Semantik informasiya
Semantik komponent
OBASTAN VİKİ
Kompensasiya
Kompensasiya (lat. compensatio, compensare - tarazlaşdırmaq, ödəmək) — bərpa etmək, haqqını ödəmək, ödəniş və s. mənalarda işlədilir. Şəxsiyyətə, əmlaka və ya vətəndaşın nüfuzuna dəymiş zərərin, eləcə də hüquqi şəxsin əmlakına və nüfuzuna dəymiş zərərin ödənilməsi. == İcra kompensasiyası == Qanunla kompensasiya ödənişinin alınması bilavasitə zərər çəkməyən şəxsə də təyin edilə bilər (məsələn, azyaşlı uşaqlara dəymiş zərərin kompensasiyası onların valideynlərinə və qəyyumlarına verilə bilər; hüquqi şəxsə, yaxud vətəndaşa əmək vəzifələrinin icrası zamanı işçi tərəfindən dəymiş zərər idarə tərəfindən ödənilir). Birgə zərər vurmuş şəxslər zərərçəkən qarşısında birlikdə cavabdehdirlər. Digər şəxs tərəfindən dəymiş zərəri ödəməyi öhdəsinə götürən şəxs zərərvurana əks tələb qoymaq hüququna (reqress) malikdir. Birgə dəymiş zərəri ödəyən zərəri vurmuş şəxs, bu zərəri vurmuş şəxsin günahının müvafiq dərəcəsi ölçüsündə kompensasiyanın zərərçəkmişə ödənilən hissəsini zərəri vurmuş digər şəxsdən tələb etmək hüququna malikdir. Günahın dərəcəsinin müəyyən edilməsinin qeyri-mümkünlüyü zamanı paylar bərabər qəbul edilir. Kompensasiya təkcə şəxsə və əmlaka dəymiş zərərə yox, həm də mənəvi zərərə aiddir.
Semantik veb
Semantik veb və ya Veb 3.0 — Ümumdünya Hörümçək Toru Konsorsiumu (W3C) tərəfindən müəyyən edilmiş standartlar vasitəsilə Ümumdünya hörümçək torunun genişlənməsidir. Semantik vebin məqsədi internet məlumatlarını maşın tərəfindən oxunabilən etməkdir. Semantikanın verilənlərlə kodlaşdırılmasını təmin etmək üçün Resurs Təsvir Çərçivəsi (ing. Resource Description Framework; RDF) və Veb Ontologiya Dili (ing. Web Ontology Language) kimi texnologiyalardan istifadə olunur. Bu texnologiyalar metaməlumatı formal şəkildə təmsil etmək üçün istifadə olunur. Məsələn, ontologiya anlayışları, varlıqlar arasındakı əlaqələri və əşyaların kateqoriyalarını təsvir edir. Bu daxil edilmiş semantika verilənlər üzərində əsaslandırma və müxtəlifnövlü məlumat mənbələri ilə işləmək kimi əhəmiyyətli üstünlüklər də təklif edir. Bu standartlar internetdə, əsasən RDF-də olduğu kimi ümumi məlumat formatlarını və mübadilə protokollarını təşviq edir. W3C-yə görə, "Semantik veb məlumatların proqram, şirkət və cəmiyyət sərhədləri arasında paylaşılmasına və təkrar istifadə edilməsinə imkan verən ümumi bir çərçivəni təmin edir." Buna görə də Semantik veb müxtəlif məzmun və məlumat tətbiqləri arasında birləşdirici kimi qiymətləndirilir.
