SƏRVƏTLİ

sif.is. Sərvəti olan, dövlətli, varlı, sərvətdar. Sərvətli adam.
– Ətrafdan həyəcanlı səslər gəlirdi; sərvətlilər qızıllarını basdırırdılar, fəqirlər də damlara doluşub “Allah” sədasını göyə qovzayırdılar. Çəmənzəminli.

// Zəngin.
Gündüz baxdım göy dənizə dedim: nə çox suyun var; Dedi: məndən sərvətlidir yurdundakı buruqlar. R.Rza.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SƏRVƏTLİ sərvətli bax varlı
  • SƏRVƏTLİ dövlətli — varlı — zəngin
SƏRVƏTLƏNMƏK
SƏRVQAMƏT

Digər lüğətlərdə