstəhəbbdir. Bu bir neçə surətin hökmləri gələcək məsələlərdə izah olunacaq. Əgər insan səhvən və ya namazın qurtardığını xəyal edib danışsa, gərək ehtiyata əsasən bir cüt səhv səcdəsi yerinə yetirsin. Öskürəkdən peyda olan səs üçün, səhv səcdəsi vacib deyildir, amma səhvən nalə çəksə, ya "ah" çəksə və ya "ah" desə, gərək vacib ehtiyata əsasən səhv səcdəsi etsin.
Vasim Səccad
Vasim Səccad (30 mart 1941, Calandhar[d], Britaniya Hindistanı) — Pakistan İslam Respublikasının 9-cu prezidenti. Britaniya Hindistanının Calandhar şəhərində anadan olan Səccadın atası (Ədalət Səccad Əhməd), daha sonra Pakistanın Baş Seçki Komissarı olaraq Ali Məhkəmənin hakimi vəzifəsinə getdi. Səccad Lahor'a getməzdən əvvəl Britaniya Hindistanının Ordusunda və Pəncab Universitetində hüquq təhsili aldı. Rodos Təqaüdçüsü olaraq Oksfordşirə köçdü, burada Mülki Hüquq bakalavrını aldı və 1967-ci ildə Oksford Uadham Kollecindən Hüquqşünaslıq dərəcəsi aldı. 1968-ci ildə İç Məbəddəki Baraya çağrıldı. Pakistana qayıtdıqdan sonra Səccad Pakistanda vəkil kimi qəbul edildi və 1967-1977-ci illər arasında konstitusiya hüququ öyrətdiyi Pəncab Hüquq Kollecinə daxil oldu. Səccad 1985-ci ildə Senat üzvü olaraq mərkəz sağ Müsəlman Birliyinin üzvü olaraq seçildi və 1986-cı ilin sentyabrından 1988-ci ilin dekabrına qədər olduğu müddətdə Senatın sədri seçildiyi andan 1988-ci ilin dekabr ayına qədər qanun və ədliyyə naziri vəzifəsini icra etdi. 1997-ci ilə qədər. Bu müddətdə iki dəfə ümumi seçkilərdə Pakistanın Prezidenti vəzifəsini icra etdi. 1999-cu ildə Səccad, general Müşərrəfin çevrilişini dəstəkləyən bir qüsurlu bir qrupa qoşuldu və 2003-cü ildə Pakistan Senatında 2008-ci ildə siyasi təqaüdə çıxana qədər Evin Rəhbəri oldu.
İmam Səccad
Əli ibn Hüseyn (6 yanvar 659, Mədinə – 21 oktyabr 713, Mədinə, Hicaz, Əməvilər xilafəti) — şiələrin dördüncü imamı. Şiələr arasında daha çox Səccad və Zeyn al-Abidin kimi tanınır. İslam qaynaqlarına və şiə tarixçilərinə görə, Mədinədə doğulmuş və gəncliyində atasını Kərbəla çölündə müşayiət etmiş, lakin xəstəlik səbəbiylə Kərbəla döyüşündə iştirak etməmiş və bu səbəbdən qırğından sağ çıxmışdır. Atasının və yaxınlarının Kərbəlada şəhid olmasından sonra tutuldu və əvvəlcə Kufəyə, sonra isə Şama köçürüldü. Zeyn əl-Abidinin təlimləri əsasən dua şəklində idi. Məşhur əsəri dua şəklində yazılmış Səhifeyi Səccadiyyədir. Ayrıca Risalə əl-Hüquq onun digər əsərlərindən biridir. Əli ibni əl-Hüseyn Hicaz ağsaqqalları və alimləri arasında yüksək mövqe tuturdu. Fərəzdağın dediyi məşhur şeiri bu vəziyyətin bariz nümunəsidir. Şiə rəvayətlərinə görə, Zeyn əl-Abidin Vəlid ibn Əbdülməlik zəhəri ilə öldü və əmisi Həsən ibn Əli ilə birlikdə Bəqi qəbiristanlığında dəfn edildi.

Digər lüğətlərdə