SAZANDAR

bax sazanda.
[Pəri:] Anam sazandar və lazımlı şeylərin hamısını mühəyya edib, toy bu günlərdə başlanasıdır. C.Cabbarlı.
Qurtardı dəsgahı zurnaçı Qazar; Götürdü tarını sonra sazandar. H.K.Sanılı.
Cunalı bir xanım çıxdı eyvana; Baxdı sazandara soyuq, bigana. M.Rahim.

SAZANDA
SAZBƏND
OBASTAN VİKİ
Tatevik Sazandaryan
Tatevik Sazandaryan (erm. Տաթևիկ Սազանդարյան; 20 avqust 1916, Xınzırək, Zəngəzur qəzası – 6 oktyabr 1999, İrəvan) ― 1958-ci ildə SSRİ Ali Sovetinin üzvü olmuş sovet və erməni opera mezzo-soprano ifaçısı. 1937-1961-ci illərdə İrəvan Opera Teatrında solist kimi çıxış etmişdir. == Həyatı == 1916-cı il sentyabrın 2-də indiki Syunik mərzinin Xınzırək kəndində anadan olan Sazandaryan Bakıda böyümüşdür. O, 10 yaşından məktəb xorunda solistlik edirdi. O, 16 yaşında Moskvaya köçmüşdür, burada bir sıra həvəskar tamaşalarda ifaçılıq edirdi. İstedadı tanındıqdan sonra təhsilini Moskvada Ruben Simonovun yanında davam etdirdi. 1933-cü ildə konsertlərdə çıxış etməyə başladı. 1937-ci ildə Moskvadakı Ermənistan SSR-in yanında mədəniyyət evində vokal dram studiyasını bitirdi. Daha sonra o, Ermənistana qayıtdı və Sergey Barxudaryanın yanında İrəvanın musiqi və dram məktəbində oxudu.

Digər lüğətlərdə