Semantik viki
Semantik viki — səhifələrində təsvir olunan biliklərin əsas modelinə malik olan viki. Adi və ya sintaktik vikilərdə strukturlaşdırılmış mətn və tipsiz hiperlinklər var. Semantik vikilər semantik sorğular vasitəsilə verilənlər bazası kimi sorğulana və ya ixrac edilə bilən yollarla səhifələr daxilindəki məlumatlar və səhifələr arasındakı əlaqələr haqqında məlumatları tutmaq və ya müəyyən etmək imkanı verir. Semantik vikilər ilk dəfə 2000-ci illərin əvvəllərində təklif edilmiş və 2005-ci ildə ciddi şəkildə tətbiq olunmağa başlamışdır. 2021-ci ildən etibarən tanınmış semantik viki mühərrikləri "Semantic MediaWiki" və "Wikibase"dir. == Tarixi == "Semantik viki" termininin məlum olan ilk istifadəsi 2001-ci ilin yanvarında Endi Dinqli tərəfindən dərc edilmiş "Usenet" postu idi. Texniki bir məqalədə məlum olan ilk təsviri avstriyalı tədqiqatçı Leo Sauermann tərəfindən 2003-cü ildə çap edilən bir məqalədə olmuşdur. Mövcud semantik viki proqramlarının bir çoxu 2000-ci illərin ortalarında başlamışdır, o cümlədən "ArtificialMemory" (2004), "Semantic MediaWiki" (2005), "Freebase" (2005) və "OntoWiki" (2006). 2006-cı ilin iyun ayında Monteneqroda Avropa Semantik Veb Konfransı ilə birlikdə semantik vikilərə həsr olunmuş ilk görüş – "SemWiki" seminarı keçirilmişdir. Bu seminar 2010-cu ilə qədər hər il davam edirdi.
Nasizm rejiminin qurbanları üçün ikitərəfli kompensasiya sazişləri
Nasizm rejiminin qurbanları üçün ikitərəfli kompensasiya sazişləri (alm. Globalabkommen‎) — Nasizm rejiminin təqibinə məruz qalmış şəxslərə kompensasiya ödənilməsi məqsədilə 1959-1964-cü illərdə Qərbi Almaniya (indiki Almaniya Federativ Respublikası) ilə on iki Qərbi Avropa ölkəsi (Avstriya, Belçika, Danimarka, Fransa, Yunanıstan, İtaliya, Lüksemburq, Niderland, Norveç, İsveç, İsveçrə və Birləşmiş Krallıq) arasında bağlanmış sazişlər toplusu. İkitərəfli sazişlərlə Almaniya hər hansı hüquqi öhdəlik olmadan, könüllü şəkildə ümumilikdə 876 milyon alman markı ödəyəcəyini müəyyən etmişdir. Soyuq müharibə dövründə hökm sürən siyasi vəziyyətə görə, Nasizm rejiminin işğalından əziyyət çəkmiş heç bir Şərqi Avropa dövləti ilə bu cür müqavilələr bağlanmamışdır. Özünü Alman Reyxinin varisi hesab etməyən Şərqi Almaniya isə bu ikitərəfli sazişlərin heç birində iştirak etməsə də, 1980-ci illərdə Avstriya, Finlandiya və İsveçlə barışıq sazişləri bağlamışdır. == Sazişlər == Almaniya aşağıdakı dövlətlərlə müqavilələr bağlamışdır: == Sonrakı mərhələ == Bu sazişlərə görə Almaniya sonrakı məhkəmə işlərində müharibə cinayətinin qurbanları və onların ailə üzvləri tərəfindən irəli sürülən növbəti kompensasiya iddialarına münasibətdə hər hansı maddi məsuliyyətini inkar etmişdi. Bununla yanaşı, Almaniya müharibə cinayətkarlarının İtaliya kimi ölkələrə ekstradisiya edilməsi ilə bağlı qanuni öhdəliyini aradan qaldırdı. İtaliya məhkəmələrinin Almaniya hökumətinin üzərinə kompensasiya ödəmək öhdəliyini qoyan çoxsaylı təkrarlanan qərarlarından sonra, Almaniya immunitet tələbi ilə işi Beynəlxalq Ədalət Məhkəməsinə təqdim etmişdi. 2012-ci ildə Məhkəmə Almaniyanın lehinə qərar vermişdi. 1990-cı ildə birləşmiş Almaniya oxşar məzmunda sazişi ABŞ dövləti ilə də bağlamışdı.